Məhkəmə qərarları › İş №3(125)-1468/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1468/2025

23.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1468/2025 23.06.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Dəmirli Orxan Əhməd oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, qərardan şikayət vermiş şəxs X2 və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin X11 Nəzarət və X5 nümayəndəsi X3 iştirakı ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X15 24 aprel 2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X2 verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə X15 24 aprel 2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək, qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X15 İnzibati Tənbeh vermə haqqında 24 aprel 2025-ci il tarixli MN № ******* saylı qərarı ilə onu fiziki şəxs kimi İXM-nin 253.2-ci maddəsi ilə təqsirli bilib barəsində 2000 (iki min) manat cərimə cəzası tədbiq edilməsi haqqında qərar qəbul etmişdir. Qərara əsasən guya o, ünvan 1 ünvanın qarşısında heç bir hüquqi icazə sənədi olmadan 2 (iki) ədəd yukas cinsli kolu kökündən götürərək məhv etmişdir. O, həmin yukas cinsli kolları kökündən götürərək məhv etməmişdir. Belə ki, o, həmin ünvanda yaşayır, həmin 2 ədəd kolda onun yaşadığı evin darvazasının qarşısında küçədə olmuşdur. 2025-ci ilin mart ayının 11-də Yol İdarəsinin işçiləri küçədə təmir aparıb asvalt örtüyü çəkən zaman küçədə qurumuş ağacları budayıb qurumuş budaqlarını kəsmiş, habelə qurumuş kolları çıxarıb ora asvalt örtüyü salmışlar. Həmin vaxtı həmin kolları yol idarəsinin işçiləri ekskvator traktorla çıxarmışlar. Yəni, həmin kolları o, çıxarıb məhv etməmişdir. Bunu təsdiq edən foto-şəkil və video-görüntü də var və bunları məhkəmədə təqdim edəcəkdir. Bu kolları guya onun çıxarıb məhv etməyi barədə 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə məlumat verən şəxslərdə onunla qərəzli olduqlarına görə, yəni evlərindən oğurluq edənlərin məhkum olunması səbəbindən ondan qisas almaq məqsədi ilə yalandan məlumat vermişlər. Bu barədə 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində ondan izahat alınanda da, həmin kolların küçəyə asvalt örtüyü salan yol idarəsinin işçiləri tərəfindən çıxarıldığını bildirmişdir. Ekologiyanın əməkdaşı ona yol idarəsinin işçisini hardan tapacaqlarını, kolların onlrın evinin qarşısında olduğu üçün quruması səbəbindən onun çıxardığını, işi bağlamalarını və onlara heç bir cəza verilməyəcəyini bildirmişdir. O da həmin əməkdaşın sözünə aldanıb onun dediyi kimi izahat yazaraq guya kollar çürüdüyü üçün çıxardığını, bundan 1-2 gün sonra da onu aldadıb izahat almalarını başa düşüb bu barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qaynar xəttinə zəng edib şikayət etmişdir. Bir daha bildirir ki, o, hər hansı bir 2 ədəd yukas cinsli kolu kökündən götürərək məhv etməmiş, bu barədə onu aldadaraq izahat almaqla əsassız olaraq məni İXM-nin 253.2-ci maddəsi ilə təqsirləndirilib inzibati qaydada 2000 (iki min) manat cərimə etmişlər. Onun əməlində İXM-nin 253.2-ci maddəsinin tərkibi yoxdur, etmədiyi əmələ görə ona cəza verilə bilməz. Odur ki, 10 saylı Ərazi Ekologiya və X12 İdarəsinin rəisi X16 tərəfindən qəbul edilmiş MN ******* saylı, xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X7 şikayət ərizəsi ilə eyni məzmunlu izahat verərək qərarın ləğv edilməsini və inzibati xəta üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin X11 Nəzarət və X5 nümayəndəsi X19 izahat verərək bildirdi ki, şikayətçi Tünzalə Əsgərovanın bacısı Səxavət Əsgərova Nazirliyin qaynar xəttinə zəng edərək Gəncə şəhəri, Ozan küçəsində yerləşən yaşayış binasının qabağında 2 ədəd ağac kolunun kəsilməsi barədə məlumat vermiş, məlumat əsasında o, idarənin digər əməkdaşı Orxan ilə birlikdə hadisə yerinə getmiş və 2 ədəd kolun kəsildiyi məlum olmuşdur. Bundan sonra onlar mütəxəssis dəvət etmiş və kökündən çıxarılmış 2 ədəd yaşıllığın yukas kolu olduğu və həmin kolların bioloji inkişafda olduğu məlum olmuşdur. İnzibati xətanın nə vaxt törədildiyi onlara məlum deyil. Hesab edir ki, protokol və onun əsasında qəbul edilmiş qərar əsaslıdır. Məhkəmə iclasında şahid X8 ifadə verərək bildirdi ki, şikayətçi Tünzalə onun bacısıdır. O, qonşulardan Tünzalənin ağacı kəsəcəyi barədə eşitmiş, hələ ağaclar kəsilməmiş onların foto-şəkillərini çəkmiş, növbəti dəfə Tünzalə ağacı kəsəndən sonra sonuncunun əlində bel şəklini çəkmiş və bu barədə qaynar xəttə məlumat vermişdir. Məhkəmə iclasında şahid X9 ifadə verərək bildirdi ki, şikayətçi Tünzalə onun bacısıdır. O, Tünzalə ilə eyni evdə qalır. Yaşadıqları evin qarşısındakı ağac kollarını bacısı Tünzalə kəsməmiş, asfalt çəkənlərə mane olduğundan asfalt çəkənlər kəsmişlər. Məhkəmə iclasında şahid X17 ifadə verərək bildirdi ki, Əsgərova Tünzalədən izahat alınan zaman həmin evdə usta işləmişdir. Həmin vaxt bir nəfər əməkdaşın Tünzaləyə nəsə deməsini, Tünzalənin isə deyilənləri yazmasını uzaqdan görmüşdür. Əməkdaş gedəndən sonra Tünzalədən bu barədə soruşmuş, sonuncu kolun kəsilməsi ilə bağlı gəldiklərini, əməkdaşın ona sadəcə işin bağlanması üçün kolların onun tərəfindən kəsilməsini yazmağını xahiş etməsini, bundan ona heç bir ziyan gəlməyəcəyini bildiridiyini, onun da əməkdaş deyən formada izahat verdiyini bildirmişdir. O, isə Tünzaləyə səhv hərəkət etdiyini başa salmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -10 aprel 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X14 şəhəri, Ozan küçəsi 113 ünvanının qarşısında heç bir hüquqi icazə sənədi olmadan 2 ədəd yukas cinsli kolu kökündən götürərək məhv etmişdir. - 24 aprel 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermək haqqında qərarın surətindən görünür ki, T.Əsgərova ünvan 2 ünvanının qarşısında heç bir hüquqi icazə sənədi olmadan 2 ədəd yukas cinsli kolu kökündən götürərək məhv etdiyinə 2000 (iki min) manat məbləğində cərimə edilmişdir. -X2 10 saylı Ərazi Ekologiya və X13 rəisi Azər Quliyevə verdiyi izahatdan görünür ki, o, yaşayış evinin qarşısındakı 2 ədəd ağac kolu quruması səbəbindən kökündən çıxardığını bildirmişdir. -X4 10 saylı Ərazi Ekologiya və X13 rəisi Azər Quliyevə verdiyi izahatdan görünür ki, Gəncə şəhəri, Ozan küçəsində 2 ədəd kolun kəsilməsi ilə bağlı qaynar xəttə məlumat verdiyini, həmin kolları Tünzalə və Siyasət adlı bacıların kəsdiyini bildirmişdir. Məhkəmə şikayəti və iş materiallarını araşdıraraq, qərardan şikayət verən şəxsin izahatını, şahid ifadələrini və inzibati xəta haqqında qərar qəbul etmiş orqanın nümayəndəsinin izahatını dinləyərək hesab edir ki, şikayət qismən təmin edilməli və qərar ləğv edilərək yenidən araşdırılması üçün qərarı qəbul etmiş orqana göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsinə əsasən meşə fonduna daxil olmayan ağac və ya kol əkililərinin qanunsuz kəsilməsinə (götürülməsinə) və ya məhv edilməsinə görə-fiziki şəxslər iki min manat miqdarında, vəzifəli şəxslər dörd min manat miqdarında, hüquqi şəxslər iyirmi beş min manat miqdarında cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 100.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti göstərilməlidir. Həmin Məcəllənin 106.0, 106.0.3 və 106.0.5-ci maddələrinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanılıbtoplanılmaması məsələsini həll edir. Azərbaycan Respublikası İXM-nin 115.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən müəyyən edilmiş hallar inzibati xəta haqqında qərarda göstərilməlidir. Lakin, hazırda inzibati xəta haqqında protokol, onun əsasında qəbul edilmiş qərardan və iş materiallarından inzibati xətanın nə vaxt törədildiyi aydın olmur. Belə ki, X2 barəsində tərtib edilmiş protokolda və onun əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarda sadəcə “X14 şəhəri, Ozan küçəsi 113 ünvanının qarşısında heç bir hüquqi icazə sənədi olmadan 2 ədəd yukas cinsli kolu kökündən götürərək məhv etmişdir” qeyd edilmişdir. Göründüyü kimi, 10 aprel 2025-ci il tarixli protokolda T.Əsgərovanın 2 ədəd yukas cinsli kolu kökündən götürərək məhv etdiyi göstərilsədə inzibati xətanın hansı tarixdə törədildiyi qeyd edilməmiş, məhkəmə araşdırması zamanı isə protokol tərtib etmiş orqan inzibati xətanın nə vaxt baş verməsinə dair məhkəməyə heç bir sübut təqdim etməmiş, əksinə olaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin X11 Nəzarət və X5 nümayəndəsi X10 inzibati xətanın nə vaxt törədilməsinin onlara məlum olmadığını bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, dövlət satınalmaları haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, o cümlədən əməyin mühafizəsi qaydalarının, istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması və uçota alınması qaydalarının, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Hazırda isə inzibati xətanın nə vaxt törədilməsinin müəyyən edilməməsi səbəbindən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin barəsində inzibati məsuliyyətə cəlb etmə müddətinin keçib keçməməsini müəyyən etmək olmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 131, 134-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X15 24 aprel 2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. Həmin inzibati xəta haqqında işə yenidən baxılması üçün qərarın surəti Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Orxan Dəmirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar