Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1470/2023 29.08.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X5, Barəsində X22 icraat aparılan hüquqi şəxsin hüquqi nümayəndəsi X9 iştirakları ilə, "xxxx" Tikinti Materialları İstehsalı Firmasının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən daxil olmuş X22 materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi "xxxx" Tikinti Materialları İstehsalı Firması barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli X22 protokol tərtib edərək, ona əlavə olunmuş sənədlərlə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Materiala əlavə edilmiş X22 xx.xx.2023-ci il tarixli MN seriyalı ******* nömrəli protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, "xxxx" Tikinti Materialları İstehsalı Firması tərəfindən Gəncə şəhəri, “Şıxdüzü” adlanan ərazidə “Gəncə” gəc yatağından kənarda müvafiq icazə sənədi olmadan yerin təkindən qanunsuz qanunsuz istifadə edilmişdir. Məhkəmə iclasında X22 protokol tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X8 izahatında bildirdi ki, "xxxx" Tikinti Materialları İstehsalı Firmasının Gəncə şəhər, Şıxdüzü adlanan ərazidə müvafiq icazə sənədi olmadan yerin təkindən qanunsuz istifadə etməsi barədə məlumat daxil olmuşdur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X23 X2 əməkdaşları tərəfindən həmin əraziyə baxış keçirilmiş və həmin ərazidə ölçmə işləri aparıldıqdan sonra müəyyən edilmişdir ki, qanunsuz olaraq gəcn çıxarıldığı yer gəc yatağı ərazisindən kənar ərazidir. Ona görə də Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X23 X7 aidiyyatı ilə bağlı onlara müraciət etmişdir. Aparılan araşıdrma zaman "xxxx" Tikinti Materialları İstehsalı Firması tərəfindən Gəncə şəhəri, “Şıxdüzü” adlanan ərazidə “Gəncə” gəc yatağından kənarda müvafiq icazə sənədi olmadan yerin təkindən qanunsuz qanunsuz istifadə etməsi müəyyən edilmişdir. Odur ki, protokolun təmin edilməsini və "xxxx" Tikinti X1 nəzərdə tutulmuş qaydada cəzalandırılmasını xahiş edir. Məhkəmə iclasında "xxxx" Tikinti Materialları İstehsalı Firmasının nümayəndəsi X10 protokola etiraz etdiyini qeyd edərək izahatında bildirmişdir ki, tərtib edilmiş həmin protokol aşağıdakılara əsasən əsassız və qərəzli tərtib edilmiş, eyni zamanda Firma tərəfindən inzibati xəta hadisəsinin törədilməsi faktı sübut olunmamışdır. "xxxx" Firması 1930-cu ildən Gəncədə fəaliyyət göstərən "xxxx" zavodunun hüquqi varisidir. Zavod 1998-ci ildə özəlləşdirilmişdir. Özəlləşdirmədən əvvəlki bütün illərdə "xxxx" zavodunun xammalı “Şıx düzü” adlanan həmin ərazidən daşınmışdır. İstehsal olunan "xxxx" məhsulu tikintidə daxili suvaq materialı kimi istifadə olunur və ən ekoloji təmiz daxili suvaq materialı kimi qəbul olunur. Son illərdə müəsissənin istehsal gücü 5000-6000 tondur. İstehsal edilən məhsula dair standartlaşdırma idarəsindən hər il alınan xüsusi "xxxx" sertifikatı vardır. Firma tərəfindən icarə müddətində Kəpəz Bələdiyyəsinə 13800 manat icarə haqqı, 48191 manat mədən vergisi ödənilmişdir. Bundan əlavə hər il böyük məbləğdə Vergilər Nazirliyinin xətti ilə gəlir vergisi, əlavə dəyər vergisi və ödəmə məmbəyindən vergi ödənilir. 2015-ci ildən başlayaraq Firma “Ekologiya və Təbii-Sərvətlər” Nazirliyinə və onun Gəncədəki səlahiyyətli qurumlarına müraciət edərək Gəncə şəhərində qeyri-qanuni "xxxx" istehsalçıları haqqında məlumat verərək həmin şəxslərin qanunsuz fəaliyyətinin dayandırılması barədə tədbir görülməsini xahiş etmişdir.. 10 saylı RETSİ-nin nümayəndələri Firmanın müraciətinə cavab olaraq bildirmişlər ki, lisenziyası olmadan "xxxx" bişirən şəxslər torpaq xammalını şəxsi maşınlarının daşıyıcılarından adıqlarına görə, guya tədbir görə bilmirlər. Firma bununla razılaşmayıb, yuxarı orqanlara şikayət yazdığına görə 10 saylı RETSt həmin vaxtdan Firmaya qarşı qərəzli tədbirlərə başlamışdır. 2015-ci ildə səlahiyyətli orqan Firmanın vəzifəli şəxsi barədə tXM-nin 86.2-ci maddəsinə əsasən 6000 manat cərimə qərarı qəbul edilmişdir. Firmanın şikayəti əsasında həmin qanunsuz qərar Kəpəz rayon Məhkəməsinin qərarı ilə ləğv edilərək icraata xitam verilmişdir. Bundan sonra 10 saylı RETSt tərəfindən 2021-ci ildə yenidən Firmanın barəsində tXM-nin 228-ci maddəsinə əsasən protokol tərtib edilərək Kəpəz rayon Məhkəməsinə göndərilmişdir. Həmin Məhkəmənin xx.xx.2021 -ci il tarixli 3(043)-851/2021 saylı qərarı ilə Firma barəsində 5000 manat inzibati cərimə tədbiq edilmişdir. Firmanın verdiyi apellyasiya şikayəti əsasında Gəncə Apellyasiya Məhkəməsinin 3(104)-31/2022 nömrəli 14 yanvar 2022-ci il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, əməldə inzibati xəta hadisəsi olmadığına görə icraata xitam verilmişdir. Bundan sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən eyni şəxsə aid olan "xxxx" Firmasının barəsində 16 mart 2023cü ildə X22 protokol tərtib edilmiş və baxılması üçün Gəncə şəhər Məhkəməsinə göndərilmişdir. Gəncə şəhər Məhkəməsinin 3(125)-625/2023 saylı, 25 aprel 2023-ci il tarixli qərarı ilə Firma Azərbaycan Respublikası tXM-nin 237.1 -ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 7.500 manat məbləğində inzibatı cərimə tətbiq edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə həmin iş üzrə də, icraata xitam verilmişdir. Hazırda 10 saylı RETSİ tərəfindən yenidən İXM-nin 228-ci maddəsi ilə X22 protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Firma haqqında tərtib edilmiş X22 protokolda qeyd edilmişdir ki, guya Firma tərəfindən Gəncə şəhəri “Şıx düzü” adlanan ərazidə “Gəncə” gəc yatağından kənarda müvafiq icazə olmadan yerin təkindən qanunsuz istifadə edilmişdir. Guya bu fakt “X23 X4”(DMXEİA)-nin xx.xx.2023-cü il tarixli məktubu xx.xx.2023-cü il tarixli 80210 saylı Aktı və fotoşəkillərlə təsdiq edilmişdir. Bildirirlər ki, firma tərəfindən protokolda qeyd olunan İnzibati Xəta pozuntusuna yol verilməmiş, eyni zamanda protokoldan və protokola əlavə olunmuş sənədlərdən Firma tərəfindən belə bir pozuntuya yol verilməsi təsdiq olunmur. Belə ki, “Şıx düzü” adlanan 10 hektarlıq gəc yatağı sahəsi zavod yaranan vaxtdan xammal yatağı kimi istifadə olunmaqdadır. Zavod özəlləşdikdən sonra, əvvəl Xanlar rayon İcra Hakimiyyəti Başçısının 4 dekabr 1998-ci il tarixli 308 saylı Sərəncamı ilə müddətsiz olaraq Firmanın istifadəsinə verilmişdir. Həmin ərazilər Gəncə şəhərinə verildikfən sonra Kəpəz Bələdiyyəsi ilə bağlanmış xx.xx.2014-cü il tarixli icarə müqaviləsi əsasında Firma həmin torpaq sahəsindən istifadə edir. 25 ildən artıq müddətdə həmin torpaq sahəsinin hüdudlarından kənar istismarla bağlı Firma ilə müvafiq nəzarət orqanları arasında heç bir mübahisə yaranmamışdır. Firmaya məxsus texnika Firmaya ayrılmış ərazidən kənara çıxmışdırsa, bununla əlaqədar səlahiyyətli orqanın nümayəndələri həmin texnikanı idarə edən şəxslərə şifahi xəbərdarlıq etməli, eyni zamanda bu barədə Firmaya yəni pozuntunun dayandırılması üçün yazılı bildiriş məktubu göndərməli idi. İş üzrə belə hal yoxdur. Səlahiyyətli orqanın nümayəndələri tərəfindən ərazinin hüdudlarından kənara çıxma əlaqədar heç bir yazılı və şifahi məlumatlar verilməmişdir. Əlavə olaraq bildirirlər ki, gəc yatağı ərazisinin hüdudları, tərəflər arasında dəqiqləşdirilməmiş, ölçülərlə müəyyən edilməmiş və mərz nişanları qoyulmamışdır. Bununla əlaqədar mübahisə olmadığı üçün zərurət yaranmamışdır. İşin faktiki halı ondan ibarətdir ki, icarəyə götürülmüş 10 hektar torpaq sahəsinin cəmi 4 hektarı "xxxx" yatağı xarakterlidir. Yəni yalnız orada olan torpaq "xxxx" bişirilməsi üçün xammal sayılır. Firmaya məxsus olan 2 ədəd buldozer adlanan texnika, (texnikanın biri torpağı topalayır, digəri isə qaldırıb maşına yükləyir) daimi olaraq həmin ərazidə dayanmış vəziyyətdə dururlar. Həmin yataq sahəsindən kənara çıxılmasına ehtiyyac yoxdur, çünki kənar ərazilərdə yataq sahəsidə yoxdur. Bundan başqa yataq sahəsinin hüdudlarına bitişik ətraf sahələr Gəncə İcra Başçısının Sərəncamı ilə vətəndaşlara ayrılmış, orada evlər tikilmişdir. Sənədlərdə qeyd edilmişdir ki, ərazidə 2 ədəd yük avtomobili müşahidə edilmişdir. Bildiririk ki, onlardan biri, yəni **-BR-*** nömrəli yük maşını Firmaya məxsusdur. Digər qeyd olunan **-BX-*** nömrəli maşın isə Firmaya heç bir aidiyyatı yoxdur. Bir daha qeyd edirlər ki, həmin 2 ədəd buldozer adlanan texnika 25 ildir ki, eyni yataq sahəsində vaxtaşırı qazıntı aparmaqda davam edir və qazıntı aparılan sahənin icarə sahəsi ilə üst-üstə düşüb-düşmədiyi mübahisələndirilmir. İnzibati Xəta qanunvericiliyin tələbinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin hüquqa zidd xarakterini dərk edib, onu arzu etdikdə və buna şüurlu surətdə yol verdikdə inzibati xəta hadisəsi törədilmiş hesab edilir. Bildirirlər ki, nə Firmanın texnikasını idarə edən fiziki şəxslər tərəfindən, nə də rəhbərliyi, ya özü tərəfindən qeyd olunan inzibati xəta hadisəsinin törədilməsinə zərurət olmamışdır. Çünki yataq sahəsində kifayət qədər xammal vardır. Əksinə olaraq yataq sahəsindən kənarda xammal yoxdur, olsa da, qarışıq torpaq olmaqla "xxxx" bişirilməsi üçün tam yararlı deyildir. Akt və protokol tərtib etmiş inzibati orqanın nümayəndələri qeyd etmişlər ki, onlar əraziyə baxış keçirən zaman orada 2 ədəd buldozer və 2 ədəd maşın fəaliyyətdə olmuşdur. Belə olan halda, əgər ərazidən kənara çıxma halı varidisə, bu barədə həmin şəxslərin izahatı alınmalı, ən pis halda isə soruşulmalı idi. Aktı tərtib edən şəxslər “hadisə yerində” olan şəxslərdən nə izahat almamış nə də, heçnə soruşmamışlar. Protokol tərtib edən şəxs isə, mülahizə əsasında nəticəyə gəlmişdir ki, guya həmin şəxslərə ərazidən kənarda qazıntı aparmaqda Firma rəhbərliyi göstəriş vermişdir. Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsinə əsasən əməldə inzibati xəta hadisəsi olmadıqda, yaxud inzibati xəta tərkibi olmadıqda inzibati xəta icraatı başlana bilməz, başlanmış icraata isə xitam verilir. Ona görə də iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X23 X2 monitorinq və nəzarət şöbəsinin mütəxəssisi X11 izahatında bildirdi ki, Gəncə şəhər, Şıxdüzü adlanan ərazidə müvafiq icazə sənədi olmadan yerin təkindən qanunsuz istifadə etməsi barədə məlumat daxil olmuşdur. Tərəfindən həmin əraziyə baxış keçirilmiş və həmin ərazidə ölçmə işləri aparılaraq həmin ərazidən nə qədər gəcin çıxarıldğı müəyyən edilmişdir. Daha sonra peyk məlumatlarına əsasən müəyyən edilmişdir ki, qanunsuz olaraq gəcin çıxarıldığı yer gəc yatağı ərazisindən kənar ərazidir. Ona görə də Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X23 X7 aidiyyatı üzrə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə müraciət etmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, ölçmə cihaz vasitəsi ilə aparılmış və peyk məlumatları ilə həmin sahənin koordinatları müəyyən edilmişdir. Koordinatlar müəyyən edildikdən sonra həmin ərazinin “Gəncə Gəc” yatağından kənar ərazi olduğu müəyyən edilmişdir. Əgər həmin ərazi gəc yatağı olan ərazi olsa idi o zaman protokolu da X23 X7 tərtib etməli idi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X21 izahatında bildirdi ki, daxil olmuş məlumat əsasında hadisə yerində olmuş ərazidə üzərində dövlət qeydiyyat nişanı olmayan 2 ədəd buldozer, iki ədəd dövlət qeydiyyat nişanı **-BX-*** və **-BR-*** olan ağır tonajlı özüboşaldan yük avtomobili müşahidə edilmişdir. Hasilət işləri aparılan sahədə X23 X2 monitorinq və nəzarət şöbəsinin mütəxəssisi X11 tərəfindən ölçü işləri aparılmış və müəyyən edilmişdir ki, 2174 kvadrat metr sahədə, orta istismar dərinliyi 0.3 m olmaqla 652.2 kubmetr həcmində gəc minereal xammal istehsalatı aparılmışdır. Həmin avtomobillər "xxxx" Tikinti Materialları İstehsalı Firmasına məxsus olduğu müəyyən edilmişdir. Həmin zaman avotmbili idarə edən şəxslərlə söhbət edilmiş, onlar heç bir məlumatları olmadığını müəssisənin sahibinin X12 olduğu müəyyən edilmişdir. Elman Heydərov izahatında həmin maşınların və müəssisənin onlara aid olmasını qeyd etsə də izahatı yazılı verməkdən və izmalamaqdan imtina etmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, buldozerləri idarə edən şəxslərlə şifahi söhbət etsə də izahatları alınmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 izahatında bildirdi ki, 10 saylı Regional ETSİ-nin aparıcı məsləhətçisi, müfəttişi vəzifəsində çalışır. Ölçmə işəri aparıldıqdan sonra onların idarəsinə məlumat verilmişdir. Daxil olmuş məlumat və sənədlər əsasında araşdırma apararaq protokol tərtib etmişdir. O hadisə yerində olmamış sadəcə daxil olmuş sənədlər əsasında araşdırma apararaq protokol tərtib etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 05 iyun 2014-cü il tarixli “Torpaq İcarəsi” müqaviləsinin surətindən görünür ki, X6 şəhər “Şıx düzü” adlanan ərazidən 10 ha torpaq sahəsini "xxxx" Tikinti Materialları İstehsalı Firmasına 10 illik icarəyə verərək, yerin təkindən faydalı qazıntılar istehsalı məqsədilə razılaşmışlar. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş 04 may 2018-ci il tarixli, EL-83/2018 saylı Lisenziyadan görünür ki, "xxxx" Tikinti Materialları İstehsalı Firmasına Dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılması üçün lisenziya verilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 13 iyul 2023-cü il tarixli aktdan görünür ki, 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin (RETSİ) xx.xx.2023-cü il tarixli 72 saylı sərəncamı əsasında Gəncə şəhəri ərazisində ətraf mühitin mühafizəsi qanunvericiliyinin tələblərinə riayət olunması vəziyyəti ilə əlaqədar idarə əməkdaşları tərəfindən keçirilmiş reyd zamanı Gəncə şəhəri “Şıxdüzü” adlanan ərazidə "xxxx" Tikinti Materialları İstehsalı Firması (TMİF) tərəfindən gəc hasilatı aparılması ilə əlaqədar aşkar edilmiş faktla bağlı tərəfimizdən araşdırma aparılmışdır. Belə ki, "xxxx" TMİF tərəfindən qeyd olunan ünvanda aparılan gəc hasilatı işlərinin qanunvericiliyin tələblərinə uyğunluğunun müəyyən edilərək tədbir görülməsi üçün 10 saylı RETSİ tərəfindən X23 X3 (DMXEİA) xx.xx.2023-cü il tarixli 99/143/d saylı məktub ünvanlanmışdır. DMXEİA nin xx.xx.2023-cü il tarixli 191/DMXEİ-19 saylı məktubunda bildirilir ki, DMXEİA və 10 saylı RETSİ əməkdaşları tərəfindən sözügedən əraziyə baxış keçirilərək ölçmə işləri aparılmış, “Gəncə” gəc yatağından kənar ərazidə 652.2 m3 həcmində qanunsuz qazıntı işlərinin aparıldığı aşkar edilmiş, bununla bağlı xx.xx.2023-cü il tarixli arayış tərtib edilmişdir. Məktubda hasilat aparılan ərazinin yataq sahəsi olmadığı qanunsuz istifadə ilə bağlı qanuna müvafiq tədbirlərin görülməsinin səlahiyyətlərinə aid olduğu bildirilmişdir. xx.xx.2023-cü il tarixdə “Abadlılq” TMİF nın direktoru X12 ilə görüşülmüş, DMXEİA-nin məktubu və arayışı ilə tanış edilmişdir. Beləliklə də, “Abadlılq” TMİF tərəfindən “Şıxdüzü” adlanan ərazidə yerin təkindən qanunsuz istifadə edilməklə “Yerin təki haqqında” Azərbaycan Respublika qanunun tələbləri pozularaq inzibati xəta törədilmişdir. Akta əlavə edilmiş fotoşəkillərdən görünür ki, ərazidə kombayn və şırımaçan avadanlıqlar mövcuddur. Bununla yanaşı, həmin fotoşəkillərə əsasən müəyyən etmək olur ki, ərazidə gəc çıxarılması həyata keçirilir, onun izləri mövcuddur. X23 X7 tərəfindən 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə göndərilmiş elektron məktubdan görünür ki, X23 X2 və 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən sözügedən əraziyə baxış keçirilmişdir. Baxış zamanı ölmə işləri aparılmış, “Gəncə” gəc yatağından kənar ərazidə 652,2 kub metr həcmində qanunsuz qazıntı işlərinin aparıldığı aşkar edilmişdir. 06 iyun 2023-cü il tarixli arayışdan görünür ki, Gəncə şəhəri “Şıxdüzü” adlanan əraziyə baxış keçirilmiş baxış zamanı aşağıdakılar müəyyən edilmişdir. Baxış zamanı ərazidə istismar işləri aparılır. Ərazidə üzərində dövlət qeydiyyat nişanı olmayan 2 ədəd buldozer, iki ədəd dövlət qeydiyyat nişanı **-BX-*** və **-BR-*** olan ağır tonajlı özüboşaldan yük avtomobili müşahidə edilmişdir. Hasilət işləri aparılan sahədə ölçü işləri aparılmış və müəyyən edilmişdir ki, 2174 kvadrat metr sahədə, orta istismar dərinliyi 0.3 m olmaqla 652.2 kubmetr həcmində gəc minereal xammal istehsalatı aparılmışdır. Əraziyə baxış zamanı və peyk məlumatların əsasən müəyyən olunur ki, ərazidə əvvəllər də istismar işləri aparılmışdır. Arayışa hadisə zamanı çəkilmiş fotoşəkillər də əlavə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsində icazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etməyə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, "xxxx" Tikinti Materialları İstehsalı Firması tərəfindən Kəpəz rayonu (əvvəl həmin ərazi Xanlar rayonu ərazisi hesab edilirdi) ərazisində yerləşən "xxxx" gəc yatağından kənar ərazidə müvafiq icazə sənədi (X26 Aktı) olmadan yerin təkindən istifadə olunaraq faydalı qazıntı hasil olunması şahidlərin izahatı ilə yanaşı, X22 protokol, hadisə yerinə baxış keçirilməsi barədə arayış, şəkillər və işin digər sənədləri ilə tam sübuta yetirilir. Səlahiyyətli orqan tərəfindən hüquqi şəxsin əməli Azərbaycan Respublikası İXM-in 228-ci maddəsi ilə düzgün tövsif edilmişdir. "xxxx" Tikinti Materialları İstehsalı Firmasının nümayəndəsi X10 tərəfindən məhkəməyə təqdim edilmiş etirazın dəlillərindən müəyyən olunur ki, hüquqi şəxsin nümayəndəsi İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş 04 may 2018-ci il tarixli, EL-83/2018 saylı Lisenziyaya isnad edərək hesab edir ki, Firmanın dağ-mədən işləri aparmağa hüququ vardır. Lisenziyası olduğu halda Firmanın artıq “Dağ-mədən ayırması aktı”nı almağa ehtiyacı yoxdur. Eyni zamanda həmin ərazinin gəc yatağı ərazi olub-olmamsı şübhəlidir. Belə olduğu halda əvvəlcədən hüquqi şəxsə heç bir məlumat verilməmişdir. Qanunvericilikdə “Lisenziya” sözü “İcazə” sözü ilə eyni mənalı sözlərdir və bu barədə artıq Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş qərarı mövcüddur. Ona görə də Firmanın əməlində İXM-nin 228-ci maddəsinin tərkibi yoxdur. Məhkəmə etirazın dəlillərini əsassız hesab edərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 9 yanvar tarixli, 1 №-li qərarı ilə təsdiq edilmiş “Yer təki sahəsinə faydalı qazıntıların çıxarılması, faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuları tikmək və istismar etmək məqsədi ilə “Dağ-mədən ayırması” statusunun verilməsi Qaydalarının 1.1-ci bəndində göstərilir ki, bu Qaydalar "Yerin təki haqqında" Azərbaycan Respublikası Qanunu və "Yerin təki haqqında" Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 27 aprel tarixli, 701 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası ərazisində faydalı qazıntıları çıxarmaq, faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuları tikmək və istismar etmək hüququ verən xüsusi razılığa (lisenziyaya) və ya icazə müvafiq olaraq yer təki sahəsinə "Dağ-mədən ayırması" statusu verilməsini müəyyən edir. Faydalı qazıntıların çıxarılması, eləcə də faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların tikilməsi və istismar edilməsi məqsədi ilə hüquqi və fiziki şəxslərin (bundan sonra yer təki istifadəçilərinin) xüsusi razılığa və ya icazyə əsasən istifadəsinə verilən yer təkinin hüdudları - "Dağ-mədən ayırması" statusu adlanır və akt şəklində X23 X7 (qiymətli və əlvan (o cümlədən nəcib) metallara, qiymətli daş yataqlarına və təzahürlərinə münasibətdə yerin təki sahələrinin birbaşa danışıqlar yolu ilə istifadəyə verilməsi zamanı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin iştirakı ilə) tərəfindən verilir (1 nömrəli əlavə). Həmin Qaydaların 1.2-ci bəndinə əsasən bu Qaydalara əsasən, Agentlik tərəfindən yer təki istifadəçilərinə faydalı qazıntı yataqlarının çıxarılmasına və faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yer təki sahələrinə verilən "Dağ-mədən ayırması"nın ilkin hüdudları, yerin təkindən istifadəyə xüsusi razılıq (lisenziya) və ya icazə verilərkən müəyyənləşdirilir. Faydalı qazıntıların çıxarılması və faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan işlərin texniki layihəsi hazırlandıqdan, dövlət ekspertizasının müsbət rəyi alındıqdan, X23 X7 və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi ilə razılaşdırıldıqdan sonra xüsusi razılığa və ya icazəyə əsasən "Dağ-mədən ayırması"nın hüdudlarını müəyyənləşdirən sənədlər (sahənin hüdudlarının koordinat cədvəli, planı və səciyyəvi kəsilişlər) xüsusi razılığa və ya icazəyə daxil edilir və onun ayrılmaz tərkib hissəsi sayılır. Yer təki istifadəçiləri eyni tipli və kiçik sahədə istismar olunacaq faydalı qazıntı yataqlarının (kərpic və örtük materialı istehsalı üçün gil, əhəngdaşı, qum, çınqıl və s.) işlənməsinə "Dağ-mədən ayırması" statusu aldıqda Fövqəladə Hallar Nazirliyinə faydalı qazıntı yataqlarının işlənməsi layihəsi əvəzinə "Dağ işlərinin inkişaf planını" təqdim edə bilərlər. Həmin Qaydaların 1.3-cü bəndinə əsasən Yer təki istifadəçiləri verilən "dağ-mədən ayırması"ndan yalnız özləri istifadə edə bilərlər. "Dağ-mədən ayırması" sahibinin təsisçisi olduğu hüquqi şəxslərə, "Dağ-mədən ayırması"nın sahibi ilə birgə fəaliyyət, o cümlədən onunla əməkdaşlıq barədə bağlanmış müqaviləyə əsasən fəaliyyət göstərən başqa şəxslərə şamil edilmir. Həmin Qaydaların 1.8-ci bəndinə əsasən "Dağ-mədən ayırması" olmadan və yaxud onun hüdudlarından kənarda faydalı qazıntıların çıxarılması və faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan qurğuların tikilməsi və ya istismarı Azərbaycan Respublikasının "Yerin təki haqqında" Qanunu ilə qadağan olunur. Yerin təkindən istifadə növlərini müəyyən edən “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən faydalı qazıntıların çıxarılması yerin təkindən istifadənin növləri sırasında göstərilmişdir. Bundan başqa, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8-ci bəndinə əsasən lisenziya – müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi üçün ərizəçiyə lisenziya verən orqan tərəfindən verilən rəsmi sənəddir, 1.0.11-ci bəndinə əsasən icazə isə – müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı müəyyən hərəkətlərin (bundan sonra – hərəkət) yerinə yetirilməsi üçün icazə verən orqan tərəfindən verilən rəsmi sənəd (icazə, razılıq, sertifikat, şəhadətnamə, akkreditasiya və s.), ərizəçi ilə bağlanılan müqavilə və ərizəçiyə münasibətdə edilən hər hansı digər hərəkətdir. Qeyd edilən qanunvericilik normalarından görünür ki, “lisenziya” və “icazə” anlayışları eyni mənalı anlayışlar deyil, qanunvericilikdə həmin anlayışlar bir-birindən fərqləndirilmişdir. Belə ki, “Dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılması” üçün verilən lisenziya sahibkara sözügedən fəaliyyətlə məşğul olmaq hüququ verir, “Dağ-mədən ayırması aktı” isə istismarçıya ayrılan yer təki sahəsinin hüdudlarını və həmin hüdudlarda faydalı qazıntı hasil etmək hüququ, yəni yerin təkindən istifadə hüququ verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 9 yanvar tarixli, 1 №-li qərarı ilə təsdiq edilmiş “Yer təki sahəsinə faydalı qazıntıların çıxarılması, faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuları tikmək və istismar etmək məqsədi ilə “Dağ-mədən ayırması” statusunun verilməsi Qaydalarının 1.2-ci bəndinə əsasən faydalı qazıntıların çıxarılması barədə dövlət ekspertizasının müsbət rəyi alındıqdan, X23 X7 və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi ilə razılaşdırıldıqdan sonra "Dağ-mədən ayırması"nın hüdudlarını müəyyənləşdirən sənədlər (sahənin hüdudlarının koordinat cədvəli, planı və səciyyəvi kəsilişlər) xüsusi razılığa və ya icazəyə daxil edilir və onun ayrılmaz tərkib hissəsi sayılır. Başqa sözlə, faydalı qazıntı hasilatı ilə məşğul olmaq istəyən şəxslər qanunvericiliyə uyğun olaraq, əvvəlcə “Dağ-mədən ayırması” aktını əldə etməli, sonra isə İqtisadiyyat Nazirliyindən lisenziya alınmalı idi. Bununla yanaşı qeyd edilməlidir ki, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununa 1 nömrəli əlavənin 11-ci bəndindən görünür ki, lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısından dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılması lisenziya tələb olunan fəaliyyət növləri siyahısından çıxarılmışdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, "xxxx" Tikinti Materialları İstehsalı Firmasına dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılması üçün lisenziya verilmiş olsa da, həmin sənəd dağ-mədən işlərinin aparılması, faydaları qazıntıların hasil edilməsi üçün tələb olunan icazə sənədi hesab olunmurdu. Digər tərəfdən, qanunvericiliyə əsasən lisenziya verilən fəaliyyət növləri sırasından dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılması çıxarılmış və dövlətə məxsus faydalı qazıntı yataqlarının işlənməsi üçün icazə sənədi kimi yalnız “Dağ-mədən ayırması” aktı tələb olunur. Eyni zamandan gəc istehsal olunan ərazinin “Gəncə” gəc yatağından kənar ərazi olması iş materiallarında olan sənədlərlə tam sübut olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 18.1-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. “"xxxx" Tikinti Materialları İstehsalı Firmasının əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal müəyyənedilməmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, "xxxx" Tikinti Materialları İstehsalı Firması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: "xxxx" Tikinti Materialları İstehsalı Firması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 5000 (beş min) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elxan Əlizadə
Məhkəmə qərarları › İş №3(125)-1470/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1470/2023
29.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver