Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1474/2025 30.04.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Musayev Ələddin Anar oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci X3 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx.xx.1990-cı ildə Xanlar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində bir uşaq olan, fərdi əməklə məşğul olan, barəsində bir il müddətində eyni inzibati xəta üzrə inzibati tənbeh tədbiri tətbiq edilməmiş, ünvan 1 ünvanda yaşayan, barəsində Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 333-1.1-ci maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə saat 17:00 radələrində Gəncə şəhəri, M.Bağırov küçəsində «Mercedes Benz E240 minik» markalı, ** GA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Gəncə Şəhər Dövlət X5 YPX-nın əməkdaşları tərəfindən saxlanılmış və aparılmış narkoloji müayinə zamanı onun narkotik maddələrdən istifadə etdiyi aşkar edilmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 333-1.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci X3 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X2 göstərdi ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 17:00 radələrində Gəncə şəhəri, M.Bağırov küçəsində «Mercedes Benz E240 minik» markalı, ** GA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Gəncə Şəhər Dövlət X5 YPX-nın əməkdaşları tərəfindən saxlanılmış və aparılmış narkoloji müayinə zamanı onun narkotik maddələrdən istifadə etdiyi aşkar edilmişdir. Bununla əlaqədar Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin TB-də araşdırma aparılmış və Şəxs əməlində cinayət tərkibinin olmadığı müəyyən edilmişdir. Aparılmış araşdırma nəticəsində Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsinin olduğu müəyyən edilmiş və inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, xx.xx.2025-ci il tarixdə saat 17:00-da Gəncə şəhəri, M.Bağırov küçəsində «Mercedes» markalı, ** GA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən, polis əməkdaşları tərəfindən saxlanılmış və onun narkotik maddədən istifadə etdiyi müəyyən olunmuşdur. Belə ki, o, narkotik maddələrindən istifadə etmir. Həkim reseptinə əsasən bəzən yuxu dərmanları qəbul edir. Sonda Şəxs himayəsində bir azyaşlı uşağının olmasını və ailəyə qazanc gətirən şəxs olmasını nəzərə alaraq barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İşdə olan məcburi narkoloji yoxlamanın xx.xx.2025-ci il tarixli 694 nömrəli rəyindən görünür ki, Şəxs psixotrop maddə olan preqobolindən epizodik istifadə hallarına yol verib. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan xx.xx.2025-ci il tarixli 1686/2025 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs sidiyinin müayinəsi zamanı PGB psixotrop maddə aşkar edilmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, dinləyərək, hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməllər düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 333-1.1-ci maddələri ilə tövsif olunmuşdur. Məhkəmə inzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə Şəxs himayəsində bir azyaşlı uşağının olmasını və əməlindən peşmançılıq hissi keçirməsini onun əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə Şəxs hərəkətlərində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəktəsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən bir əsas tənbehə əlavə edilə bilər. İnzibati xəta haqqında işin məhkəmə iclasında tədqiq olunmuş hallarını, habelə Şəxs Azərbaycan Respublikası İXM-nin 206 və 333-1.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətdiyini nəzərə alaraq, hesab edilir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 206 və 333-1.1 maddələrinin müqayisəli tədqiqindən görünür ki, həmin Məcəllənin 206-cı maddəsi ilə daha ciddi inzibati tənbeh tədbiri nəzərdə tutulmuşdur. İşin hallarını və Şəxs şəxsiyyətini, o cümlədən inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Şəxs inzibati qaydada tutulduğu və azadlıq hüququ faktiki olaraq, xx.xx.2025-ci il tarixdə, saat 19:50-də məhdudlaşdırıldığına görə inzibati həbsin əvvəli həmin vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 333-1.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsi tətbiq olunmaqla, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən saat 19:50-dən hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Şəxs ərazi narkoloji dispanserində proflaktiki qeydiyyata alınsın. Qərar inzibati həbs növündə inzibati tənbeh tətbiqinə dair hissədə dərhal icra edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №3(125)-1474/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1474/2025
30.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver