Məhkəmə qərarları › İş №3(125)-1475/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1475/2025

30.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1475/2025 30.04.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X9 Tahir oğlunun sədrliyi, Əlizadə Ümid Maqsud oğlunun katibliyi, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X1 iştirakları ilə, xx.xx.1981-ci ildə Kəlbəcər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, çörək bişirən işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Gəncə şəhəri, Gülüstan qəsəbəsi, ADAU-6 ətrafında ünvansız fərdi yaşayış evində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair protokol tərtib edilərək baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol və əlavə olunmuş sənədlərdən müəyyən olundu ki, Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-259/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs cəmi 5525 manat pul vəsaiti alınaraq X2 verilməsi qət edilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X6 tərəfindən Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, borclu Kərimova X5 Rayon Məhkəməsinin 2(040)-259/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsi üzrə 3925 manat pulu ödəmir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, borcundan 1600 manat ödəmiş, cəmi 3925 manat borcu qalmışdır. Əmək haqqı 200 manatdır, hər ay əmək haqqından 100 manat tutulur. 2600 manata yaxın çörək pulu yığılmışdır, İcra Hakimiyyəti həmin pulu ödəyən kimi borcuna verəcəkdir. Barəsində inzibati tənbeh tədbiri tətbiq edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 izahatında göstərdi ki, borclu Şəxs borcundan cəmi 1500 manat ödəniş etmişdir. Maddi imkanı olmasına baxmayaraq borcunu ödəməkdən qərəzli şəkildə yayınır. Borcun tam məbləğdə ödənilməsini tələb edir. İnzibati materiala əlavə edilmiş Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(040)-259/2024 saylı icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 5450 manat məbləğində əsas borc, həmçinin 75 manat dövlət rüsumunun pul əvəzi, cəmi 5525 manat pul vəsaiti alınaraq iddiaçı X2 verilməsi qət edilmişdir. xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, borclu Kərimova X5 Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(040)-259/2024 saylı icra vərəqəsi üzrə 3925 manat pulu ödəmir. xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(040)-259/2024 saylı icra sənədi üzrə icraat başlanmışdır. xx.xx.2024-cü il tarixli bildirişin surətindən görünür ki, icra sənədinin icrası məqsədi ilə Şəxs tələbin könüllü icrası barədə məlumatlandırılmışdır. xx.xx.2024-cü il tarixli xəbərdarlığın surətindən görünür ki, borcu könüllü ödəməyəcəyi təqdirdə borcluya məsuliyyətə cəlb olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. İnzibati materiala əlavə edilmiş xx.xx.2024-cü il tarixli izahatın surətindən görünür ki, borclu Şəxs Gəncə şəhəri üzrə İcra İdarəsinə dəvət olunaraq izahatı alınmış, maddi imkanı olmadığı üçün borcunu ödəyə bimədiyini, ayda 173 manat əmək haqqı aldığını və hər ay 150 manat olmaqla borcunu ödəyəcəyini göstərmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi inzibati xəta İXM-in 528.1-ci maddəsi ilə düzgün olaraq protokollaşdırılmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-in 528.1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, nəzərə alaraq hesab edir ki, barəsində inzibati cərimə tənbehi tətbiq etməklə onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə gələcəkdə yeni inzibati xəta törətməsinin qarşısını almaq məqsədilə inzibati tənbehin məqsədinə nail olmaq mümkündür. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,112,114,115,117,128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə tənbehi tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya biləvasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar