Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1476/2023 16.08.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, Azərbaycan Respublikası Dövlət X2 Regional Reklam İdarəsinin nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Azərbaycan Respublikası Dövlət X2 Regional Reklam İdarəsindən daxil olmuş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhəri, F.Əmirov küçəsində yerləşən “Montessori” adlı obyektinin icarədarı Şəxs xx.xx.2023-cü il tarixdə saat 15:25 radələrində açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verilən yazılı göstərişlərin vaxtında və tam yerinə yetirməməsi nəticəsində onun barəsində Azərbaycan Respublikası İXM-in 428.7.3-cü maddəsi ilə inzibati protokol tərtib edilmiş və materiallar baxılması üçün aidiyyatı üzrə məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası Dövlət X2 Regional Reklam İdarəsinin nümayəndəsi məhkəmə iclasında izahat verərək bildirmişdir ki, “Montessori” adlı obyektinin icarədarı Şəxs açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verilən yazılı göstərişlərin vaxtında və tam yerinə yetirməmişdir. Bu əmələ görə Azərbaycan Respublikası İXM-in 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair MN № ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Artıq inzibati xəta baş vermişdir, bu gündən sonra ödəniş edilməsi xitam üçün əsas deyildir. Şəxs həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati cərimə təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, o, əvvəllər ödənişlərini reklam idarəsinin əməkdaşlarına vermiş, sonuncular ödəmişlər. Lakin sonuncu dəfə o, reklam idarəsində razılaşdıqdan sonra, idarənin əməkdaşı obyektə gələcəyini bildirmiş, lakin sonradan gəlməmişdir. O, özü ödənişi hansı formada edilməsini bilməmişdir. Bundan başqa o, mart-aprel ayından reklamları sökmüşdür. O, hazırda akta göstərilən ölçüdə reklama görə ödəniş etməyə hazırdır. Sonda o, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İnzibati xəta haqqında işin materiallarını araşdıraraq məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. İşdə olan Şəxs ərizəsindən görünür ki, o, ərizə ilə ADRA X3 İdarəsinə müraciət edərək xx.xx.2023-ci il tarixdən 09 ay müddətinə reklam yerləşdirilməsi üçün icazə verilməsini xahiş etmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli yazılı göstərişdən görünür ki, Gəncə şəhəri, F.Əmirov küçəsində yerləşən “Montessori” adlı obyektdə açıq məkanda reklam yayımlanan reklam yayımını dayandırması, icazə alınması üçün 5 gün müddətinə müraciət etməsi tələb edilmiş, əks təqdirdə İXM-nin 428.7.3-cü maddəsi ilə məsuliyyətə cəlb olunacağı barədə xəbərdar edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli, MN № ******* nömrəli protokoldan görünür ki, Şəxs açıq məkanda reklam haqqında yazılı göstərişi yerinə yetirmədiyinə görə barəsində Azərbaycan Respublikası İXM-in 428.7.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. İşdə olan İnternet vergi idarəsindən çıxarışdan görünür ki, Şəxs vergi ödəyicisi olan (VÖEN **********) fiziki şəxsdir, buna görə o, vəzifəli şəxs hesab olunur. İnzibati xətanın törədilməsi bu barədə tərtib edilmiş protokol, ona əlavə edilmiş sənədlər və işin digər halları ilə tam təsdiq olunur. Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 32-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və həmin Məcəllənin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 17-ci maddəsində göstərilir ki, vəzifəli şəxslər öz qulluq vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeydinə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Həmin Məcəllənin 428.7.3-cü maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların vaxtında və tam yerinə yetirilməməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 25-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Məhkəmə işin hallarını nəzərə alaraq, qanunvericiliyin tələblərinə əsasən inzibati xəta törətmiş vəzifəli şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinin sanksiyası həddində inzibati tənbeh növü təyin edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 45-48, 114-116, 119-121-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə təqsirli bilinib 1500 (min beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №3(125)-1476/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1476/2023
16.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver