Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1479/2023 21.07.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş protokol Gəncə Şəhər Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokolda və protokolun əlavəsində qeyd edilmişdir ki, Şəxs Gəncə Şəhər Məhkməsinin 2(125)-614/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsində adları qeyd olunan 600 manat dəyərində 750 əyarlı 4,5 qram çəkidə brilyant qaşlı nişan üzüyü, 1760 manat dəyərində 583 əyarlı 16 qram çəkidə brilyant qaşlı sırqa, üzük klon dəsti 1050 manat dəyərində 585 əyarlı 15 qram çəkidə 1 ədəd boyunbağı və 1430 manat dəyərində 750 əyarlı 13 qram çəkidə 1 ədəd qolbağı, onlar olmadığı təqdirdə dəyəri olan 4840 manat, mediasiya xərci olan 50 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 19 manat pul alınaraq tələbkar X3 verilməsi qət edilmişdir. Gəncə Şəhər Məhkəməsinin 2(125)-614/2023-004 nömrəli, xx.xx.2023-cü il tarixli icra qeydi üzrə borclu Şəxs Sadıq oğluna tələbin könüllü icra etməsi üçün bildiriş və müxtəlif tarixlərdə inzibati məsuliyyətə veriləcəyi barədə xəbərdarlıqlar borcluya təqdim edilmiş, eyni zamanda izahatı alınmış, bundan əlavə borcun ödənilməsi tələb edilmiş, lakin borclu icra sənədində göstərilən qızılların onda olmadığından, həmin qızılların dəyərini ödəməyəcəyini bildirmişdir. Belə ki, borclu Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş icra sənədi üzrə zərurui icra tədbirləri görülmüş və bununla da borclu, borcunu qanunla müəyyən edilmiş müddətə ödəməkdən boyun qaçırmaqda təqsirlidir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında icra məmuru protokolu müfadiə edib qərarı məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs icra sənədinin icrasını tələb etdiyini bildirmiş, qanuni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə qərarının onun iştirakı olmadan çıxarıldığını, icra sənədindəki qızılların tələbkarda olduğunu, bu səbəbdən də tələb üzrə borcu ödəməkdən imtina etdiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş: - 21 iyul 2023-cü il tarixli MN № ******* nömrəli protokoldan görünür ki, Gəncə Şəhər Məhkəməsinin 2(125)-614/23 saylı xx.xx.2023-cü tarixli icra sənədi üzrə tələb Şəxs tərəfindən icra edilmir. - xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, Gəncə Şəhər Məhkəməsinin 2(125)-614/23 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə cavabdeh Şəxs 600 manat dəyərində 750 əyarlı 4,5 qram çəkidə brilyant qaşlı nişan üzüyü, 1760 manat dəyərində 583 əyarlı 16 qram çəkidə brilyant qaşlı sırqa, üzük, klon dəsti, 1050 manat dəyərində 585 əyarlı 15 qram çəkidə 1 ədəd boyunbağı və 1430 manat dəyərində 750 əyarlı 13 qram çəkidə 1 ədəd qolbağı, onlar olmadığı təqdirdə dəyəri olan 4840 manat, mediasiya xərci olan 50 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 19 manat pul alınaraq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. - xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Gəncə şəhəri üzrə İcra İdarəsinin icara məmuru X2 həmin Gəncə Şəhər Məhkəməsinin 2(125)- 614/23 saylı xx.xx.2023-cü il tarixli icra sənədini icraatına qəbul etmişdir. - xx.xx.2023-cü il tarixli “tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, icra məmuru tərəfindən borclu Şəxs tələbin könüllü icra edilməsi üçün 10 gün müddət təyin edilmiş və 10 gün ərzində aliment borcunun ödənilməməsi halında ona İcra haqqında Qanunun 78, 79, 81-ci maddələrinə müvafiq olaraq icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər tutulacağı barədə xəbərdarlıq edilmişdir. - xx.xx.2023-cü il tarixli inzibati məsuliyyətə cəlb olunma haqqında xəbərdarlıqdan görünür ki, Şəxs Gəncə Şəhər Məhkəməsinin 2(125)-614/23 saylı xx.xx.2023-cü il tarixli məhkəmə qərarının icra etməməsi barədə xəbərdar olunmuşdur. - xx.xx.2023-cü il tarixli inzibati məsuliyyətə cəlb olunma haqqında xəbərdarlıqdan görünür ki, Şəxs Gəncə Şəhər Məhkəməsinin 2(125)-614/23 saylı xx.xx.2023-cü il tarixli məhkəmə qərarının icra etməməsi barədə xəbərdar olunmuşdur. - xx.xx.2023-cü il tarixli inzibati məsuliyyətə cəlb olunma haqqında sonuncu xəbərdarlıqdan görünür ki, Şəxs Gəncə Şəhər Məhkəməsinin 2(125)-614/23 saylı xx.xx.2023-cü il tarixli məhkəmə qərarının icra etməməsi barədə xəbərdar olunmuşdur. - borclu Şəxs xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri üzrə İcra İdarəsində verdiyi izahatdan görünür ki, o, qərardan narazıdır, borcu qəbul etmir. - borclu Şəxs xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri üzrə İcra İdarəsində verdiyi izahatdan görünür ki, o, qızılların onda olmadığını, iddiaçının özündə olduğunu bildirmişdir. - borclu Şəxs xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri üzrə İcra İdarəsində verdiyi izahatdan görünür ki, o, qızılların onda olmadığını, iddiaçının özündə olduğunu bildirmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, tərəfləri dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi inzibati xəta hesab olunur. İşin faktiki hallarından görünür ki, Şəxs qızılların zərərçəkmişdə olduğunu bildirərək icra sənədi üə tələbi üzrsüz səbəbdən icra etmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. - 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona, 800 (səkkiz yüz) manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №3(125)-1479/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1479/2023
21.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver