Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1480/2023 23.08.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi Vəkil iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X3 tərəfindən tərtib edilmiş protokol Gəncə Şəhər Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokolda və protokolun əlavəsində qeyd edilmişdir ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-93/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra vərəqsinə əsasən MA seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, “Əriklik bağı” ərazisində yerləşən və xüsusi mülkiyyət hüququ üzrə tələbkar Zərərçəkmiş şəxs məxsus olan 1,0 ha torpaq sahəsində borclular X4, X7, X2, Şəxs, X5, X6 və X9 tərəfindən inşa edilmiş özbaşına tikintilər borcluların hesabına sökülməsi, borclular, həmçinin tələbkarın mülkiyyət hüququnun reallaşmasına maneə törədən şəxslər borcluların zəbt etdikləri torpaq sahəsindən çıxarılması və borcluların zəbt etdikləri torpaq sahəsi boşaldılaraq tələbkar Zərərçəkmiş şəxs təhvil verilməsi qət edilmişdir. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-93/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə borclu Şəxs tələbin könüllü icra etməsi üçün bildiriş və müxtəlif tarixlərdə inzibati məsuliyyətə veriləcəyi barədə xəbərdarlıqlar təqdim edilmiş, eyni zamanda izahatı alınmış. Bundan əlavə tələbin icra edilməsi tələb edilmiş, lakin borclu icra sənədində göstərilən tələbi icra etməyəcəyini bildirmişdir. Belə ki, borclu Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir, icra sənədi üzrə zəruri icra tədbirləri görülmüş və bununlada borclu, tələbi qanunla müəyyən edilmiş müddətə təmin etməkdən boyun qaçırmaqda təqsirlidir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, icra məmuru onun barəsində tərtib etdiyi inzibati xəta haqqında protokolda Gəncə Şəhər Məhkəməsinin 2(044)-93 21 saylı xx.xx.2021-ci il tarixli icra sənədinin icrasından boyun qaçırdığını, izahatında isə icra sənədini icra etmək istəmədiyini qeyd etdiyini əsas göstərmiş olsa da, həmin halları təsdiq edən subutları məhkəməyə təqdim etməmişdir. İş materiallarından göründüyü kimi Gəncə Şəhər Məhkəməsinin 2(044)-93 21 saylı xx.xx.2021-ci il tarixli icra sənədi Gəncə şəhəri üzrə İcra İdarəsinə xx.xx.2023-cü il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlanması haqqında qərar qəbul edilmiş, daha sonra icra məmuru həmin qərarı ona təqdim etmişdir. Bu zaman o, icra məmuruna bildirmişdir ki, X11 Məhkəməsinin 2-1(83)-03 2017 saylı xx.xx.2017-ci il tarixli qərarı ilə ona fərdi evin inşa edilməsi üçün 400 kv.m. torpaq sahəsinin ayrılmasına dair Gəncə şəhəri Nizami rayon İHB-nin xx.xx.2012 il tarixli, 341 saylı sərəncamı ləğv edilmiş olsa da, Gəncə şəhəri Nizami rayon İHB xx.xx.2013-cü il tarixli, 1687 saylı digər sərəncamı ilə Gəncə şəhərinin baş memarı Ə.Rüstəmli tərəfindən razılaşdırılaraq təsdiq edilmiş eskiz lahiyəsi əsasında inşa etdiyi fərdi yaşayış evinin razılaşdırılmış layihə sənədləri əsasında inşa edilmiş tikili kimi dəyərləndirilərək ümümi sahəsi 239,6 kv.m olan tikilinin qeydiyyata alınması və həmin tikililərə dair mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə alınması Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 3 saylı ərazi idarəsinə həvalə edilməsinə sərəncam verilmiş, həmin sərəncam tələbkar tərəfindən mübahisələndirilməmişdir. Sərəncamın hazırda qüvvədə olduğunu, bu əsasla yaşadığı tikilinin özbaşına inşa edilmiş tikili olmadığı halda, icra sənədinin icra edilməsinin mümkünlüyünün müəyyən edilməsi üçün “İcra haqqında” Qanunun 14.1, 70.4-cü maddlərinin tələblərinə uyğun olaraq icra sənədinin izah olunması barədə məhkəməyə mürdqciət etməyi və ya icra sənədinin icrasının qeyri-mümkünlüyünü nəzərə almaqla icra sənədinin məhkəməyə geri qaytarılmasına dair qərar qəbul etməyi xahiş etmişdir. İcra məmuruna həmçinin bildirmişdir ki, bir tərəfin hüquqlarının bərpa olunması digər tərəfin hüquqlarının pozulması ilə nəticələnməməlidir. O, qarşı tərəfind tələbini, məhkəmə qərarının qanuni qüvvədə olmasını və icra qanunvericiliyinin tələblərini başa düşür. İcra məmurunun istinad etdiyi icra qanunvericiliyində həm icraat zamanı məsələyə izah verilməsi üçün məhkəməyə ərizə ilə müraciət edilməli olduğu, həm də icranın yerinə yetirilməsinin mümkünsüzlüyü təsbit edilmişdir. İcra məmuru isə icra qanunvericiliyində onun hüquqlarını özündə ehtiva edən hallara diqqət etməmiş, işin həllinə birtərəfli yanaşmışdır. İcra məmuru iş üzrə mühüm əhəmiyyət kəsb edən bu kimi hallara əhəmiyyət vermədən xx.xx.2023-cü il tarixdə onu icra idarəsinə dəvət edərək tələsik izahatını alıb barəsində inzibati xəta haqqında MN ******* saylı xx.xx.2023-cü il tarixli protokol tərtib etmişdir. Bununla da icra məmuru “İcra haqqında” Qanunun 14.1-ci və 70.4-cü maddələrinin tələblərini pozmuşdur. Belə olduğu halda, icra məmurunun barəsində Gəncə Şəhər Məhkəməsinin 2(044)-93 21 saylı xx.xx.2021-ci il tarixli icra sənədinin icrasından boyun qaçırmağı və üzrsüz səbəbdən icra etməməyinə dair tərtib edilmiş MN ******* saylı xx.xx.2023-cü il tarixli protokol əsassız və qanunsuz hesab edilməklə ləğv edilməli və onun tərəfindən inzibati xətanın törədilməsinə dair inzibati işin icraatına xitam verilməsi haqqında qərar qəbul edilməlidir. Sonda o, inzibati xətanın törədilməsinə dair inzibati işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: - xx.xx.2023-cü il tarixli MN № ******* nömrəli protokoldan görünür ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-93/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə tələb Şəxs tərəfindən icra edilmir. - 18 aprel 2023-cü il tarixli icra vərəqəsindən görünür ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-93/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi üzrə MA seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, “Əriklik bağı” ərazisində yerləşən və xüsusi mülkiyyət hüququ üzrə iddiaçı Zərərçəkmiş şəxs məxsus olan 1,0 ha torpaq sahəsində cavabdehlər X4, X7, X2, Şəxs, X5, X6 və X9 tərəfindən inşa edilmiş özbaşına tikintilər cavabdehlərin hesabına sökülsün, cavabdehlər, həmçinin iddiaçının mülkiyyət hüququnun reallaşmasına maneə törədən diger şəxslər cavabdehlərin zəbt etdikləri torpaq sahəsindən çıxarılsınlar və cavabdehlərin zəbt etdikləri torpaq sahəsi boşaldılaraq iddiaçı Zərərçəkmiş şəxs təhvil verilməsi qət edilmişdir. - xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Gəncə şəhəri üzrə İcra İdarəsinin icara məmuru X3 həmin Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-93/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədini icraatına qəbul etmişdir. - xx.xx.2023-cü il tarixli “tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, icra məmuru tərəfindən borclu Şəxs tələbin könüllü icra edilməsi üçün 10 gün müddət təyin edilmiş və 10 gün ərzində tələbin üzrsüz səbəbdən icra edilməməsi halında ona “İcra haqqında” Azərbaycan Respublikası qanunun 78, 79, 81-ci maddələrinə müvafiq olaraq icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər tutulacağı barədə xəbərdarlıq edilmişdir. - Borclunun Gəncə şəhəri üzrə İcra İdarəsində verdiyi xx.xx.2023-cü il tarixli izahatından görünür ki, tikdiyi evi sökməyə maddi cəhətdən imkanı olmadığını bildirmiş, evin sökülməməsi üçün qarşı tərəfə aralarında razılıq əldə etməyi təklif etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, tərəfləri dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi inzibati xəta hesab olunur. İşin faktiki hallarından görünür ki, Şəxs müxtəlif bəhanələrlə üzrsüz səbəbdən icra sənədi üzrə tələbi icra etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. - 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona, 500 (beş yüz) manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №3(125)-1480/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1480/2023
23.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver