Məhkəmə qərarları › İş №3(125)-1481/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1481/2023

09.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1481/2023 09.08.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, icra məmuru X1, Zərərçəkmiş şəxs və onun nümayəndəsi X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X3 tərəfindən tərtib edilmiş protokol Gəncə Şəhər Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokolda və protokolun əlavəsində qeyd edilmişdir ki, xx.xx.1973-cü il Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasnm vətəndaşı, evli, ali təhsilli, ünvan 1 ünvanda qeydiyyatda olan lakin Gəncə şəhəri, Əriklik bağı sahəsində yaşayan Şəxs Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-93/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra vərəqsinə əsasən MA seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, “Əriklik bağı” ərazisində yerləşən və xüsusi mülkiyyət hüququ üzrə tələbkar Zərərçəkmiş şəxs qızma məxsus olan 1,0 ha torpaq sahəsində borclular X6, X9, X2, X7, X5, X8 və Şəxs tərəfindən inşa edilmiş özbaşına tikintilər borcluların hesabına sökülməlidir, borclular, həmçinin tələbkarın mülkiyyət hüququnun reallaşmasına maneə törədən şəxslər borcluların zəbt etdikləri torpaq sahəsindən çıxarılsınlar və borcluların zəbt etdikləri torpaq sahəsi boşaldılaraq tələbkar Zərərçəkmiş şəxs təhvil verilməsi qət edilmişdir. Gəncə Şəhər Məhkəməsinin Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-93/2021 nömrəli, xx.xx.2021 -ci il tarixli icra sənədi üzrə borclu Şəxs tələbin könüllü icra etməsi üçün bildiriş və müxtəlif tarixlərdə inzibati məsuliyyətə veriləcəyi barədə xəbərdarlıqlar tərəfimizdən borcluya təqdim edilmiş, eyni zamanda izahatı alınmış. Bundan əlavə tələbin icra edilməsi tələb edilmiş, lakin borclu icra sənədində göstərilən tələbi icra etməyəcəyini bildirmişdir. Belə ki, borclu Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərinin yerinə yetirmir icra sənədi üzrə tərəfimizdən zəruri icra tədbirləri görülmüş və bununlada borclu, tələbi qanunla müəyyən edilmiş müddətə təmin etməkdən boyun qaçırmaqda təqsirlidir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, Gəncə Şəhər Məhkəməsinin 2(044)-93/21 saylı xx.xx.2021-ci il tarixli icra sənədi Gəncə şəhəri üzrə İcra idarəsinə xx.xx.2023-cü il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlanması haqqında qərar qəbul edilmiş, daha sonra icra məmuru həmin qərarı ona təqdim etmişdir. Bu zaman icra məmuruna bildirmişdir ki, Gəncə İnzibati-lqtisadi Məhkəməsinin 2-l(83)-03/2017 saylı xx.xx.2017-ci il tarixli qərarı ilə ona fərdi evin inşa edilməsi üçün 400 kv.m torpaq sahəsinin ayrılmasına dair Gəncə şəhəri Nizami rayon İHBnin xx.xx.2012 il tarixli, 340 saylı sərəncamı ləğv edilmiş olsa da, Gəncə şəhəri Nizami rayon İHB-nın Memarlıq və Şəhərsalma İdarəsinin xx.xx.2016-ci il tarixli 262 saylı məktubu ilə Gəncə şəhərinin baş memarı Ə.Rüstəmli tərəfindən xx.xx.2016-cı il tarixdə razılaşdırılaraq təsdiq edilmiş eskiz layihəsi əsasında Şəhərsalma və Tikinti Məcəlləsinin 79-cu maddənin tələbləri nəzərə alınmaqla Gəncə yaşayış massivi, Əriklik bağı ərazisində 56 saylı sahədə inşa edilmiş evin Əmlak Məsəıə Dövlət Komitəsi yanında DƏDRX-nin 3 saylı ərazi idarəsi tərəfindən qeydiyyata alınmasına Memarlıq və Şəhərsalma idarəsi etiraz etməməsi, həmin sənədlərin tələbkar tərəfindən mübahisəiəndirilməməsi, bu əsasla da yaşadığı tikilinin özbaşına inşa edilmiş tikili olmadığı sübuta yetirilir. İcra məmuru iş üzrə mühüm əhəmiyyət kəsb edən bu hala əhəmiyyət vermədən xx.xx.2023- cü il tarixdə onu icra idarəsinə dəvət edərək tələsik izahatını alıb həmin gün də barəsində inzibati xəta haqqında MN ******* saylı xx.xx.2023-cü il tarixli protokol tərtib etmişdir. Bununla da icra məmuru “İcra haqqında” Qanunun 14.1-ci və 70.4-cü maddələrinin tələblərini pozmuşdur. Belə olduğu halda hesab edir ki, icra məmurunun barəsində Gəncə Şəhər Məhkəməsinin 2(044)-93/21 nömrəli xx.xx.2021-ci il tarixli icra sənədinin icrasından boyun qaçırmağı və üzrsüz səbəbdən icra etməməyinə dair tərtib edilmiş MN ******* saylı xx.xx.2023-cü il tarixli protokol əsassız və qanunsuz hesab edilməklə ləğv edilməli və inzibati xətanın törədilməsinə dair inzibati iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən məhkəmədən Gəncə şəhəri üzrə icra idarəsinin icra məmuru Səməd İsmayılov barəsində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair tərtib edilmiş inzibati xəta haqqında MN ******* saylı xx.xx.2023-cü il tarixli protokolun ləğv edilməsi, inzibati xətanın törədilməsinə dair inzibati iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs Şəxs məhkəmə qərarını icra etməyərək torpaq sahəsini boşaltmır. Sonda o, Şəxs barəsində inzibati qaydada həbs seçilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi Şəxs həbs edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: - xx.xx.2023-cü il tarixli MN № ******* nömrəli protokoldan görünür ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-93/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə tələb Şəxs tərəfindən icra edilmir. - 18 aprel 2023-cü il tarixli icra vərəqəsindən görünür ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-93/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi üzrə MA seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, “Əriklik bağı” ərazisində yerləşən və xüsusi mülkiyyət hüququ üzrə iddiaçı Zərərçəkmiş şəxs məxsus olan 1,0 ha torpaq sahəsində cavabdehlər X6, X9, X2, X7, X5, X8 və Şəxs tərəfindən inşa edilmiş özbaşına tikintilər cavabdehlərin hesabına sökülsün, cavabdehlər, həmçinin iddiaçının mülkiyyət hüququnun reallaşmasına maneə törədən diger şəxslər cavabdehlərin zəbt etdikləri torpaq sahəsindən çıxarılsınlar və cavabdehlərin zəbt etdikləri torpaq sahəsi boşaldılaraq iddiaçı Zərərçəkmiş şəxs təhvil verilməsi qət edilmişdir. - xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Gəncə şəhəri üzrə İcra İdarəsinin icara məmuru X3 həmin Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-93/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədini icraatına qəbul etmişdir. - xx.xx.2023-cü il tarixli “tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, icra məmuru tərəfindən borclu Şəxs tələbin könüllü icra edilməsi üçün 10 gün müddət təyin edilmiş və 10 gün ərzində aliment borcunun ödənilməməsi halında ona İcra haqqında Azərbaycan Respublikası qanunun 78, 79, 81-ci maddələrinə müvafiq olaraq icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər tutulacağı barədə xəbərdarlıq edilmişdir. - Borclunun Gəncə şəhəri üzrə İcra İdarəsində verdiyi xx.xx.2023-cü il tarixli izahatından görünür ki, evi Gəncə şəhər İH-ti tərəfindən sökülüb hazırki mübahisə olanan torpaq sahəsi ona verilib, o, orada ev tikəndən sonra ona çıxarış verilməsi barədə söz verilib. - Borclunun Gəncə şəhəri üzrə İcra İdarəsində verdiyi xx.xx.2023-cü il tarixli izahatından görünür ki, o, işdə zərərçəkmiş şəxs olduğunu günahkarın Gəncə şəhər İH-ti və iddiaçı Zərərçəkmiş şəxs olduğunu bildirmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, tərəfləri dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi inzibati xəta hesab olunur. İşin faktiki hallarından görünür ki, Şəxs müxtəlif bəhanələrlə üzrsüz səbəbdən icra sənədi üzrə tələbi icra etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. - 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona, 500 (beş yüz) manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar