Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-15/2024 04.12.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızı, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Gəncə şəhər üzrə İcra idarəsindən daxil olmuş inzibati xəta haqqında materialı məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X1 tərəfindən tərtib edilmiş protokol aidiyyəti üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. MN ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-674/2015 saylı xx.xx.2015ci il tarixli, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-1617/2015 saylı xx.xx.2015-ci il tarixli və Gəncə şəhər Məhkəməsinin 2(125)-70/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədlərinə əsasən Şəxs 4084 manat tələbkara ödənilməsi qət edilmişdir. İş üzrə məhkəmə iclası xx.xx.2023-cü il tarixə, saat 17:15-ə təyin edilmiş, həmin məhkəmə iclasında borclu Şəxs borcu ödəmək üçün vaxt istəmiş məhkəmə iclası xx.xx.2023-cü il tarixə, saat 15:00-a təxirə salınmışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il saat 15:00-a təyin edilmiş məhkəmə iclasına gəlməmişdir. Həmin məhkəmə iclasına gəlmədiyindən Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(125)-3419/2023 saylı qərarına əsasən Şəxs barəsində axtarış elan olunaraq tapılıb Gəncə Şəhər Məhkəməsinin inzibati binasına məcburi qaydada gətirilməsi qərara alınmış, lakin Şəxs tapılıb məhkəməyə təqdim edilməmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(125)-3419/2023 saylı qərarına əsasən Şəxs məhkəməyə gətirilməsi mümkün olmadığından onun məhkəmə iclasında iştirakı təmin edilənədək işin icraatı dayandırılmışdır. İnzibati xətanın törədildiyi xx.xx.2023-cü il tarixdən 1 il müddət keçdiyindən iş üzrə icraata xitam verilməsi məsələsinə baxılması üçün Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(125)-15/2024 saylı qərarına əsasən iş üzrə icraat təzələnmişdir. Hesab edirəm ki, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hal müəyyən edildiyindən başlanmış icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.5-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs qaçıb gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxsin aşkarlandığı vaxtdan bərpa olunur. Lakin inzibati xətanın törədildiyi vaxtdan bir il keçərsə, qaçıb gizlənən şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədildiyi tarixdən, yəni xx.xx.2023-cü il tarixindən 1 il müddət keçmişdir. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Beləliklə, inzibati xətanın törədildiyi vaxtdan bir il keçərsə, qaçıb gizlənən şəxsin inzibati məsuliyyətə cəlb oluna bilməməsi barədə inzibati xətalar qanunvericiliyinin tələbini və bununla da iş üzrə icraatı rədd edən halın müəyyən edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №3(125)-15/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-15/2024
04.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver