Məhkəmə qərarları › İş №3(125)-150/2022

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-150/2022

28.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-150/2022 28.07.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X8 Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Şəxs nümayəndəsi X2 iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Qərb Ərazi Baş Gömrük İdarəsində 14000-0449/22 nömrəli xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək, material ilə birlikdə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, ünvan 1 ünvanında yerləşən Şəxs tərəfindən xx.xx.2022-ci il tarixli ərizə əsasənda xx.xx.20220-ci il tarixli **********7478 sorğu nömrəli gömrük bəyannaməsi ilə 1 ədəd 2022-ci il buraxılışlı “Belarus 82.3” markalı nəqliyyat vasitəsi 1 ay müddətinə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında rəsmiləşdirilmişdir. xx.xx.2022-ci il tarixdə həmin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş müvəqqəti saxlanc müddətinin başa çatmasına baxmayaraq rəsmiləşdirilmə üçün Şəxs tərəfindən heç bir müraciət olunmamışdır. xx.xx.2022-ci il tarixdə Şəxs etibarnamə ilə nümayəndəsi, Azərbaycan Respublikasının vətəndaşı X1 iştirakı ilə Şəxs tərəfindən müvəqqəti saxlancda olan yükə gömrük baxışı keçirilmişdir. Gömrük baxışı keçirilən zaman məlum olmuşdur ki, Şəxs tərəfindən saxlanca götürülən həmin nəqliyyat vasitəsi anbarda toxunulmadan saxlanılır. Lakin, müvəqqəti saxlanc müddətinin bitməsinə baxmayaraq Şəxs tərəfindən həmin nəqliyyat vasitələrinin müvəqqəti saxlanc müddətinin tələbinə əməl olunmamışdır, rəsmiləşdirilməsi üçün Şəxs tərəfindən heç bir müraciət olunmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs nümayəndəsi X4 hüquqi şəxsin barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolda qeyd edilənlə razıdır. Gömrük qaydalarını pozduqlarını etiraf edir və tətbiq ediləcək cəriməni ödəməyə razıdırlar. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasında gəlmədiyindən, məhkəmə inzibati xəta haqqında materiala səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan **********7478 saylı, xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsindən görünür ki, Şəxsnə Belarus Respublikasından “Belarus 82.3 - təkərli traktor” yükü gömrük bəyannaməsi tərtib edilərək gömrük orqanına bəyan edilmişdir. İş materiallarında olan Şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 295/01-01 saylı məktubdan görünür ki, Şəxs ilə Belarus Respublikasının “X9” ASC şirkəti arasında xx.xx.2022-ci il tarixdə bağlanmış 112/00236091/220054-3B nömrəli müqaviləyə əsasən 18- 20 may tarixlərində keçiriləcək “Caspian Agro” sərgisində nümayiş etmək üçün Belarus-82.3 və Belarus-1222.3 markalı traktor gətirilib. Həmin tarktorların 1 ay müddətində saxlanca verilməsi xahiş olunmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsinin həm inzibati araşdırma zamanı həm də məhkəmə iclasında verdiyi izahatında hüquqi şəxs tərəfindən 1 ay müddətinə müvəqqəti saxlanca verdiyi mallara dair saxlanc müddətinin tələbləri pozulmuşdur, bununla da hüquqi şəxs tərəfindən inzibati xətanın törədilməsini etiraf etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsinə əsasən malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə - fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati materialda olan digər sənədlərlə və barəsində inzibati icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatı ilə sübuta yetirilmişdir ki, Şəxs tərəfindən müvəqqəti saxlanc müddətinin tələbləri pozulmuşdur. Bununla da, Şəxs hüquqi şəxs olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 300 (üç yüz) manat cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar