Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1503/2025 01.05.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X6 Tahir oğlunun sədrliyi, Əlizadə Ümid Maqsud oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və protokol tərtib edən şəxs Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X1 iştirakı ilə, xx.xx.1974-cü ildə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Daşkəsən rayonu, Alunitdağ qəsəbəsində qeydiyyatda olmaqla Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində ünvansız fərdi yaşayış evində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasi İnzibati Xətalar Məcəlləsinin 206-cı və 333-1.1-ci maddələri ilə Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra- İXM) 206-cı və 333-1.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsində inzibati xəta haqqında material tərtib olunaraq baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, xx.xx.2025-ci il tarixdə Gəncə şəhəri “2705” dairəsi adlanan ərazidə vətəndaş Şəxs “Kamaz” markalı, **-OG-*** dövlət qeydiyyat nişanlı avtomobili narkotik vasitənin təsiri altında idarə etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən peşman olduğunu bildirərək göstərdi ki, heç vaxt narkotikdən istifadə etməmişdir. Yanında olan bir nəfərdən siqaret istədikdə ona həmin maddəni vermiş, nə olduğunu bilməmiş, istifadə etmişdir. Evə tək gəlir gətirən odur, barəsində inzibati həbs növündə tənbeh tətbiq edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X2 izahatında göstərdi ki, barəsində protokol tərtib olunan şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib, istifadə etmiş və nəqliyyat vasitəsini narkotik vasitənin təsiri altında idarə etmişdir. İnzibati materiala əlavə edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə Şəxs Gəncə şəhəri “2705” dairəsi adlanan ərazidə “Kamaz” markalı, **-OG-*** dövlət qeydiyyat nişanlı avtomobili narkotik vasitənin təsiri altında idarə etmişdir. Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci X4 Bölməsinin təhqiqatçısı, polis leytenantı İsmət Əliyev tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş və barəsində İXM-in 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Gəncə Şəhər BPİnin 2-ci Polis Şöbəsinin İTB-ə göndərilmişdir. xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü, 332.1-ci və 333- 1.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. xx.xx.2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 17:51-də tutulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş ambulator məcburi narkoloji-tibbi yoxlamaya dair xx.xx.2025-ci il tarixli, 705 saylı rəydən görünür ki, Şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olmuşdur. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə profilaktiki qeydiyyata alınması məsləhət görülmüşdür. xx.xx.2025-ci il tarixli, 1699/2025 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs sidikdə narkotik vasitə (THC) aşkar edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 206-cı və 333-1.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün izahatı və iş üzrə toplanmış sübutlarla tam sübuta yetir. İXM-in 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs daha ciddi xətaya görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Törədilmiş inzibati xətanın xarakterini digər xüsusiyyətlərini, Şəxs əməlindən səmimi peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alıb inzibati qaydada tənbeh edərkən onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək üçün barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,112,114,115,117,128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı və 333-1.1-ci maddələri ilə təqsirli bilinib, İXM-nin 34.3-cü maddəsinə əsasən İXM-nin 206-cı maddəsi ilə barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №3(125)-1503/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1503/2025
01.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver