Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1504/2025 01.05.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X13 Şakir oğlunun sədrliyi, X4 iclas katibliyi, Protokol tərtib etmiş Gəncə şəhər BPİ-nin 4-cü Polis Bölməsinin sahə rəisi, polis kapitanı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X3 iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və Gəncə şəhəri, Depo qəsəbəsi, 8-ci küçədə yaşayan Şəxs barəsində Gəncə şəhər BPİ-nin 4-cü Polis Bölməsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola Gəncə Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: Gəncə şəhər BPİ-nin 4-cü Polis Bölməsinin sahə rəisi, polis kapitanı X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsi barədə 01 may 2025-ci il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək Gəncə Şəhər Məhkəməsinə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, Şəxs 30 aprel 2025-ci il tarixdə ünvan 3 ünvanının qarşısında ucadan nalayiq ifadələr işlədib ictimai qaydanı pozmuş və onun tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Gəncə şəhər BPİ-nin 4-cü Polis Bölməsinin sahə rəisi, polis kapitanı X5 protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, zərərçəkmiş şəxs X1 şəhər BPİ-nin 4-cü Polis Bölməsinə ərizə ilə müraciət edərək Şəxs onun və bacısının ünvanına qeyri-etik, həqiqətə uyğun olmayan ifadələr işlətdiyini bildirmişdir. Buna görə də Şəxs barəsində İXM 510-cu maddəsi ilə MN ******* nömrəli protokol tərtib edilmişdir. Məhkəmədən Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı törətdiyini etiraf edərək ifadəsində bildirdi ki, təxmini 7 aydır ki, arvadı X7 baldızı Anarə Əhmədova ilə birgə ünvan 4 ünvanında yaşayır. Buna səbəb onun arvadı ilə boşanma ərəfəsində olmasıdır. May ayının 7-də Gəncə Şəhər Məhkəməsində məhkəmə prosesi baş tutacaqdır. Azyaşlı övladını görmək məqsədi ilə baldızının yaşadığı ünvana sərxoş vəziyyətdə 30 aprel 2025-ci il tarixdə günorta radələrində getmişdir. Azyaşlı övladını ona göstərmədikləri üçün ucadan nalayiq ifadələr işlədib, öz etirazını bildirmişdir. Baldızı Anarə etdiyi hərəkətlərlə bağlı polisə şikayət etmişdir. Polis əməkdaşları onun 2-ci Polis Şöbəsinə aparmışlar. Əməlindən peşmandır. Özünü təqsirli bilir və Anarədən üzr istəyir. Həmçinin bir daha belə hallara yol verməyəcəkdir. Özü 44 günlük Vətən Müharibəsində iştirak etmişdir. Məhkəmədən barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 ifadə verərək bildirdi ki, təxminən 7 aydır ki, bacısı X7 onunla birlikdə yaşayır. Belə ki, ailəsində yarana problemlərə görə boşananadək onunla birlikdə qalır. Lakin, barışmaq niyyətində olan əri Şəxs mütəmadi olaraq onun yaşadığı binanın qarşısına gələrək sərxoş vəziyyətdə nalayiq ifadələr işlədib onun və bacısının şərəf və ləyaqətini kobud formada alçaldır. Bununla bağlı polisə müraciət etmiş, onu oradan uzaqlaşdırıb polis orqanına aparsalar da, Şəxs heç bir ölçü götürməyərək, anası Rəna ilə birlikdə yenidən yaşadığı mənzilə gələrək qapını döymüşdür ki, guya ki, azyaşlı övladını görsün. 2025-ci ilin may ayının 07-də Gəncə Şəhər Məhkəməsində boşanma ilə əlaqədar növbəti məhkəmə prosesi baş tutacağından Nəsib ayrılmaq istəmədiyini kobud formada bildirmək niyyətindədir. xx.xx.2025-ci il tarixdə Şəxs və anası yaşadığı binanın qarşısında onun və bacısının ünvanına qeyri-etik, həqiqətə uyğun olmayan ifadələr işlədib onun və bacısının narahatçılığına səbəb olaraq şərəf və ləyaqətini kobud formada alçaltmışdır. Odur ki, məhkəmədən qanun tələblərinə uyğun olaraq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı Şəxs ictimai qaydanı pozmaqla xırda xuliqanlıq etməsi ictimai qaydanı pozması və beləliklə İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafedici izahatı və barəsində tərtib edilmiş material ilə tam şəkildə sübuta yetirilir. Belə ki, Gəncə şəhəri, Nəriman Nərimanov prospekti adlanan ərazi ictimai yerdir. Şəxs öz hərəkətləri ilə insanların narahat olmasına səbəb olan nalayiq ifadələri qərəzli şəkildə və ucadan işlədərək ictimai qaydanı pozmuşdur. Bununla da İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə araşdırması zamanı inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azadetmə üçün əsaslar müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini səmimi etiraf etməklə peşman olmasını İXM-in 32-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətanın xarakterini, törədilmə şəraitini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və səmimi peşmançılığını, nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, həmin maddənin sanksiyası çərçivəsində 100 (bir yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Gəncə şəhəri üzrə İcra İdarəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №3(125)-1504/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1504/2025
01.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver