Məhkəmə qərarları › İş №3(125)-1510/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1510/2023

26.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1510/2023 26.07.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin polis sahə rəisi X3, zərərçəkmiş X2, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi X1 və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Kəlbəcər rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 206-cı maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin 1-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 206-cı maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün 26 iyul 2023-cü il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin polis sahə rəisi X6 tərəfindən tərtib olunmuş 26 iyul 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 18-də yaşadığı ünvanda X4 vurub ona dərəcəsi təyin edilməmiş xəsarət yetirib, xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri Narkoloji dispanserdə sərxoşluq hallarının müayinəsi zamanı narkotik vasitə olan heroin qəbul etməsi müəyyən edilmişdir. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 206-cı maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X6 izahatında göstərdi ki, 26 iyul 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 18-də yaşadığı ünvanda X4 vurub ona dərəcəsi təyin edilməmiş xəsarət yetirib, xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri Narkoloji dispanserdə sərxoşluq hallarının müayinəsi zamanı narkotik vasitə olan heroin qəbul etməsi müəyyən edilmişdir. 25 iyul 2023-cü il tarixdə Şəxs barəsində cinayət işinin başlanması rədd edilmişdir. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 206-cı maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək izahatında göstərdi ki, o narkotik vasitə istifadə etmişdir. Lakin qızını döyməmişdir. Törətdiyi əmələ görə çox peşmandır. Onun barəsində həbslə əlaqədar olmayan tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş zərərçəkmiş X5 izahatında bildirdi ki, atası əlində rajok dayısının üzərinə hücum çəkirdi, bu zaman qapıda onu gördükdə ona da təpiklə vuraraq xəsarət yetirmişdir. Atası ilə barışmaq istəmir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 25 iyul 2023-cü il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından, onun əməlində Azərbaycan Respublikası İXM-in 157-ci və 206-cı maddələrinin tərkibləri olduğundan qanuna müvafiq tədbir görülməsi üçün qərarın surəti Gəncə şəhəri 1-ci PŞ-nə və Gəncə şəhər prokurorluğuna göndərilmiş, toplanmış materal üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 1132 saylı rəyindən görünür ki, azyaşlı X2 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – döş qəfəsinin sıyrığı - bərk küt əşyanın təsirindən əmələ gəlmişdir əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yənin xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında” 24 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Şəxs sidiyində OPİ (heroin) aşkar edilmişdir. “İnzibati qaydada tutma haqqında” 24 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Şəxs inzibati xəta haqqında işin icraatını təmin etmək məqsədi ilə həmin tarixdə saat 18:10da tutulmuşdur. Gəncə şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş 1240 saylı 25 iyul 2023-cü il tarixli rəydən görünür ki, Şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. 2-ci qrup əlil olduğu üçün məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə elektron sistemdən çıxarışdan görünür ki, Şəxs İİ qrup əlil olmaqla 220 manat müavinət alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz Şəxs özünü İXM-nin 157-ci maddəsi ilə təqsirli bilməsə də inzibati xətaların törədilməsi zərər çəkmiş şəxsin izahatı, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə, inzibati xəta haqqında tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri tədqiq edib, proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 206-cı maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi özünün qismən etirafedici izahatı ilə yanaşı, zərər çəkmiş şəxsin izahatı, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs İXMnin 157-ci və 206-cı maddələri ilə təqsirli bilinməli, həmin maddənin sanksiyası çərçivəsində barəsində inzibati tənbeh tətbiq edilməlidir. İş materiallarına əlavə edilmiş elektron arayışdan Şəxs 2-ci dərəcəli əlil olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlət Kabinetinin 13 may 2022-ci il tarixli 187 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarının təsdiq edilməsi, əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə dəyişiklik edilmiş və Qərara əsasən əlilliyin ənənəvi üç dərəcə əvəzinə, orqanizmin funksiyalarının pozulması faizi əsasında qiymətləndirilməsi yanaşması əsas götürülmüşdür. Belə ki, İ, İİ və İİİ dərəcələr müvafiq olaraq 81-100 faiz, 61-80 faiz və 31-60 faiz kimi hesab olunur. Belə olan vəziyyətdə, Qaydalara əsasən Şəxs orqanizm funksiyalarının 61-80 faiz nisbətində pozulması müəyyən olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, Şəxs gözdən əlil olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır (İXM 32.2-ci maddəsi). Onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 157-ci və 206-cı maddələrinin sanksiyasında iki növ inzibati tənbeh – cərimə və həbs inzibati tənbehləri nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-in 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən halların olmasını nəzərə alaraq, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci və 206-cı maddələrinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbehin tətbiq olunmasını məqsədəuyğun hesab edir. Şəxs 2-ci qrup əlil olduğundan onun barəsində məcburi müalicə təyin edilməməli lakin narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 206-cu maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, ona İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 300 (üç yüz) manat cərimə tənbehi, İnzibati Xətalar Məcəlləsini 206-cı maddəsi ilə 300 (üç yüz) manat cərimə tənbehi təyin edilsin. Təyin edilmiş inzibati tənbehlər qismən toplanılmaqla, Şəxs qəti olaraq 400 (dörd yüz) manat cərimə tənbehi tətbiq edilsin. Şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Şəxs narkoloji dispanserdə qeydiyyata götürülsün. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar