Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1515/2023 08.08.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçnin qızının katibliyi ilə, Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsinin nümayəndəsi X1 Barəsində inzibati qaydada icraat aparılan hüquqi şəxs Şəxs iştirakları ilə, Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsi tərəfindən Şəxs Azərbaycan Respublikasi İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsində tərtib edilmiş 24 iyul 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında X6 İdarəsinin nümayəndəsi X2 izahat verərək bildirdi ki, Gəncə şəhəri, Turqut Ozal küçəsi, 24 iyul 2023-cü il tarixdə saat 11-00-da açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verilən yazılı göstərişlərin vaxtında və tam yerinə yetirilməməsinə görə X6 İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmişdir. Daha sonra Şəxs qanunla müəyyən olunmuş rüsum dövlət büdcəsinə ödənilmişdir. Buna baxmayaraq vaxtında icra etmədiyinə görə protokolun təmin edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, açıq məkanda reklam yerləşdirilməsi üçün X6 İdarəsinə rəsmi qayda da müraciət etsə də qurum tərəfindən qanunla müəyyən edilmiş müddət ərzində cavab verilmiş və aralarında müqavilə bağlanmışdır. Sadəcə 3 ayın ödənişində gecikmə olmuşdur. Daha sonra onun tərəfindən qanunla müəyyən olunmuş rüsum dövlət büdcəsinə ödənilmişdir. Qeyd olunanları nəzərə alaraq, barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallrında olan 11-3-3/2-695/2023 nömrəli məktubdan görünür ki, Gəncə şəhəri, Turqut Özal ünvanında açıq məkanda yayımlanan “Komfort dizayn” adlı obyeltin reklamın yayımının dərhal dayandırılması və yerləşdirilməsi üçün verilmiş icazədə nəzərdə tutulan yayım haqqının 05 gün ərzində ödənilməsi tələb edilmişdir. İş materialına əlavə edilmiş müqavilədən görünür ki, X6 İdarəsi ilə Şəxs arasında xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək reklam yerləşdirilməsinə dair müqavilə bağlanmışdır. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, X6 İdarəsi tərəfindən Şəxs tərəfindən dövlət rüsumu və yayım haqqı X6 İdarəsinin bank hesabına ödənilmişdir. Məhkəmə, iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara, tərəflərin izahatlarına məcmu halda qiymət verərək hesab edir ki, məhkəmə araşdırması zamanı Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 428.7.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, X6 İdarəsi ilə Şəxs arasında xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək reklam yerləşdirilməsinə dair müqavilə olduğundan və rüsumun müqavilə üzrə ödənilməsini gecikdirilməsi artıq mülki hüquq münasibəti hesab olunur və həmin pulun ödənilməsinin gecikdirilməsi İXM-nin 428.7.3-cü maddəsinin tərkib hissəsini yaratmır. İş materiallarında olan 24 iyul 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Gəncə şəhəri, Turqut Ozal küçəsində 24 iyul 2023cü il tarixdə saat 11-00-da açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verilən yazılı göstərişləri vaxtında və tam yerinə yetirilməmişdir. Bu əmələ görə X6 İdarəsi tərəfindən “Şəxs Azərbaycan Respublikası İXM-nin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materialına əlavə edilmiş müqavilədən görünür ki, X6 İdarəsi ilə Şəxs arasında xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək reklam yerləşdirilməsinə dair müqavilə bağlanmışdır. “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən reklam fəaliyyətinə nəzarətin məqsədi reklam subyektlərinin maraqlarını və bu Qanunun tələblərinin yerinə yetirilməsini təmin etmək, o cümlədən bu Qanunun tələblərinə cavab verməyən reklamın yayımını dayandırmaq, reklam fəaliyyətinin subyektlərinə bu Qanunun tələbləri ilə bağlı icrası məcburi olan göstərişlər verməkdir. “Reklam haqqında” Qanunun qeyd olunan normasının tələbindən göründüyü kimi reklam subyekti tərəfindən həmin qanunun tələblərinə riayət edilməməsi reklam fəaliyyətinə nəzarət edən orqan tərəfindən müəyyən edildikdən sonra həmin Qanunun tələblərinin yerinə yetirilməsini təmin etmək üçün reklam fəaliyyətinə nəzarət edən orqan reklam fəaliyyətinin subyektlərinə bu Qanunun tələbləri ilə bağlı icrası məcburi olan göstərişlər verir. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2017-ci il tarixli 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın 3.5-ci bəndinə əsasən müvafiq qurum açıq məkanda icazəsiz, həmçinin icazə müqaviləsi bağlanılmadan və ya müvafiq haqqı vaxtında ödəmədən reklam yayımı hallarını müəyyən etdikdə reklam yayıcısı məlum olduğu halda, pozuntu halı təsvir olunmaqla müvafiq akt tərtib edərək onu və bu Qaydanın 2-ci hissəsinə uyğun müvafiq hərəkətlərin 5 gün ərzində yerinə yetirilməsi üçün icrası məcburi olan yazılı göstərişi reklam yayıcısına təqdim edir (bu halda reklam yayıcısı reklamın yayımını dərhal dayandırmalıdır); yazılı göstərişdə müəyyən edilmiş tələblər vaxtında yerinə yetirilmədikdə və ya reklamın yayımı dərhal dayandırılmadıqda, həmçinin reklam yayıcısını müəyyən etmək mümkün olmadıqda, reklamın yayılmasının dayandırılması üçün zəruri tədbirlər görür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1.-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elxan Əlizadə
Məhkəmə qərarları › İş №3(125)-1515/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1515/2023
08.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver