Məhkəmə qərarları › İş №3(125)-1522/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1522/2025

02.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1522/2025 02.05.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X12 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Gəncə şəhəri üzrə icra İdarəsinin icra məmuru X5, zərərçəkmiş şəxs (icra sənədi üzrə tələbkar) X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1972-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Gəncə Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: Gəncə şəhəri üzrə İcra İdarəsindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş 02 may 2025-ci il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokola dair toplanmış material məhkəməyə daxil olmuşdur. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-276/2013 nömrəli, 19 fevral 2013-cü il tarixli icra sənədindən görünür ki, tərəflərin birgə nikahından olan 18 may 2008ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdeh Şəxs hər ay sabit pul şəklində 93 (doxsan üç) manat məbləğində aliment tutularaq iddiaçı X4 ödənilməlidir. İnzibati xəta haqqında protokola əsasən ki, icra sənədinin icrası ilə əlaqədar borclu Şəxs borcunun ödənilməsi tələb edilsə də, icra sənədinin icrası borclu tərəfindən təmin edilməmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Gəncə şəhəri üzrə icra İdarəsinin icra məmuru X7 bildirdi ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-276/2013 nömrəli, 19 fevral 2013-cü il tarixli icra sənədinə əsasən tərəflərin birgə nikahından olan 18 may 2008-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün Şəxs hər ay sabit pul şəklində 93 (doxsan üç) manat məbləğində aliment tutularaq iddiaçı X4 ödənilməlidir. Belə ki, borclu Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İcra sənədi üzrə tərəfindən zəruri icra tədbirləri görülmüş və bununla da borclu, borcunu qanunla müəyyən edilmiş müddətə ödəməkdən boyun qaçırmaqda təqsirlidir və borclunun ha-hazırda 3240 manat borcu vardır. Odur ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs barəsində qanuna uyğun tədbirlərin görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, maddi imkanı olmadığı üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-276/2013 nömrəli, 19 fevral 2013-cü il tarixli icra sənədində göstərilən tələbi yerinə yetirə bilməmiş və zərərçəkmiş şəxs (tələbkar) Elnurə Sadıqovaya aliment borcu yığılmışdır. Hər ay 120-130 manat olmaqla, hissə-hissə tələbkara olan borcunu ödəyib bağlayacaqdır. İcra məmurunun həmişə qanuni tələbini yerinə yetirməyə hazırdır. Odur ki, məhkəmədən onun barəsində başlanılmış iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs (icra sənədi üzrə tələbkar) X6 məhkəməyə ərizə təqdim edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs ona olan borcu ilə əlaqədar aralarında razılıq əldə olunduğunu, Şəxs ona hər ay ödəniş edəcəyini, ona görə də şikayəti olmadığını bildirdi. Həmçinin, Şəxs barəsində tədbir görülməməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-276/2013 nömrəli, 19 fevral 2013-cü il tarixli icra sənədindən görünür ki, tərəflərin birgə nikahından olan 18 may 2008ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdeh Şəxs hər ay sabit pul şəklində 93 (doxsan üç) manat məbləğində aliment tutularaq iddiaçı X4 ödənilməlidir. MN № ******* nömrəli, 02 may 2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-276/2013 nömrəli, 19 fevral 2013-cü il tarixli icra sənədinə əsasən borcludan hər ay 93 manat aliment tutularaq X1na ödənilməlidir. İcraata başlamaq haqqında 05 aprel 2013-cü il tarixli qərardan və izahatdan görünür ki, icra sənədi üzrə icraata başlanılmış və borclunun izahatı alınmışdır. Şəxs ünvanlanmış tələbin könüllü icrası barədə bildirişin surətindən görünür ki, Şəxs icra məmuru tərəfindən ona, icra sənədi icra edilmədiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. X1 tərəfindən Gəncə şəhəri üzrə İcra İdarəsinə ünvanlanmış ərizəsinin surətindən görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə bağlı borclu olan Şəxs aliment üzrə 2880 manat köhnə borc və cari ilin 3 ayı üzrə ümumi borcu yaranmışdır. Lakin, heç bir ödəniş etmir və aliment borcu arta-arta gedir. Odur ki, bu haqda qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmurunun, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin, zərərçəkmiş şəxsin (tələbkarın) izahatlarını dinləyib, inzibat xəta haqqında və icra işinin materiallarını araşdıraraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında icraata Şəxs əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsi müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin icra olunmamasına görə borclunun məsuliyyətə cəlb edilməsi qaydasını müəyyən etmişdir. Həmin Qanunun 82.1-ci maddəsinə görə, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutur. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Göründüyü kimi, məhkəmə iclasında zərərçəkmiş şəxs (icra sənədi üzrə tələbkar) X6 məhkəməyə ərizə təqdim edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs ona olan borcu ilə əlaqədar aralarında razılıq əldə olunduğunu, Şəxs ona hər ay ödəniş edəcəyini, ona görə də şikayəti olmadığını bildirərək, Şəxs barəsində tədbir görülməməsini xahiş etmişdir. Beləliklə, işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilmədiyindən, məhkəmə qərarının icra edilməməsi ilə əlaqədar onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında icraata əməlində inzibati xəta tərkibi olmadığı əsası ilə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında icraata əməlində inzibati xəta tərkibi olmadığı əsası ilə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar