Məhkəmə qərarları › İş №3(125)-1524/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1524/2025

02.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1524/2025 02.05.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X12 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs – Gəncə şəhəri BPİ-nin 1-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Rusiya Federasiyası, Moskva şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri təqsirləndirilməsinə dair Gəncə şəhəri BPİ-nin 1-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola Gəncə Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: Gəncə şəhəri BPİ-nin 1-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, X7 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş əməllərin törədilməsi barədə 01 may 2025-ci il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək Gəncə Şəhər Məhkəməsinə təqdim edilmişdir. İnzibati xəta haqqında protokolda qeyd edilir ki, 29 aprel 2025-ci il tarixdə Şəxs barəsində edilmiş şikayət ərizəsi ilə bağlı Gəncə şəhər BPİ-nin 1-ci Polis şöbəsinə dəvət edilmiş, PŞ-nin qarşısında ucadan nalayiq ifadələr işlədib ictimai qaydanı pozmuş və polisin qanuni tələblərinə tabe olmamışdır. Nəticədə vətəndaş Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1 maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə özünü təqsirli bilərək göstərdi ki, içkili qəbul etmiş, buna görə də özündə olmamışdır. Ucadan səs-küy salmışdır. Həmçinin, onu nizam intizama dəvət edən polis əməkdaşlarının qanuni göstərişlərinə tabe olmayaraq, nalayiq ifadələr işlətmişdir. Buna baxmayaraq, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında inzibati protokol tərtib etmiş şəxs Gəncə şəhəri BPİ-nin 1-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, X7 inzibati protokoldakı xüsusatları təsdiq edərək, əlavə olaraq bildirdi ki, xx.xx.2025-ci il tarixdə barəsində edilmiş şikayət ərizələri əsasında araşdırılan material ilə bağlı 1-ci PŞ-nə dəvət olunmuş Şəxs Gəncə şəhər 1-ci PŞ-nin inzibati binasının qarşısında olan zaman heç bir səbəb olmadan ucadan nalayiq ifadələr işlədib ətrafda olan insanların diqqətini özünə cəlb etmiş, bu zaman həmin şəxsə etmiş olduğu inzibati xətanı izah edib ondan sakitləşməsini tələb etsələr də, o, öz qanunsuz hərəkətlərinə davam etmişdir. Belə olan halda həmin şəxsi 1-ci PŞ-nə gətirib NH-yə təhvil vermişlər. Bundan əlavə Şəxs 1-ci PŞ-nin inzibati binasında olan zaman yenidən ucadan səs-küy salıb nalayiq ifadələr işlətmişdir. Onun sakitləşməsini tələb etsələr də, o, qəsdən tabe olmamış və polis şöbəsində iş rejimini pozmuşdur. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qanunvericiliklə müəyyən olunmuş qaydada inzibati tənbeh verilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş: “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” barədə 01 may 2025-ci il tarixli, 1519/2025 nömrəli protokoldan görünür ki, Şəxs ağrıkəsini aşkar edilməmişdir. “İnzibati qaydada tutma” haqqında 01 may 2025-ci il tarixli, ******* nömrəli protokoldan görünür ki, Şəxs 01 may 2025-ci il tarixdə saat 15:10-da inzibati qaydada tutulmuşdur. X4 tərəfindən Gəncə şəhəri BPİ-nin 1-ci Polis Şöbəsinə ünvanlanmış ərizəsinin surətindən görünür ki, 29 aprel 2025-ci il tarixdə saat 20:00 radələrində adı ona sonradan məlum olan əvvəllər tanımadığı Ruzi adlı şəxs işlədiyi Gəncə şəhəri, Mərkəzi klinikanın qarşısında yerləşən “Buta” aptekin qarşısına gələrək ucadan nalayiq söyüşlərlə hamını təhqir edib, işçiləri işləməyə imkan verməmişdir. Həmin şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. X9 tərəfindən Gəncə şəhəri BPİ-nin 1-ci Polis Şöbəsinə ünvanlanmış ərizəsinin surətindən görünür ki, 29 aprel 2025-ci il tarixdə saat 20 radələrində adı ona sonradan məlum olan əvvəllər tanımadığı Ruzi adlı şəxs işlədiyi Gəncə şəhəri, Mərkəzi Klinikanın qarşısında yerləşən “Limon” aptekin qarşısına gələrək sərxoş halda uca səslə nalayiq ifadələr işlətmiş, aptekə gələn müştəriləri, onu və həmin ərazidə olan digər sakinləri narahat və təhqir etmişdir. Həmin yerdə olan tanımadığı şəxslərin dəfələrlə onu sakitləşdirməsinə baxmayaraq, o buna məhəl qoymamış, yenə də nalayiq ifadələr işlətmişdir. Onun və digər şəxslərin qorxmasına səbəb olmuşdur. Odur ki, Ruzi adlı şəxsi müəyyən edib barəsində ciddi təbdir görülməsini xahiş etmişdir. X1 tərəfindən Gəncə şəhəri BPİ-nin 1-ci Polis Şöbəsinə ünvanlanmış ərizəsinin surətindən görünür ki, 29 aprel 2025-ci il tarixdə saat 20:30 radələrində adı ona sonradan məlum olan əvvəllər tanımadığı Ruzi adlı şəxs mühafizə xidmətində işlədiyi X3 Mərkəzinin həyətinə gələrək sərxoş halda uca səslə nalayiq ifadələr işlədib xəstəxananın həyətində olan dekorasiya və reklam plakatına zərər yetirməyə cəhd etmiş və xəstəxanada olan xəstə və onların qohumlarının narahatçılığına və qorxmasına səbəb olmuşdur. Odur ki, Ruzi adlı şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Beləliklə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsini etiraf etməklə özünün ifadəsi ilə yanaşı, inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla tam sübuta yetirildi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxs üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmadığına görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs olunur. 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri inasan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi. ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tövsif edilmişdir, lakin İXM-in 34.3-cü maddəsinə əsasən həmin məcəllənin 535.1-ci maddəsində daha ciddi inzibati tənbeh növü nəzərdə tutulduğunu nəzərə alaraq Şəxs İXM-in 535.1-ci maddəsi ilə təqsirli bilinib inzibati tənbeh edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda sadalanan qanunvericliyin maddələrinə əsaslanaraq, məhkəmə Şəxs şəxsiyyətini, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal olmamasını, törətmiş olduğu xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədəuyğun hesab edir. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsin əvvəli Şəxs inzibati qaydada tutulduğu 01 may 2025-ci il tаrixdən, saat 15:10-dan hesablanmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 10 (on) gün müddətinə inzibati həbs edilsin. Həbsdə sаxlаmа müddətinin əvvəli inzibati qaydada tutulduğu 01 may 2025-ci il tаrixdən, saat 15:10-dan hesablansın. Qərarın surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqdim edilsin. Qərаrın icrаsı Gəncə şəhər Bаş Pоlis İdаrəsinin X6 həvаlə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar