Məhkəmə qərarları › İş №3(125)-1529/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1529/2024

24.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1529/2024 24.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, Şəxs iştirakı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə şəhəri üzrə İcra İdarəsi tərəfindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə şəhəri üzrə İcra İdarəsi tərəfindən daxil olmuş MN ******* nömrəli xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Gəncə şəhəri Kəpəz Rayon Polis şöbəsinin ******* nömrəli xx.xx.2020-ci il tarixli icra sənədi üzrə 100 manat cəriməni qərar qüvvəyə mindikdən sonra 3 ay ərzində ödəməmişdir. Bununla da, Abbasov X1 Xətalar Məcəlləsinin 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs qanunla müəyyən edilmiş cəriməni və dəbbə pulunu ödədiyini bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və səlahiyyətli nümayəndənin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də məhkəmə barəsində inzibati icraat aparılan şəxsin və səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş Gəncə şəhəri Kəpəz Rayon Polis şöbəsinin ******* nömrəli xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə “xüsusi rejim qaydalarını pozduğuna görə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. O, səlahiyyətli orqan tərəfindən həmin maddə ilə təqsirli bilinərək 100 manat cərimə edilmişdir. xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Şəxs barəsində olan icra sənədi üzrə icraat başlanılmışdır. xx.xx.2020-ci il tarixli tələbin könüllü icrası barədə bildirişdən görünür ki, icra sənədi Şəxs tərəfindən imza atılmaqla götürülmüşdür. Ödəniş qəbzindən görünür ki, Şəxs 100 manat cəriməni ödəmişdir. Məhkəmə, məhkəmə iclası zamanı iş materiallarına əlavə edilmiş sənədlərə məcmu halda qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, ödəniş qəbzindən görünür ki, Şəxs Gəncə şəhəri Kəpəz Rayon Polis şöbəsinin ******* nömrəli xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı üzrə təyin edilmiş cərimə məbləğini və ona hesablanmış dəbbə pulunu ödəmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsində Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər tətbiq olunur. Həmin maddənin Qeyd hissəsinin 1-ci bəndində göstərilmişdir ki, bu Məcəllənin 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu nzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Abbasov X1 məsuliyyətdən azad edilməklə onun barəsində MN ******* nömrəli xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 109.2, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: MN ******* nömrəli xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilmiş Abbasov X1 məsuliyyətdən azad edilsin və onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar