Məhkəmə qərarları › İş №3(125)-153/2022

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-153/2022

01.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-153/2022 01.08.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X9 Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Şəxs Tibb Mərkəzi MMC-nin nümayəndəsi X4 iştirakı ilə, Şəxs Tibb Mərkəzi MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Azərbaycan Respublikasının Səhiyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən Şəxs Tibb Mərkəzi MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, hüquqi şəxs Şəxs Tibb Mərkəzi MMC tərəfindən Gəncə şəhəri X13 prospekti, ev 97C ünvanında yerləşən «X10» MMC-yə (yeni adı Şəxs Tibb Mərkəzi MMC) məxsus müəssisədə xx.xx.2022-ci il tarixdə, saat 12:45-də planlı yoxlama keçirilərkən X1 keçmədən tibbi praktika ilə məşğul olması faktı aşkar olunmuşdur. Nəticədə Şəxs Tibb Mərkəzi MMC tərəfindən İXM-in 215.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsi X5 izahatında bildirdi ki, xx.xx.2022-ci il tarixdə yoxlama keçirilən zaman əmək müqaviləsi üzrə laborant kimi rəsmiləşdirilmiş X2 keçməməsi aşkar olunmuşdur. Lakin, qeyd edir ki, X8 həmin müəssisədə laborant kimi deyil, müəssisədə həmişə menecer kimi fəaliyyət göstəribdir. Onun laborant kimi əmək müqaviləsinin olmasından yoxlama zamanı məlumatları olmuşdur. Yoxlamadan sonra dərhal bu nöqsan aradan qaldırılmışdır. Odur ki, hüquqi şəxsin barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli orqanın nümayəndəsi iştirak etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Buna görə də, məhkəmə onun nümayəndəsinin iştirakı olmadan inzibati xəta haqqındaişə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş əmək müqaviləsi bildirişindən görünür ki, X8 ilə “X10” MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli əmək müqaviləsinə əsasən o, laborant kimi işə götürülmüşdür. İş materiallarına əlavə edilmiş Kommersiya qurumunun Dövlət Reyestrindən Çıxarışdan görünür ki, “X10” MMC yenidən təşkil edilmiş və hüquqi şəxsin hazırki adı Şəxs Tibb Mərkəzi MMC-dir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən planlı (növbəti) yoxlamanın keçirilməsi haqqında xx.xx.2022ci il tarixli Qərardan, Planlı yoxlamanın keçirilməsi barədə bildirişdən, Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan və “Özəl tibbi müəssisəsinin planlı (növbəti) yoxlanılması haqqında” xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin əməkdaşları tərəfindən əvvəlki adı “X10” MMC, hazırki adı isə Şəxs Tibb Mərkəzi MMC olan hüquqi şəxsin nəzdində olan Gəncə şəhəri X13 prospekti, ev 97C ünvanında yerləşən müəssisədə reyestrdə qeydiyyata alınmaqla planlı yoxlama keçirilmiş, bu barədə hüquqi şəxsə əvvəlcədən məlumat verilmişdir. xx.xx.2022-ci il tarixdə keçirilən yoxlama zamanı əmək müqaviləsi üzrə laborant kimi işə götürülmüş X3 şəhadətnaməsindən keçmədən praktik tibbi fəaliyyəti aşkar edilmişdir. Yoxlama zamanı müəssisənin rəhbəri Şahin Ələsgərov izahatında bildirmişdir ki, X8 əmək müqaviləsi üzrə laborant kimi qeydiyyatda olsa da, o, müəssisədə menecer kimi fəaliyyət göstərir, tibbipraktiki fəaliyyətlə məşğul olmur. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, Şəxs Tibb Mərkəzi MMC-nin nəzdində fəaliyyət göstərən tibb müəssisəsində əmək müqaviləsi üzrə laborant kimi işə götürülmüş X1 keçmədən həmin müəssisədə fəaliyyət göstərməsi və beləliklə hüquqi şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi öz təsdiqini tapır. Bununla belə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta uzanan xəta olmaqla, qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılması ilə inzibati xəta əməli törədilməyə başlayır və inzibati xəta əməlin aşkar edildiyi vaxt törədilmiş (başa çatmış) sayılır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 4 sentyabr 2018-ci il tarixli Qərarında qeyd edilir ki, “Uzanan hüquqpozuntuları” (cinayət, xəta) başlayır və uzanaraq müəyyən müddət ərzində fasiləsiz törədilir. “Uzanan hüquqpozuntusu”nun mahiyyəti onun fasiləsizliyində ifadə olunur və bu, onun əsas meyarıdır. İnzibati xətalar qanunvericiliyində uzanan inzibati xətaların təsnifatı və ya mahiyyəti açıqlanmasa da, nəzəri cəhətdən qeyd etmək olar ki, uzanan inzibati xəta bir müddət ərzində inzibati cəza təhdidi altında qanunverici tərəfindən müəyyən şəxsin üzərinə qoyulmuş öhdəliklərin hərəkət və ya hərəkətsizlik formasında yerinə yetirilməməsidir. “Uzanan hüquqpozuntuları”nın bəzi səciyyəvi xüsusiyyətləri ondan ibarətdir ki, onlar konkret məqamda – qanunla müəyyən edilmiş öhdəliklərin pozulması məqamında başlayır, o cümlədən hüquqazidd əməlin konkret bitmə məqamında – subyektin özü tərəfindən konkret hərəkətlərin dayandırılması məqamında başa çatır və ya bu hərəkət kənardan müdaxilə nəticəsində dayandırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmçinin, İnzibati Xətalar Məcəlləsinin 38.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Məhkəmə hesab edir ki, Şəxs Tibb Mərkəzi MMC-yə isnad olunan İXM-in 215.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta əhalinin sanitariya-gigiyena və sanitariyaepidemioloji salamatlığı qaydaları əleyhinə olan inzibati xəta olmaqla, həmin xətaya görə inzibati məsuliyyətə cəlb etmə müddəti İXM-in 38.1-ci maddəsinə əsasən üç aydır. Eyni zamanda məhkəmə qeyd edir ki, İXM-in 215.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta uzanan xəta hesab olunduğundan, həmin inzibati xəta üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti inzibati xətanın aşkar edildiyi, yəni yoxlamanın keçirildiyi xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Belə olan vəziyyətdə hüquqi şəxsin İXM-in 215.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb etmə müddətinin xx.xx.2022-ci il tarixdə başa çatdığı müəyyən olunur. Hazırki halda inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə hüquqi şəxsin barəsində inzibati tənbeh tətbiq edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.1.6-cı maddəsinə əsasən həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Odur ki, qeyd edilən qanunvericilik normalarına əsaslanaraq məhkəmə hesab edir ki, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən Şəxs Tibb Mərkəzi MMC barəsində Azərbaycan Respublikası İXM-in 215.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Tibb Mərkəzi MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X12

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar