Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-154/2022 16.08.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi X1 iştirakları ilə, “X4” Xeyriyyə Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 462.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən “X4” Xeyriyyə Cəmiyyəti barəsində İXM-in 462.1-ci maddəsi ilə MN ******* nömrəli, 28 iyun 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərmişdir. MN ******* nömrəli, 28 iyun 2022-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, “X4” Xeyriyyə Cəmiyyəti 2021-ci il üzrə maliyyə hesabatlarını Azərbaycan Respublikası Maliyyə Nazirliyinə təqdim etməmiş və bununlada mühasibat uçotu üzrə “X4” Xeyriyyə Cəmiyyəti İXM-in 462.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə inzibati protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi X2 protokola uyğun izahat verərək bildirdi ki, qeyri-hökumət təşkilatları illik maliyyə hesabatlarını aprel ayının 1-dən gec olmayaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyinə təqdim etməlidirlər. “X4” Xeyriyyə Cəmiyyətinə hesabatın təqdim edilməsi ilə bağlı 16 may 2022-ci il tarixdə MİHO/1.1-2- 2022-2964 nömrəli rəsmi məktubla müraciət edilmişdir. Həmin məktub xx.xx.2022-ci il tarixdə rəsmi qaydada Ləman Şabanova adlı şəxsə təqdim edilmişdir. Maliyyə hesabatları təqdim edilmədiyindən tərtib olunmuş inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs qanunla müəyyən olunmuş qaydada xəbərdar edilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işin təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 14 aprel 2022-ci il tarixli məktubundan görünür ki, Qeyri-hökumət təşkilatlarına (siyahı üzrə-“X4” Xeyriyyə Cəmiyyəti”) 2021-ci il üzrə illik maliyyə hesabatlarının aprel ayının 1-dən gec olmayaraq təqdim etməli olduqları bildirilmişdir; Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 16 may 2022-ci il tarixli məktubundan görünür ki, Qeyri-hökumət təşkilatlarına (siyahı üzrə-“X4” Xeyriyyə Cəmiyyəti İctimai Birliyi) 2021-ci il üzrə illik maliyyə hesabatlarının təqdim edilməməsinə görə inzibati xəta haqqında iş üzrə icraatın iştirakçısı qismində 2022-ci ilin 23 may - 23 iyun tarixlərində saat 10:00-dan 17:00-dək Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Maliyyə xidmətləri üzrə siyasət şöbəsinə çağırılmış və Maliyyə Nazirliyinə çağırılan şəxsə illik maliyyə hesabatlarının verilməsinə dair onda olan bütün sübutların Nazirliyə təqdim edilməsi təklif olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeyri-hökumət təşkilatları ilə iş şöbəsinin xx.xx.2022-ci il tarixli, 05/5847-11 nömrəli məktubundan görünür ki, “X4” Xeyriyyə Cəmiyyətinin fəaliyyətinin dayandırılıb-dayandırılmaması barədə qeyri-kommersiya qurumlarının dövlət reyestrində məlumat aşkar edilməmişdir. Qeyri-hökumət təşkilatı barədə “Fərdi elektron pəncərə” elektron məlumat sistemindən çıxarışdan görünür ki, “X4” Xeyriyyə Cəmiyyətinin statusu – “fəaliyyət göstərir” kimi qeyd olunmuşdur. İXM-in 462.1-ci maddəsinə əsasən mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməli olan digər hesabat və məlumatların hazırlanması, təqdim olunması, dərc edilməsi, o cümlədən hesabatlarda və qanuna əsasən tələb olunan digər məlumat formalarında informasiya və göstəricilərin əks etdirilməsi, həmçinin uçot sənədlərinin saxlanılması ilə əlaqədar qanunla müəyyən edilmiş qaydaların pozulmasına, habelə “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq mühasibat uçotunun aparılmamasına görə -vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 25 dekabr tarixli, 201 nömrəli qərarı ilə təsdiq edilmiş “Qeyri-hökumət təşkilatının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 5.1-ci bəndinə əsasən qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri üzrə illik maliyyə hesabatları hesabat dövrü başa çatdıqdan sonra növbəti ilin aprel ayının 1-dən gec olmayaraq Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilməlidir. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun: 12.3-cü maddəsinə əsasən ictimai əhəmiyyətli qurumlardan qurumun internet səhifəsi olduqda, həmin məlumatlardan sərbəst istifadə edilməsini təmin etmək şərtilə, illik maliyyə hesabatlarının auditor rəyi ilə birlikdə, həmin internet səhifəsində və ya mətbu orqanda dərc olunması tələb olunur. 16.1-ci maddəsinə əsasən mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının hazırlanması, təqdim olunması, dərc edilməsi ilə əlaqədar qanunun tələblərini pozan şəxslər İXM ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə, inzibati xəta haqqında protokolu və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hüquqi şəxs “X4” Xeyriyyə Cəmiyyəti tərəfindən İXM-in 462.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Belə ki, “X4” Xeyriyyə Cəmiyyəti xx.xx.2022-ci il tarixdən gec olmayaraq 2021-ci il üzrə illik maliyyə hesabatlarını Maliyyə Nazirliyinə təqdim etməli idi. Sözügedən tələb “X4” Xeyriyyə Cəmiyyəti tərəfindən pozulmuş, yəni həmin hüquqi şəxs tərəfindən 2021-ci il üzrə maliyyə hesabatları Maliyyə Nazirliyinə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh İXM-ə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə iclasında “X4” Xeyriyyə Cəmiyyətinin əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, inzibati xətanın xarakterini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, “X4” Xeyriyyə Cəmiyyəti İXM-in 462.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 8, 43, 53, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “X4” Xeyriyyə Cəmiyyəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinsin və barəsində 1500 (min beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Asif Əliyev
Məhkəmə qərarları › İş №3(125)-154/2022
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-154/2022
16.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver