Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1540/2023 31.07.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala icra işi ilə birlikdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs İXM-in 528.1-ci ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X8 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol Gəncə Şəhər Məhkəməsinə daxil olmuşdur. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru X8 bildirdi ki, Şəxs barəsində olan Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-2438/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 2000 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu alınaraq tələbkar X3 xeyrinə ödənilməsi qət edilmişdir. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-1285/2022 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs cəmi 210 manat məbləğində pul vəsaiti və 20 manat dövət rüsumu alınaraq tələbkar X2 xeyrinə ödənilməsi qərara alınmışdır. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs tələbi könüllü icra etməsi üçün bildiriş və inzibati məsuliyyətə cəlb ediləcəyi barədə xəbərdarlıq məktubları təqdim edilmişdir. Bundan əlavə borclu ilə dəfələrlə telefon vasitəsi ilə əlaqə saxlanılmış və borcun ödənilməsi tələb edilmişdir. Borclu sonuncu izahatlarında borcunu ödəyə bilmədiyini, hissə-hissə ödəyəcəyini qeyd etmişdir. Belə ki, borclu Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. İcra sənədi üzrə zəruri icra tədbirləri görülmüş və bununla da borclu borcunu qanunla müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmaqda təqsirlidir. Göstərilənlərə əsaəsn borclu Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Şəxs bildirmişdir ki, o, kirayədə yaşayır, maddi imkanı çox aşağıdır. Məhkəmədən borcun hissə-hissə ödənilməsi üçün ona möhlət verilməsini xahiş etmişdir. İş materiallarında olan: - 31 iyul 202-3cü il tarixli MN № ******* saylı protokoldan görünür ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-2438/2020 nömrəli xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs 2000 manat pulun və 30 manat dövlət rüsumunun alınaraq tələbkar X7, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-1285/2022 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən 210 manat məbləğində pul vəsaiti və 20 manat dövət rüsumu alınaraq tələbkar X4 qərara alınmışdır. Şəxs üzrsüz səbəbdən tələbləri icra etmir. Bununla da o, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsidə nəzərdə tutulmuş inzibati xəta törətmişdir. - Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(043)-2438/2020 nömrəli icra vərəqindən görünür ki, cavabdeh Şəxs 2000 manat borc məbləği və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçı X7 ödənilməsi qət edilmişdir. - Gəncə şəhəri Kəpzə Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(043)- 2438/2020 nömrəli qətnaməsindən görünür ki, cavabdeh Şəxs 2000 manat borc məbləği və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçı X7 ödənilməsi qət edilmişdir. - xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(043)-2438/2020 nömrəli icra sənədi xx.xx.2020-ci il tarixdə Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1 icraatına daxil olmuşdur. - xx.xx.2020-ci il tarixli “tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, icra məmuru tərəfindən borclu Şəxs tələbin könüllü icra edilməsi üçün 10 gün müddət təyin edilmiş və 10 gün ərzində aliment borcunun ödənilməməsi halında ona İcra haqqında Qanunun 78, 79, 81-ci maddələrinə müvafiq olaraq icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər tutulacağı barədə xəbərdarlıq edilmişdir. - xx.xx.2021-ci il tarixli inzibati məsuliyyətə cəlb olunma haqqında xəbərdarlıqdan görünür ki, Şəxs Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(043)- 2438/2020 nömrəli məhkəmə qərarının icra etməməsi barədə xəbərdar olunmuşdur. - xx.xx.2021-ci il tarixli sonuncu xəbərdarlıqdan görünür ki, Şəxs Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(043)-2438/2020 nömrəli məhkəmə qərarının icra etməməsi barədə xəbərdar olunmuşdur. - 21 noyabr 2022-ci il tarixli aktdan görünür ki, Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X8 xx.xx.2020-ci il tarixli qərarla icraata başlanılmış Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi tərəfindən verilmiş 2(043)-2438/2020 №li xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icraatda hal şahidləri X5 və X6 iştirakı ilə borclu Şəxs ünvanı kimi qeyd edilmiş Gəncə şəhər Kəpəz rayonu, 4-cü mikrorayon, 4B, 37 ünvanında olmuşlar. Borclu Şəxs həmin ünvanda yaşamadığı və orada ona məxsus tələbin yönəldilə biləcəyi heç bir dəyərli əmlak aşkar olmadığı müəyyən edilmişdir. - Borclunun xx.xx.2021-ci il tarixdə icra idarəsində verdiyi izahatdan görünür ki, o, borcunu tam şəkildə ödəyə bilməcəyini bildirmişdir. - Borclunun xx.xx.2021-ci il tarixdə icra idarəsində verdiyi izahatdan görünür ki, o, borcunu tam şəkildə ödəyə bilmir, iş tapıb borcunu hissə-hissə ödəyəcəyini bildirmişdir. - Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 3(043)-250/2021 nömrəli qərarla Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 10 gün müddətinə inzibati həbs eidlmişdir. - Borclunun xx.xx.2023-ci il tarixdə icra idarəsində verdiyi izahatdan görünür ki, o, borcunu ödəmək istəsə də işsiz olduğu üçün heç bir ödəniş etməmişdir. - Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 8(043)-248/2021 nömrəli qərarından görünür ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)- 1285/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi və Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-2438/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi icra olunanadək borclu Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. - Borclunun xx.xx.2021-ci il tarixdə icra idarəsində verdiyi izahatdan görünür ki, o, qərarda göstərilən məbləği ödəyə bilmir. - Gəncə şəhəriüzrə İcra İdarəsinin icra məmuru X1 xx.xx.2022-ci il tarixli borclunun axtarılması haqqında qərardan görünür ki, X9 barəsində Azərbaycan Respublikası üzrə axtarış elan edilmişdir. - Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin məktubundan görünür ki, Şəxs barədə xx.xx.2023-cü il tarixdə 553334 saylı axtarış işi açılmışdır. - Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin məktubundan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinə əsasən Gəncə Şəhər Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilmişdir. Odur ki, xx.xx.2023-cü il tarixdə açılmış 553334 saylı axtarış işi xx.xx.2022-ci il tarixdə Gəncə şəhər 2-ci PŞ-si tərəfindən xitam edilmişdir. - Borclunun xx.xx.2023-cü il tarixdə icra idarəsində verdiyi izahatdan görünür ki, o, vaxt veriləcəyi təqdirdə borcunu ödəyəcəyini bildirmişdir. - Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(043)- 1285/2020 nömrəli icra vərəqindən görünür ki, cavabdeh Şəxs 210 manat məbləğində pul və məhkəmə xərci qismində 20 manat tutularaq, iddiaçı X4 ödənilməsi qət edilmişdir. - xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(043)-1285/2020 nömrəli icra sənədi xx.xx.2022-ci il tarixdə Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1 icraatına daxil olmuşdur. - xx.xx.2022-ci il tarixli “tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, icra məmuru tərəfindən borclu Şəxs tələbin könüllü icra edilməsi üçün 10 gün müddət təyin edilmiş və 10 gün ərzində aliment borcunun ödənilməməsi halında ona İcra haqqında Qanunun 78, 79, 81-ci maddələrinə müvafiq olaraq icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər tutulacağı barədə xəbərdarlıq edilmişdir. - xx.xx.2022-ci il tarixli inzibati məsuliyyətə cəlb olunma haqqında xəbərdarlıqdan görünür ki, Şəxs Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(043)- 1285/2020 nömrəli məhkəmə qərarının icra etməməsi barədə xəbərdar olunmuşdur. - Borclunun xx.xx.2023-cü il tarixdə icra idarəsində verdiyi izahatdan görünür ki, o, həbsdə olduğu üçün borcunu ödəyə bilmədiyi, borcundan cəmi 100 manat ödəniş etdiyini və hazırda heç bir ödəniş edə bilməyəcəyini bildirmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, tərəfləri dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl İXM-in 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Şəxs məhkəmə qərarlarını üzrsüz səbəbdən icra etməməsi, beləliklə İXM-in 528.1ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barəsində tərtib olunmuş inzibati protokol və iş materiallarındakı sübutlarla tam şəkildə sübuta yetirilir. Çünki keçən bu müddət ərzində borclu maddi imkanı olmadığı halda hər ay tam şəkildə olmasa da, aylıq borcunu hissə-hissə ödənişlər edib məhkəmə qərarının icrasından yayınmadığını göstərə bilərdi. O, sadəcə işləmədiyini bəhanə edərək üzrsüz səbəbdən icra sənədindəki tələbin icrasından yayınaraq icra etmir. Belə ki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. - 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 528.1ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Şəxs inzibati həbs növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona, 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Qərarın icrası Gəncə Şəhər Baş Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №3(125)-1540/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1540/2023
31.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver