Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1543/2023 11.08.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi, Barəsində icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsindən daxil olmuş inzibati xətalar haqqında iş materiallarına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 17 iyul 2023-cü il tarixdə saat 12:00-da Şəxs Gəncə şəhəri, Ruzigar Qasımov 64A ünvanında lisenziya olmadan məktəbəqədər təhsil müəssisələri fəaliyyəti ilə məşğul olması faktı aşkar edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, məktəbəqədər təhsil fəaliyyəti ilə məşğul olmaq məqsədi olmamış, sadəcə uşaqlarla fərdi repetitorluq fəaliyyəti ilə məşğul olaraq qazanc əldə etmişdir. Həyata keçirdiyi fəaliyyətin lisenziya tələb edilən fəaliyyət olmasından məlumatı olmamışdır. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. 12 saylı Ərazi Vergilər Baş İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Məhkəmə 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 398-ci maddəsində dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə görə inzibati məsuliyyət nəzərdə tutulur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: “Lisenziya tələb olunan fəaliyyət növləri ilə belə lisenziya olmadan məşğul olan şəxslərin aşkar edilməsi üzrə operativ vergi nəzarətinin nəticələri haqqında” 17 iyul 2023cü il tarixli Aktdan görünür ki, Şəxs Gəncə şəhəri, Ruzigar Qasımov 64A ünvanında lisenziya olmadan məktəbəqədər təhsil müəssisələri fəaliyyəti ilə məşğul olması faktı aşkar edilmişdir. 17 iyul 2023-cü il tarixli MN ******* nömrəli “İnzibati xəta haqqında” Protokoldan görünür ki, 17 iyul 2023-cü il tarixdə saat 12:00-da Şəxs Gəncə şəhəri, Ruzigar Qasımov 64A ünvanında lisenziya olmadan məktəbəqədər təhsil müəssisələri fəaliyyəti ilə məşğul olması faktı aşkar edildiyindən barəsində inzibati xəta haqqında Protokol tərtib edilmişdir. “Vergi ödəyicisinin ərazisinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxışın keçirilməsi barədə” 17 iyul 2023-cü il tarixli Protokoldan görünür ki, Şəxs Gəncə şəhəri, Ruzigar Qasımov 64A ünvanında lisenziya olmadan məktəbəqədər təhsil müəssisələri fəaliyyəti ilə məşğul olması faktı aşkar edilmişdir. Şəxs izahatında görünür ki, o, inzibati xəta törətməsini həyata keçirdiyi fəaliyyət üçün lisenziya tələb edilməsini bilməməsi ilə əlaqələndirir. Həyata keçirdiyi fəaliyyətdən 300 AZN gəlir əldə etməsini bildririr. Məhkəmə iş materiallarına, toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, barəsində icraat aparılan şəxsin inzibati xəta üzrə məsuliyyətə cəlb edilməsi üçün prosessual əsaslar mövcud deyildir. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının 02 iyul 2013cü il tarixli Qanununun 3.2-ci maddəsinə əsasən Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Məhkəmə iş materiallarını nəzərdən keçirərərək inzibati xəta haqqında icraat materiallarında “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” Çıxarışın və onun əsasında qəbul edilmiş “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarın olmamasını müəyyən etmişdir. Belə olan halda, məhkəmə operativ vergi nəzarətinin hüquqi nəticələrini barəsində icraat aparılan şəxsə inzibati tənbeh tətbiqi üçün əsas hesab edə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Şərh edilənlərə müvafiq olaraq məhkəmə belə qənaətə gəlir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə istinad edilən inzibati xətanı törətmiş hesab edilərək tənbeh edilməsi üçün prosessual əsaslar mövcud deyildir. Ona görə də o, inzibati məsuliyyətə cəlb edilə və inzibati tənbehə məruz qala bilməz. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Cəfərli
Məhkəmə qərarları › İş №3(125)-1543/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1543/2023
11.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver