Məhkəmə qərarları › İş №3(125)-1560/2023

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №3(125)-1560/2023

08.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(125)-1560/2023 08.08.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlu, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər DYPŞ-dən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işin baxılmağa hazırlanması zamanı materialı nəzərdən keçirərək, m ü ə y y ə n e t d i: Gəncə Şəhər Məhkəməsinə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair İXP ******* nömrəli, xx.xx.2023cü il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. Belə ki, protokolda Şəxs ona tətbiq edilmiş inzibati cəriməni qanunla müəyyən edilmiş müddətdə ödəmədiyi göstərilmişdir. İş materiallarından Şəxsnın İXM-in 339.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi və buna görə ona EQ 13406871 nömrəli qərar əsasında 50 manat məbləğində cərimə tətbiq edildiyi görünür. Məhkəmə iclası zamanı zamanı müəyyən olunmuşdur ki, daxil olmuş material natamamdır. Belə ki, Gəncə şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə material natamam olduğundan geri qaytarılsa da X1 Polis Şöbəsi tərəfindən heç bir prosessual hərəkət edilmədən material olduğu kimi yenidən Gəncə Şəhər Məhkəməsinə geri qaytarılmışdır. Göründüyü kimi Gəncə şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə nəzərdə tutulan hallar aradan qaldırılmamışdır. İş materiallarında Şəxs barəsində tərtib edilmiş EQ 13406871 nömrəli qərarın ona göndərilməsini təsdiq edən poçt qəbzi əlavə edilməmişdir. Eyni zamanda şəxsin barəsində İXM-nin 529.3-cü maddəsi ilə protokol tərtib edilərkən inzibati icraat aparılan şəxsə məlumat verilməsini təsdiq edən hər hansı sənəd əlavə edilməmişdir. İXM-in 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, Şəxsnın barəsində İXM-in 529.3-cü maddəsi ilə olan inzibati material natamam olduğundan inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Gəncə şəhəri X2 İdarəsinə qaytarılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair İXP ******* saylı, xx.xx.2023-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Gəncə şəhəri X2 İdarəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar