Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1561/2025 12.08.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Dəmirli Orxan Əhməd oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi (vəkili) Vəkil Şahbaz oğlunun və Gəncə şəhər prokurorluğunun nümayəndəsi X6 iştirakları ilə, Şəxsn (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə Şəhər Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında iş üzrə icraata başlanması haqqında qərara açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Gəncə şəhər prokuroru, baş ədliyyə müşaviri Rauf Gözəlov tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar aidiyyəti üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Qərarda göstərilmişdir ki, hüquqi şəxs "X18" MMC" xeyrinə və maraqlarının qorunması üçün onu təmsil etmək, adından qərar qəbul etmək, fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxsi - direktoru X15 tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin tələbləri pozularaq əmək müqaviləsi (kontraktı) barədə bildiriş əmək münasibətlərinin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmədən və əmək müqaviləsi hüquqi qüvvəyə minmədən Gəncə şəhəri, Ş.İ.Xətai prospekti 550A ünvanında yerləşən "X18" MMCdə X7 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tibb qardaşı vəzifəsində işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyətə cəlb edilməlidir. Qeyd olunanlar X10, X4 izahatları, "X3 Sisteminə baxış aparılması haqqında", "taxes.gov.az elektron saytına baxış keçirilməsi haqqında" protokollar, inzibati xəta haqqında iş üzrə icraat başlanması haqqında xx.xx.2025-ci il tarixli qərarla sübuta yetirilir. Material üzrə izahatı alınmış X15 bildirmişdir ki, 2020-ci ildən hal-hazıradək Şəxs MMC-nin direktoru vəzifəsində işləyir. X11 xx.xx.2024-cü il tarixdə işləmək üçün klinikaya müraciət etmiş və həmin tarixdə işə qəbul edilərək əmək fəaliyyətinə başlamışdır. O xx.xx.2024-cü il tarixdən əvvəl klinikada işləməmişdir. X11 xx.xx.2024-cü il tarixdən hal-hazıradək direktoru olduğu xəstəxanada tibb qardaşı vəzifəsində işləyir. O, Tibb qardaşı olaraq TTY-da orta tibb işçisi olaraq fəaliyyət göstərir. MMC-yə əmək müqaviləsi ilə işçi qəbul etmək səlahiyyəti ondadır. Material üzrə izahatı alınmış X11 bildirmişdir ki, o "X18" MMC-də 01 noyabr 2024-cü il tarixdən 15 noyabr 2024-cü il tarixə kimi işi öyrənən kimi tibb qardaşı olaraq əmək müqaviləsi olmadan işlədilmişdir və bildiyinə görə 15 noyabr 2024-cü il tarixdən əmək müqaviləsi ilə işə götürülmüşdür və hazırda da həmin MMCdə tibb qardaşı işləyir və aylıq 400 manat əmək haqqı alır. xx.xx.2025-ci il tarixli, 2-2-415/3-055803/2025 nömrəli X1 Sisteminə baxış aparılması haqqında protokoldan görünür ki, X8 məxsus 6JJEHRR saylı fərdi indentifikasiya nömrəsi ilə edilmiş axtarış nəticəsində sonuncunun 15.11,2024-cü il tarixdən etibarən Şəxs MMC-də tibb qardaşı vəzifəsində, X12 məxsus 0YE0JS4 saylı fərdi indentifikasiya nömrəsi ilə edilmiş axtarış nəticəsində sonuncunun Şəxs MMC-də direktor vəzifəsində işləməsi müəyyən edildi. xx.xx.2025-ci il tarixli, 2-2- 415/3-055803/2025 taxes.gov.az elektron saytına baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şəxs-sının dövlət qeydiyyatı barədə məlumat əldə edilməsi məqsədilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “taxes.gov.az” elektron saytına baxış keçirilmiş, “X18"-ın hüquqi şəxs olmaqla, təşkilatihüquqi formasının məhdud məsuliyyətli cəmiyyət olması, 12 saylı Ərazi Vergilər Baş İdarəsində dövlət qeydiyyatına alınmaqla ********** saylı VÖEN əsasında fəaliyyət göstərməsi müəyyən edildi. İnzibati xəta haqqında iş üzrə icraat başlanması haqqında xx.xx.2025-ci İİ tarixli qərardan görünür ki, Şəxs MMC-nin direktoru X21 tərəfindən əmək qanunvericiliyinin pozulması faktı əsasınçla inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Gəncə Daşkəsən Regional Şöbəsinə göndərilmişdir. X10 izahatında X4 "X18" MMC-də 15.11,2024-cü il tarixdən əvvəl işləməməsi barədə bildirdikləri X4 izahatı, həmçinin iş materiallarına əlavə edilmiş X1 Sisteminə baxış aparılması haqqında protokolla təkzib edilir. Azərbaycan Respublikası İXM-nin 18.2-ci maddəsinə əsasən hüquqi şəxs onun xeyrinə və ya onun maraqlarının qorunması üçün hüquqi şəxsi təmsil etmək, hüquqi şəxsin adından qərarlar qəbul etmək, hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxsləri, habelə vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi tərəfindən törədilən inzibati xətalara görə inzibati məsuliyyətə cəlb edilir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanmasına səbəb Azərbaycan Respublikası İXM-nin 99.1.1-ci maddəsinə uyğun olaraq X4 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən Şəxs MMC-də tibb qardaşı vəzifəsində işlərin görülməsinə cəlb edilməsi faktının Tağıyeva Hicran Musa qızının müraciətinə baxılan zaman Gəncə şəhər prokurorluğu tərəfindən bilavasitə aşkar edilməsi olmuşdur. Odur ki, Hüquqi şəxs "X18" MMC" (VÖEN:**********) - hüquqi ünvanı Gəncə şəhəri, X23 pr. 550A olan barəsində Azərbaycan Respublikası İXM- in 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanılması qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən hüquqi şəxs Şəxs nümayəndəsi (vəkili) Vəkil Şahbaz oğlu bildirdi ki, X11 “X18" MMC-də tibb qardaşı kimi xx.xx.2024-cü ildən çalışır. Həmin əməkdaş müəssisəyə CV əsasında müraciət etmiş, ərizə yazmış və 15 noyabr 2024-cü il tarixdə əmək müqaviləsi bağlanaraq işə götürülmüşdür. C.İbrahimov Gəncə şəhər Prokurorluğunda başqa işlə bağlı olmuş və izahat vermişdir. Lakin, C.İbrahimov izahatı ilə tanış olmadan imzalamışdır. Bu məsələ ilə bağlı əməkdaş Cavid İbrahimov prokurorluğa izahat vermək və yaranmış anlaşılmazlığı aydınlıq gətirmək üçün getsə də R.Nəbiyev onu qəbul etməmişdir. Cavid İbrahimov tibb müəssisəsinə yalnız xx.xx.2024-cü ildə müraciət etmiş, bu halı təsdiq edən bir çox sübutlar da vardır. Deyilənlər onu göstərir ki, tibb müəssisəsi ilə əməkdaş arasında xx.xx.2024 tarixindən öncə heç bir əmək hüquq münasibəti yaranmamışdır, bunu özü də təsdiq edə bilər. Məhkəmə iclasında Gəncə şəhər prokurorunun nümayəndəsi X13 inzibati xəta haqqında toplanmış materiallarla hüquqi şəxsin təqsirinin sübuta yetirildiyini bildirib hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid X15 izahatında bildirdi ki, Şəxs MMC-nin direktorudur. Cavid İbrahimov tibb qardaşı kimi CV əsasında hospitala müraciət edib iş qaydaları işə tanış oluqdan sonra və onu işə götürmək barədə qərarlarını bildirdikdən sonra kadrlar şöbəsinə yaxınlaşaraq sənədlərini təqdim etmiş və bundan sonra 15 noyabr 2024-cü ildə işə götürülmüşdür. X2 zəng edərək 15 gün əmək müqaviləsi bağlanmadan tibb qardaşını işlətdiklərini bildirmiş, o da araşdırıb məlumat verəcəyini bildirmişdir. Cavid İbrahimovdan soruşanda belə bir ifadə vermədiyini bildirmişdir. Bundan sonra C.İbrahimov izahatı ilə tanış olub dəyişdirmək üçün prokurorluğa getmiş, lakin R.Nəbiyev onu qəbul etməmişdir. Məhkəmə iclasında şahid X11 bildirmişdir ki, o, hazırda Şəxs MMC-də işləyir. O, Şəxs MMC-də noyabr ayının 15-dən əmək münasibətlərinə başlamışdır. O, prokurorluqda verdiyi izahatı oxumadan imzalanmışdır. Əslində o, prokurorluğa Gəncə “DNK Klinika” da işləyərkən xəstənin ölüm hadisəsi ilə bağlı izahat verməsi üçün çağırılmış, izahat verərkən Ramiz Nəbiyev onun noyabrın 1-dən işdən azad olunduğunu, həmin vaxtdan işə başlamasını soruşmuşlar. O da ayın 15-dən rəsmi müqavilə bağlanıb işlədiyini bildirmişdir. O, izahat verdikdən sonra R.Nəbiyev yazdıqlarını komputerdən çıxardaraq ona imzalatmış, gecə növbəsindən çıxarkən yorğun və həyəcanlı olduğundan oxumamış imza etmişdir. Xəstəxananın direktoru izahatın mahiyyət ilə bağlı ona məlumat verəndə belə izahat verdiyini bildirməmiş, izahatı dəyişmək üçün prokurorluğa getsə də onu qəbul etməmişlər. Əlavə olaraq sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, onun istifadəsində (055)-284-22-95 saylı mobil nömrə olmuşdur və həmin nömrəni bir neçə ildir ki, istifadə edir. Qərarda qeyd edilən 1-15 noyabr aralığında, yaşadığı Şəmkir rayonunda və ara-sıra Gəncə şəhərində olmuşdur. Məhkəmə iclasında şahid X5 izahatında bildirdi ki, Şəxs MMC-də kadrlar üzrə mütəxəssis vəzifəsndə işləyir. Cavid İbrahimov CV əsasında işə qəbul olunmuş, iş şəraiti ilə tanış olduqdan sonra hospitalın direktorunun razılığı ilə işə başlamışdır. C.İbrahimov 15 noyabr 2025-ci il tarixdən əmək fəaliyyətinə başlamışdır. Məhkəmə iclasında şahid X16 izahatında bildirdi ki, o, Şəxs MMC-də tibb qardaşı işləyir. Cavid İbrahimovu da əvvəldən tanımışdır. C. İbrahimovun sözügedən hospitalda 2024-cü ilin noyabr ayının 15 günü işə başladığını xatırlayır. İş materiallarında olan: - "X18" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli 169/K nömrəl əmrindən görünür ki, X11 xx.xx.2024-cü il tarixindən tibb qardaşı təyin edilmişdir. - Gəncə Şəhər Məhkəməsinin 04 iyul 2025-ci il tarixli, 3(125)-1561/2025 nömrəli qərardadına əsasən X4 istifadəsində olan (055)-284-22-95 saylı mobil nömrənin xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan anten dairəsi haqqında məlumatların "xxxx" MMC-dən əldə edilməsi qərara alınmışdır. "xxxx" MMC-dən Gəncə Şəhər Məhkəməsinin 04 iyul 2025-ci il tarixli, 3(125)- 1561/2025 nömrəli qərardadına əsasən məhkəməyə daxil olmuş sorğuya cavabdan görünür ki, X4 anten dairəsi məlumatları Şəxs MMC-nin yerləşdiyi ərazidə ( və ya ona ən yaxın olan ərazidə) :
1. xx.xx.2024-cü il tarixdə 12:42:51-dən - saat 18:43:07-dək Gəncə şəhəri, Kəpəz rayonu, Fikrət Əmirov küçəsi, 20A-da,
2. xx.xx.2024 tarixdə saat 10:41:11-dən-16:04:14-dək Gəncə şəhəri, Kəpəz rayonu, Fikrət Əmirov küçəsi, 20A-da,
3. xx.xx.2024-cü il tarixdə saat 08:52:17-dən-18:49:11-dək Gəncə şəhəri, Kəpəz rayonu, Fikrət Əmirov küçəsi, 20A-da,
4. xx.xx.2024-cü il tarixdə saat 08:56:13-dən -saat 12:15:26-dək Gəncə şəhəri, Xətai və Nərimanov prospektlərinin kəsişməsində,
5. xx.xx.2024 -cü il tarixdə saat 13:09:20-dən xx.xx.2024 14:29:35 –dək Gəncə şəhəri, Kəpəz rayonu, Fikrət Əmirov küçəsində,
6. xx.xx.2024-cü il tarixdə saat 14:29:36-dan xx.xx.2024 23:30:59-dək Gəncə şəhəri, Xətai və Nərimanov prospektlərinin kəsişməsi və Gəncə şəhəri, Kəpəz rayonu, Fikrət Əmirov küçəsində,
7. xx.xx.2024-cü il tarixdə saat 00:59:50-dən 16:01:18-dək Gəncə şəhəri, Kəpəz rayonu, Fikrət Əmirov küçəsi,
8. xx.xx.2024-cü il tarixdə saat 16:20:58–dən xx.xx.2024 16:21:00-dək Gəncə şəhəri, Kəpəz rayonu, Fikrət Əmirov küçəsi,
9. xx.xx.2024 -cü il tarixdə saat 16:36:48-dən-23:28:36-dək Gəncə şəhəri, Kəpəz rayonu, Fikrət Əmirov küçəsi və Gəncə şəhəri, Xətai və Nərimanov prospektlərinin kəsişməsidə qeydə alınmışdır. Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə proses iştirakçılarını və şahidləri dinləyərək, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-in 192.1ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirildiyindən Şəxs MMC həmin maddə ilə inzibаti məsuliyyətə cəlb edilməli və ona həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-ci bəndinə əsasən əmək müqaviləsi (kontraktı) işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Həmin Məcəllənin 7-ci maddəsinin 1-ci bəndinə əsasən işçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir. Həmin Məcəllənin 7-ci maddəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlandıqda yaranır. Həmin Məcəllənin 7-ci maddəsinin 2-3.4-cü bəndinə əsasən tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda. Həmin Məcəllənin 42-ci maddəsinin 1 və 2-ci hissələrinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. Məhkəmə araşdırması zamanı Şəxs MMC-nin Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsi hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməsi müəyyən edilmişdir. Yəni hüquqi şəxs Şəxs MMC ilə X11 arasında əmək qanunvericiliyinin tələbi baxımından bağlanmalı olan əmək müqaviləsi bağlanmamışdır. Hüquqi şəxsin səlahiyyətli nümayəndəsi və şahid C.İbrahimov inzibati xətanın törədilməsini təkzib etsə də Şəxs MMC tərəfindən İXM-in 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam şəkildə sübuta yetirilmişdir. İnzibati xətaya görə məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2023-cü il tarixli qərarında göstərilir ki, Əmək Məcəlləsinin 7-ci maddəsinə yeni məzmunda 2-3-cü və 2-4-cü hissələr də qeyd edilən Tövsiyəyə uyğun olaraq əlavə edilmiş və 2-3-cü hissədə göstərilən hallarda, o cümlədən tərəflər arasında münasibətlərin işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandığı halda (2-3.4-cü hissə), həmin münasibətlərin məhz əmək münasibətləri hesab olunduğu və əmək müqaviləsinin bağlanılmasının məcburiliyi müəyyən edilmişdir. Əmək münasibətlərinin əmək müqaviləsi ilə rəsmiləşdirilməsi işəgötürənin üzərinə qoyulmuş öhdəlikdir və bu öhdəliyin pozulması əvvəldə də göstərildiyi kimi, İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən məsuliyyətin yaranmasına səbəb olur. Həmin maddəyə görə, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Nəzərə alınmalıdır ki, işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə əlaqədar ayrı-ayrı şəxslərlə daxil olduğu hüquqi münasibətlər bir qayda olaraq əmək münasibətləri olaraq çıxış edir. Belə ki, işəgötürənin əsas fəaliyyət sahəsinə dair işlər əsasən mütəmadi, sistematik və davamlı xarakter daşımaqla, onun nəzarəti altında və təlimatına uyğun olaraq həyata keçirilir. Lakin, bir sıra hallarda işəgötürənin əsas fəaliyyət sahəsinə aid iş və xidmətlərə dair münasibətlər də birdəfəlik və ya qeyri-mütəmadi olmaqla, daşıdığı xüsusiyyətlərə və mahiyyətinə görə əmək deyil, mülki-hüquqi məzmunlu ola bilər. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, tərəflər arasında əmək münasibətlərinin olub-olmaması bu münasibətlərin xarakterinə və həqiqi mahiyyətinə, işin faktiki hallarına qiymət verilərək məhkəmə tərəfindən müəyyən edilməlidir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə iclası zamanı inzibati xəta törətmiş hüquqi şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan maddələrini, işin hallarını, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və iş üzrə əhəmiyyət kəsb edən digər xüsusatları nəzərə alaraq hesab edir ki, Şəxs MMC-yə hüquqi şəxs qismində təqsirli bilindiyi İXM-in 192.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 18.5, 40, 114, 115 və 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə
q ə r a r a a l d ı:
Şəxs MMC (VÖEN: **********, ünvan: Gəncə şəhəri, X23 prospekti 550A) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci mаddəsi ilə təqsirli bilinərək 20.000 (iyirmi min) manat məbləğində inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Sədrlik edən:Orxan Dəmirli