Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1564/2025 26.05.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, Azərbaycan Respublikası Dövlət X3 Regional Reklam İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, Azərbaycan Respublikası Dövlət X3 Regional Reklam İdarəsindən daxil olmuş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhəri, Heydər Əliyev prospektində yerləşən “Nazo gözəllik salonu” adlı obyektin xx.xx.2025-ci il tarixdə saat 10:00 radələrində açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verilən yazılı göstərişlərin vaxtında və tam yerinə yetirilməməsi nəticəsində Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 428.7.3-cü maddəsi ilə inzibati protokol tərtib edilmiş və materiallar baxılması üçün aidiyyatı üzrə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Şəxs rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət X3 Regional Reklam İdarəsinin nümayəndəsi X2 çıxışında Şəxs keçən ildən borcu qaldığını, 2025-ci il tarixdə də reklamın yayımlanması ilə bağlı icazə sənədini almaq üçün idarəyə müraciət etmədiyini və reklamın icazəsiz yayımladığını bildirərək protokolun təmin edilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını araşdıraraq məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törədilmişdir. İş materiallarında olan: - xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Şəxs açıq məkanda reklam haqqında qanunvericiliyi pozduğuna görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. - ADRA X5 İdarəsinin əməkdaşları tərəfindən imzalanmış xx.xx.2025-ci il tarixli, 279 saylı, xx.xx.2025-ci il tarixli, 592 saylı aktlardan görünür ki, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Şəxs tərəfindən fasad – 2,40 kub metr ölçüdə (qadağan olunmuş) reklam yayımlamaqda davam etdiyi aşkar edilmişdir. - xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokolun tərtib olunmasında iştirak barədə bildirişdən görünür ki, Şəxs Gəncə şəhəri, Heydər Əliyev prospektində yerləşən “Nazo gözəllik salonu” adlı obyekti üzərində (açıq məkanda) müvafiq icazə olmadan reklam yayımını həyata keçirdiyi üçün xx.xx.2025-ci il tarixli, 11-3-3/2-087/2025 saylı məktubun alınmasından qanunla müəyyən edilmiş 5 gün müddət keçməsinə baxmayaraq bu günədək məktubun tələbini yerinə yetirməmişdir. O, Azərbaycan Respublikası İXM-nin 428.7.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdar edilmişdir. - fiziki şəxsin vergi uçotu haqqında şəhadətnaməsindən görünür ki, Şəxs vergi ödəyicisi olan qeydiyyat nömrəsi (VÖEN) ********** fiziki şəxsdir, buna görə o, vəzifəli şəxs hesab olunur. İnzibati xətanın törədilməsi bu barədə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı protokol, ona əlavə edilmiş sənədlər və işin digər halları ilə tam təsdiq olunur. Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və həmin Məcəllənin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 17-ci maddəsində göstərilir ki, vəzifəli şəxslər öz qulluq vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeydinə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Həmin Məcəllənin 428.7.3-cü maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların vaxtında və tam yerinə yetirilməməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 25-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Məhkəmə işin hallarını nəzərə alaraq, qanunvericiliyin tələblərinə əsasən inzibati xəta törətmiş vəzifəli şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinin sanksiyası həddində inzibati tənbeh növü təyin edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 45-48, 114-116, 119-121-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə təqsirli bilinib 1500 (min beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №3(125)-1564/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1564/2025
26.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver