Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1567/2023 02.08.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X11, zərər çəkmiş şəxs X5, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Gəncə şəhəri, Gülüstan qəsəbəsi, Qəmərli küçəsi, Təzə məhəllədə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2023-cü il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X15 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında 2(125)- 429/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs 585 əyarlı qızıldan hazırlanmış sep-kulonla birlikdə cəmi-2550 manat dəyərində 25 qram çəkidə olan, 1 ədəd tək qaşı birliyant olmayan qızıl üzük 250 manat dəyərində 3 qram çəkidə olan, 1ədəd şənlik evinin hədiyyə etdiyi qızıl üçük 300 manat dəyərində. 2 qram çəkidə uşaq sırğası 200 manat dəyərində olan qızıl-zinət əşyalarının və 2100 manat dəyərində yataq dəsti və ya qətnamə icra olunan zaman naturada alınması mümkün olmadıqda isə onların ümumi dəyəri, yəni 5350 manat məbləğində pul vəsaiti tutularaq X1na ödənilməlidir. Tələbkar tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş 50 manat xərc və 74 manat məbləğində dövlət rüsumu borclu Şəxs X1nın xeyrinə tutulmalıdır. İcra sənədinin icrasını təmin etmək məqsədilə borcluya tələbin könüllü icrası barədə bildiriş və inzibati məsulliyətə cəlb olunacağı barədə xəbərdarlıq təqdim edilmişdir. X1 xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri üzrə icra İdarəsinə ərizə ilə müraciət edərək yataq dəstinin güzgüsünün və qapısının borclu Şəxs tərəfindən sındırıldığını və həmin mebel dəstini yararlı vəziyyətdə təhvil almaq istədiyini bildirmişdir. Borclu Şəxs xx.xx.2023-cü il tarixdə vermiş olduğu izahatında qızıl-zinət əşyalarının və yataq mebelinin tələbkar tətərfindən aparıldığını bildirmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə xx.xx.2023-cü il tarixdə X3 Filialına borclunun işlə təmin edilməsinə köməklik göstərilməsi barədə məktub göndərilmiş, məşğulluq filialı xx.xx.2023-cü il tarixli məktubunda Şəxs ilə əlaqə saxlanılaraq ona məşğulluğunun təmin edilməsi istiqamətində lazımi tədbirlərin görülməsi məqsədi ilə Filiala müraciət etməsini tövsiyyə etdiyini bildirmişdir. Borclu Şəxs icra sənədi üzrə borcunu üzrsüz səbəbdən ödəmir. İcra sənədi üzrə zəruri icra tədbirləri görülmüş və bununla da borclu borcunu qanunda müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmışdır. Məhkəmə iclasında icra məmuru X15 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirdi ki, borclu icraata başlandığı gündən bugünədək heç bir ödəniş etməmişdir. 02 avqust 2023-cü il tarixdə borclu barəsində İXM-in 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsinə dair protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Odur ki, borclunun icra sənədinin icrasından qəsdən yayındığını nəzərə alaraq, onun barəsində qanunamüvafiq qaydada qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, Cənanə Orucova əşyaların hamısını özü ilə aparmışdır. Bu səbəbdən də, X6 heç bir borcu yoxdur. Odur ki, qeyd etdiklərini nəzərə alaraq, barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs X7 izahatında bildirdi ki, borclu ona olan borcunu ödəməkdən qəsdən yayınır. Ona aid olan zinyət əşyaları və mebel dəsti ona verilməlidir. O, borcludan borcun tam ödənilməsini tələb edir. Borcun ödənilmədiyi halda, onun barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışında tədqiq edilmiş -Gəncə Şəhər Məhkəməsinin 2(125)-429/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs 585 əyarlı qızıldan hazırlanmış sep-kulonla birlikdə cəmi-2550 manat dəyərində 25 qram çəkidə olan, 1 ədəd tək qaşı birliyant olmayan qızıl üzük 250 manat dəyərində 3 qram çəkidə olan, 1ədəd şənlik evinin hədiyyə etdiyi qızıl üçük 300 manat dəyərində. 2 qram çəkidə uşaq sırğası 200 manat dəyərində olan qızıl-zinət əşyalarının və 2100 manat dəyərində yataq dəsti və ya qətnamə icra olunan zaman naturada alınması mümkün olmadıqda isə onların ümumi dəyəri, yəni 5350 manat məbləğində pul vəsaiti tutularaq X1na ödənilməlidir. Tələbkar tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş 50 manat xərc və 74 manat məbləğində dövlət rüsumu borclu Şəxs X1nın xeyrinə tutulmalıdır. -İş materiallarında olan icraat başlamaq haqqında qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə icra sənnədi üzrə icraat başlanılmışdır. -xx.xx.2023-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(125)-429/2023 nömrəli icra sənədini könüllü icra etməsi üçün borclu Şəxs tələbi könüllü icra etməsi üçün 10 gün müddətində vaxt verilmişdir. - xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, X1 Gəncə şəhəri üzrə icra İdarəsinə ərizə ilə müraciət edərək yataq dəstinin güzgüsünün və qapısının borclu Şəxs tərəfindən sındırıldığını və həmin mebel dəstini yararlı vəziyyətdə təhvil almaq istədiyini bildirmişdir. -xx.xx.2023-cü il tarixli aktdan görünür ki, borclunun yaşadığı Gəncə şəhəri, Gülüstan qəsəbəsi, Qəmərli küçəsində yerləşən fərdi yaşayış evinə gedilərək, evə baxış keçirilmiş və baxış zamanı yataq dəsti, həmçinin tələbin yönəldilə biləcəyi dəyərli əmlak aşkar edilməmişdir. -xx.xx.2023-cü il tarixli 3616 nömrəli arayışdan görünür ki, Şəxs Gəncə şəhəri Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. -xx.xx.2023-cü il tarixli X4 Xidmətinin 3-17-2/2-42993/20 nömrəli məktubundan görünür ki, Şəxs ilə əlaqə saxlanılaraq ona məşğulluğunun təmin edilməsi istiqamətində lazımi tədbirlərin görülməsi məqsədi ilə Filiala müraciət etməsi tövsiyyə edilmişdir. -Borclu Şəxs ünvanlanmış xəbərdarlıqların surətindən görünür ki, ona icra sənədini icra edilmədiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Lakin, borclu müəyyən olunmuş vaxtda icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, zərər çəkmiş şəxsin və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmişdir. Məhkəmə iclasında inzibati icraat aparılan şəxs Şəxs verdiyi izahatından görünür ki, borclu özünü Cənanə Orucovaya qarşı borclu hesab etmir. Cənanə Orucova özünə məxsus əşyaları özü ilə apardığıbı əsas gətirərək məhkəmə qərarını icra etməyəcəyini bildirir. Borclu hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən yaranmış borcunun lazımi qaydada ödənilməsinə laqeydlik göstərmiş və icra sənədinin icrasına səhlənkar yanaşmışdır. Onun hal-hazırda icra sənədi üzrə 5350 manat ödənilməmiş borcu qalmaqdadır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və inzibati tənbehin məqsədinə nail olmaq üçün onun barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 02 avqust 2023-cü il tarixdən hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elxan Əlizadə
Məhkəmə qərarları › İş №3(125)-1567/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1567/2023
02.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver