Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1571/2025 23.06.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Dəmirli Orxan Dəmir oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8 və 327.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin X5 Şöbəsindən daхil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Gəncə şəhər Baş Polis İdarəsinin X5 Şöbəsindən Şəxs barəsində Azərbaycan Respublikası İХM-in 327.8 və 327.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Protokol və əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs X1 qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aid xəsarət vurmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib etmiş Gəncə Gəncə şəhər Baş Polis İdarəsinin X5 Şöbəsinə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə nümayəndənin iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə hazırkı inzibati xəta haqqında materialı araşdırıb hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hal müəyyən edildiyindən başlanmış icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Gəncə şəhər prokurorluğunun müstəntiqi İ.M.Şıxməmmədovun 14 aprel 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə yaşadığı evin dəhlizində tavandan elektik naqili ilə özünü asaraq öldürmüşdür. Azərbaycan Respublikasının İXM-nin 53.1.8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 43, 53, 114, 128-130cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs öldüyündən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8 və 327.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Аpеllyаsiyа Məhkəməsinə şikаyət vеrilə bilər. Hakim: Orxan Dəmirli
Məhkəmə qərarları › İş №3(125)-1571/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1571/2025
23.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver