Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1577/2023 04.09.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, Füzuli Rayon Prokurorluğunun nümayəndəsi X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi Vəkil iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Füzuli Rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Füzuli Rayon Prokuroru, ədliyyə müşaviri X11 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərar baxılması üçün xx.xx.2023-cü il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” 25 avqust 2023-cü il tarixli qərardan görünür ki, hüquqi şəxs Şəxs MMC (VÖEN: **********) - onu təmsil etmək və onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxsi - direktoru X10 (FİN: 2P05HNV) Şəxs MMC-nin onun xeyrinə və onun maraqlarının qorunması üçün hərəkət edərkən və onun qanuni təmsilçisi səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7.2- ci maddəsinin tələblərinə əsasən əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yarandığı halda həmin tələbi pozaraq, yəni, əmək müqaviləsi (kontraktı) barədə bildirişi əmək münasibətlərinin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmədən və əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxs X8 (FİN: 13AQCRY) xx.xx.2023-cü il tarixdən hazıradək işğaldan azad edilmiş Qubadlı şəhərində yerləşən Azərbaycan Respublikası Silahlı Qüvvələrinə məxsus N saylı hərbi hissənin təmir-tikinti işlərinin aparılmasında suvaqçı kimi işlərin yerinə yetirilməsinə cəlb etmiş, bununla da, Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş əmək qanunvericiliyini pozaraq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsi hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi inzibati xətasını törətdiyinə görə Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Qeyd olunanlar X5 və X1 izahatları, eləcə də Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında yanında Dövlət Vergi Xidmətinin 12 saylı ərazi Vergilər Baş İdarəsindən, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətindən və Füzuli rayon polis şöbəsindən daxil olmuş məktublar ilə təsdiq olunur. Belə ki, X12 izahatında göstərmişdir ki, 2023-cü ilin iyul ayının 20-dən hazıradək əmək müqaviləsi bağlanmadan "xxxx" MMC-də fəhlə işləyir. Belə ki, şirkət işğaldan azad olunmuş Qubadlı şəhərində hərbi hissənin tikintisini həyata keçirir. O, orada suvaqçı kimi işləyir. Onu orada işə Rəşad Dadaşov adlı şəxs götürmüşdür. Həmin şəxs şirkətdə sahə rəisidir. Belə ki, o, bir neçə tanışlan vasitəsi ilə Rəşad Dadaşovla danışmış və 19 iyul 2023cü il tarixdə, saat 18 radələrində Qubadlı şəhərinə getmişdir. Həmin gün Rəşad Dadaşov Bakıda olmuşdur. Şirkətin briqadiri Natiq müəllim ona demişdir ki, “Rəşad müəllim Bakıdadır, bir neçə günə qayıdacaq, sən sabahdan işləməyə başla, işin xoşuna gələrsə, Rəşad müəllim səni rəsmi olaraq işə götürəcək”. O, N iyul 2023-cü il tarixdə, saat 08:00-da həmin ərazidə olmuşdur. Natiq ona görəcəyi işi göstərmişdir. O, saat 08:00-dan saat 18:00-dək orada hərbi hissənin tikintisində suvaqçı kimi işləmişdir. Ona həmin gün işlədiyinə görə pul verilməmişdir. Çünki o, hələ rəsmi işə götürülməmişdir. X2 izahatında göstərmişdir ki, 2022ci ilin avqust ayından etibarən əmək müqaviləsi əsasında Şəxs MMC-də usta işləyir. Belə ki, şirkət hazırda işğaldan azad olunmuş Qubadlı şəhərində hərbi hissənin tikintisini həyata keçirir. 0, orada usta kimi işləyir. Onu oraya işə şirkətdə sahə rəisi işləyən Rəşad Dadaşov götürmüşdür. X12 19 iyul 2023-cü il tarixdə, saat 18 radələrində Qubadlı şəhərində yerləşən həmin hərbi hissənin tikinti işləri aparılan yerə gəlmişdir. Gəncəli Əliyev ona yaxınlaşaraq Rəşad Dadaşovla danışdığını və suvaqçı kimi işə götürülmək istədiyini bildirmişdir. 0, Gəncəli Əliyevə işə götürmək məsələlərinə Rəşad Dadaşovun baxdığını bildirmişdir. 0, Gəncəli Əliyevə əlavə olaraq demişdir ki, “Rəşad müəllim Bakıdadır, bir neçə gün sonra qayıdacaq, sən sabahdan işləməyə başla, işin xoşuna gələrsə, Rəşad müəllim səni rəsmi olaraq işə götürəcək”. Gəncəli Əliyev N iyul 2023-cü il tarixdə, saat 08:00-dan saat 18:00dək sözügedən hərbi hissənin tikintisində malyar kimi işləmişdir. Gəncəli Əliyev hazıradək Qubadlı şəhərində həmin hərbi hissənin tikintisində malyar kimi işləyir. Gəncəli Əliyev yalnız 21 iyul 2023-cü il tarixdə həmin hərbi hissənin tikintisində işləməmişdir. Çünki həmin gün Gəncəli Əliyev şirkətin rəhbərliyindən icazə alaraq Füzuli rayon prokurorluğuna izahat verməkdən ötrü dəvət olunduğundan oraya getmişdir. Belə ki, Gəncəli Əliyev şirkətin işçisi kimi Qubadlı şəhərində olan hərbi hissənin tikintisində N iyul 2023-cü il, 22 iyııl 2023-cü il, 23 iyul 2023-cü il tarixlərdə saat 08:00-dan saat 18:00-dək işləmişdir. Hazırda da Gəncəli Əliyev həmin işində işləyir. Gəncəli Əliyevə hazıradək gördüyü işə görə pul ödənilməmişdir. X21 hələ rəsmi işə götürülməmişdir, Rəşad müəllim gəlib onun işini bəyənməlidir. Gəncəli Əliyevlə hazırda da əmək müqaviləsi bağlanmamışdır. X9 Şəxs MMC tərəfindən xx.xx.2023cü il tarixdən xx.xx.2023-cü il tarixədək işğaldan azad olunmuş Ağdam, Füzuli, Cəbrayıl, Xocavənd, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlannda bənna kimi işləmək üçün xüsusi icazə alınması ilə bağlı dəqiq məlumatı yoxdur. Lakin bəzi işçilər şirkətə iş üçün müraciət edir, şirkət onlara müvafiq icazəni aldıqdan sonra onlar işə gəlmirlər. Ola bilər ki, yuxarıda qeyd edilən tarixlərdə Gəncəli Əliyev şirkətə müraciət etmiş, ona müvafiq icazə alındıqdan sonra isə işə gəlməmişdir. Şirkətdə işləyən digər işçilərlə şirkət arasında əmək müqaviləsi bağlanmışdır. Araşdırma zamanı Füzuli rayon prokurorluğunun müstəntiqi, İİ dərəcəli hüquqşünas X6 24 iyul 2023-cü il tarixdə, saat 17:40-da xidməti istifadədə olan telefonla Şəxs MMC-nin direktoru X3 istifadəsində olan (050)-201-70-16 mobil nömrəsi ilə əlaqə saxlamaq istəsə də, zəngə cavab verilməmişdir. Yelmar Bəşirov həmin gün saat 19:10-da yenidən Şahin Ələkbərovun istifadəsində olan (050)-201-70-16 mobil nömrəsinə zəng etmiş, zəngə cavab verən şəxsin Şahin Ələkbərov olduğunu dəqiqləşdirdikdən sonra, sonuncuya araşdırma zamanı X5 əmək müqaviləsi bağlamadan Cəmiyyətin məqsədləri üçün işlədiyinin müəyyən olunduğunu izah edərək ona izahat verməsi üçün Füzuli rayon prokurorluğunun inzibati binasına gəlməli olduğunu bildirərək Şahin Ələkbərova MMC-nin nizamnaməsinin, eləcə də Cəmiyyətin Vergi orqanlarında qeydiyyatdan keçməsinə dair şəhadətnamənin surətinin rayon prokurorluğuna təqdim edilməsini təklif etmiş, lakin Şahin Ələkbərov heç bir üzrlü səbəb göstərmədən qeyd edilən sənədləri rayon prokurorluğuna təqdim etməyəcəyini və izahat verməyəcəyini bildirmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsindən Füzuli rayon prokurorluğuna daxil olmuş xx.xx.2023-cü il tarixi, **********679400 nömrəli məktubdan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası Vergilər Nazirliyinin 12 saylı Ərazi Vergilər İdarəsi tərəfindən xx.xx.2008-ci il tarixdə ********** sayla dövlət qeydiyyatına alınmışdır. MMC-nin hüquqi ünvanı Az2011, ünvan 1çisi X7r. Dövlət Vergi Xidmətinin elektron informasiya bazası məlumatlarına əsasən X5 (FİN: 13AQCRY) hər hansı işəgötürənlə əmək müqaviləsinin olmasına dair məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətindən Füzuli rayon prokurorluğuna daxil olmuş xx.xx.2023-cü il tarixi, 3-17-5/2- 27547/202 nömrəli məktubdan görünür ki, X5 adına Şəxs MMC tərəfindən “Əmək və məşğulluq” altsisteminə əmək müqaviləsi bildirişi daxil edilməmişdir. Füzuli rayon Polis şöbəsindən rayon prokurorluğuna daxil olmuş xx.xx.2023-cü il tarixli, 3-13-73/2-11259/2023 nömrəli məktubdan görünür ki, X9 Şəxs MMC tərəfindən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək işğaldan azad olunmuş Ağdam, Füzuli, Cəbrayıl, Xocavənd, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında bənna kimi işləmək üçün xüsusi icazə alınmışdır. Füzuli rayon prokurorluğunun müstəntiqi, İİ dərəcəli hüquqşünas X6 24 iyul 2023-cü il tarixli qəran ilə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən X5 barəsində Azərbaycan Respublikası CM-nin 125-ci, hüquqi şəxs Şəxs MMC-nin (VÖEN: **********) barəsində Azərbaycan Respublikası CM-nin 162-1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, hüquqi şəxs Şəxs MMC-nin (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati icraat açılması məsələsinə baxılması üçün qəbul edilmiş qərarın surəti ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən prokurora təqdim edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsindən görünür ki, inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2021-ci il tarixli Qərarından görünür ki, inzibati xəta hərəkətsizlik formasında törədildiyi halda, işə qanunvericiliklə hüquqi şəxsin üzərinə düşən öhdəliyi icra etməli olduğu yer üzrə baxılmalıdır. Göründüyü kimi Şəxs MMCnin hüquqi ünvanı ünvan 2üquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İXMin 192.1-ci maddəsi ilə təqsirli bilərək barəsində qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında Füzuli Rayon Prokurorluğunun nümayəndəsi X13 inzibat icraat haqqında qərarı müdafiə edərək izahatında bildirdi ki, hüquqi şəxs Şəxs MMC (VÖEN: **********) - onu təmsil etmək və onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxsi - direktoru X10 (FİN: 2P05HNV) Şəxs MMC-nin onun xeyrinə və onun maraqlarının qorunması üçün hərəkət edərkən və onun qanuni təmsilçisi səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7.2- ci maddəsinin tələblərinə əsasən əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yarandığı halda həmin tələbi pozaraq, yəni, əmək müqaviləsi (kontraktı) barədə bildirişi əmək münasibətlərinin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmədən və əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxs X8 (FİN: 13AQCRY) xx.xx.2023-cü il tarixdən hazıradək işğaldan azad edilmiş Qubadlı şəhərində yerləşən Azərbaycan Respublikası Silahlı Qüvvələrinə məxsus N saylı hərbi hissənin təmir-tikinti işlərinin aparılmasında suvaqçı kimi işlərin yerinə yetirilməsinə cəlb etmiş, bununla da, Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş əmək qanunvericiliyini pozaraq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsi hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi inzibati xətasını törətdiyinə görə Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan hüquqi şəxsin nümayəndəsi Vəkil izahatında bildirdi ki, X12 ilə Şəxs MMC-də 19 iyul 2023-cü il tarixli İA-23/1907-01 nömrəli müqavilə əsasında rəngsaz kimi 19 avqust 2023-cü il tarixə kimi günün müəyyən saatlarında işləmək üçün müqavilə bağlamışdır. Müqavilə bağlanarkən ona gördüyün işlər şirkətin rəhbəri tərəfindən bəyənildiyi halda əmək müqaviləsi bağlanacağı bildirilmişdir. Belə ki, müəssisə rəhbəri tərəfindən X5 gördüyü iş bəyənildiyindən podrat müqaviləsi başa çatmadan cəmi 07 gün sonra yəni xx.xx.2023-cü il tarixdə onunla əmək müqaviləsi bağlanmış və rəngsaz-suvaqçı kimi işə götürülmüşdür. Gəncəli Əliyev bugünədək həmin müəssisədə rəngsaz-suvaqçı olaraq faəliyyət göstərir və aralarında heç bir narazılıq olmamışdır. Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törədilməmişdir. Odur ki, hüquqi şəxsin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş X12 izahatında bildirmişdir ki, Şəxs MMC-də 19 iyul 2023-cü il tarixli İA-23/1907-01 nömrəli müqavilə əsasında rəngsaz kimi 19 avqust 2023-cü il tarixə kimi günün müəyyən saatlarında işləmək üçün müqavilə bağlamışdır. Müqavilə bağlanarkən ona gördüyün işlər şirkətin rəhbəri tərəfindən bəyənildiyi halda əmək müqaviləsi bağlanacağı bildirilmişdir. Belə ki, müəssisə rəhbəri tərəfindən onun gördüyü iş bəyənildiyindən podrat müqaviləsi başa çatmadan cəmi 07 gün sonra yəni xx.xx.2023-cü il tarixdə onunla əmək müqaviləsi bağlanmış və rəngsaz-suvaqçı kimi işə götürülmüşdür. O, bugünədək həmin müəssisədə rəngsaz-suvaqçı olaraq faəliyyət göstərir və hüquqi şəxs ilə aralarında heç bir narazılıq olmamışdır. İş materiallarında olan və məhkəmədə tədqiq edilərək araşdırılmış “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında 24 iyul 2023-cü il tarixli qərardan görünür ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 162-1.1-ci maddəsinin tərkib əlaməti olmadığından barələrində cinayət işinin başlanması rədd edilmiş və əməlində İXM-nin 192.1-ci maddəsinin tərkibi olduğu üçün onun barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanması məsələsinin həll edilməsi üçün Füzuli rayon Prokuroluğuna təqdim edilmişdir. Füzuli Rayon Şöbəsindən daxil olmuş 3-13-73/2-11259/2023 nömrəli məktubdan görünür ki, X5 Şəxs şirkəti tərəfindən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək işğaldan azad olunmuş rayonlara, eləcə də xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi bənna vəzifəsində işləmək üçün Qubadlı, Zəngilan rayonlarına, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi Mida tərəfindən bənna vəzifəsində işləmək üçün işğaldan azad olunmuş Füzuli rayonuna getmək üçün xüsusi icazəsi var. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti tərəfindən verilmiş 3-17-5/2-27547/2023 nömrəli cavab məktubundan görünür ki, X5 adına Şəxs MMC tərəfindən “Əmək və məşğulluq” altsisteminə əmək müqaviləsi bildirişi daxil edilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş məlumatdan görünür ki, Şəxs MMC Azərbaycan Respublikası Vergilər Nazirliyinin 12 saylı Ərazi Vergilər İdarəsi tərəfindən xx.xx.2008-ci il tarixdə ********** sayla dövlət qeydiyyatına alınmışdır. MMC-nin hüquqi ünvanı Gəncə şəhəri, Yaşar-Həsrət Əliyev, ev 4, mənzil 36-dır. xx.xx.2023-cü il tarixli İA-23/1907-01 nömrəli podrat müqaviləsinin surətindən görünür ki, "İMPULS-AR” MMC-nin direktoru X10 ilə X12 arasında işlərin görülməsi ilə bağlı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək etibarlı olan podrat müqaviləsi bağlanmışdır. xx.xx.2023-cü il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, xx.xx.2023-cü il tarixdəm Şəxs MMC ilə X12 arasında əmək müqaviləsi bağlanmışdır. 25 avqust 2023-cü il tarixli inzibati icraat başlamaq haqqında qərardan görünür ki, vəizfəli şəxs kimi Şəxs MMC-nin direktoru X10 barəsində də inzibati icraat başlanmışdır. Məhkəmə, proses iştirakçısının çıxışını dinləyərək, inzibati xəta haqqında materiala əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İşin hallarından və tərəflərin izahatından görünür ki, hüquqi şəxs barəsində “inzibati xəta haqqında iş üzrə icraat” başlayan zaman yəni hüquqi şəxsin əmək müqaviləsi olamdan X8 işlətdiyi zaman X12 ilə Şəxs MMC arasında podrat müqaviləsi olmuşdur. Həmin müqaviləyə əsasən X12 günün məyyən vaxtlarında həmin yerdə işləmiş, işi bəyənildikdən sonra xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi bağlanılaraq işə götürülmüşdür. Azərbaycan Respublikası İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin məcəllənin 3-cü maddəsinə əsasən Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin məcəllənin 9-cü maddəsinə əsasən unzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Həmin məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Konstitusiyanın 129-cu maddəsinin İİİ hissəsində qeyd edilmişdir ki, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Konstitusiyanın 130-cu maddəsinin İX hissəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi öz səlahiyyətlərinə aid edilən məsələlərə dair qərarlar qəbul edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarları dərc edilməlidir. Azərbaycan Respublikasının Konstitsiya Məhkəməsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17, 18.2 və 18.3-cü maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair 12 yanvar 2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, Məhkəmələr inzibati xəta haqqında işin mühüm əhəmiyyət kəsb edən bütün hallarını hərtərəfli, tam və obyektiv araşdırmaqla müvafiq xətaya görə həm hüquqi, həm də vəzifəli şəxsin inzibati tənbeh edilməsinin məqsədəmüvafiqliyi məsələsini inzibati xətalar qanunvericiliyinin vəzifələri və prinsipləri, həmçinin inzibati tənbehin məqsədləri baxımından həll etməlidir. Eyni zamanda Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, hüquqi şəxslərin inzibati xətaya görə məsuliyyətə cəlb edilib-edilməməsi məsələsinin həlli zamanı məhkəmələr tərəfindən hüquqi şəxsin baş vermiş inzibati xətanın qarşısının alınması üçün imkanlarının olub-olmaması, onun tərəfindən nəzarətin lazımi qaydada həyata keçirilibkeçirilməməsi müəyyən edilməlidir. Əks yanaşma hüquqi şəxslərə münasibətdə obyektiv təqsirləndirmə halı yaratmış olar. İş materiallarında olan xx.xx.2023-cü il tarixli İA-23/1907-01 nömrəli podrat müqaviləsinin surətindən görünür ki, "İMPULS-AR” MMC-nin direktoru X10 ilə X12 arasında işlərin görülməsi ilə bağlı inizbati xətanın baş verdiyi qeyd edilən tarixlər üçün podrat müqavilsəi olmuşdur. Həmin müqavilədən 7 gün sonra isə aralarında əmək müqaviləsi bağlanmışdır. Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən digər hallarla yanaşı həmin hüquqi şəxsin maliyyə və əmlak vəziyyəti, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi nəzərə alınmalıdır. Ümumiyyətlə şəxslərin iqtisadi maraqlarının qorunması inzibati xətalar qanunvericiliyinin vəzifəsi kimi təsbit edilmişdir. İXM-nin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, inzibati xətanın baş verdiyi qeyd edilən tarixlərdə "İMPULS-AR” MMC-nin direktoru X10 ilə X12 arasında podrat müqaviləsi, xx.xx.2023-cü il tarixdə isə əmək müqaviləsi olduğundan Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək cərimə tənbeh növü tətbiq edilməsi İXM-nin ümumi hissənin norlamalarının tələblərinin pozulması, hüquqi şəxsin iqtisadi maraqlarının qorunmaması, onun maliyyə vəziyətinin nəzərə alınmaması ilə nəticələnmiş olar. Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə- fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki "İMPULS-AR” MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Elxan Əlizadə
Məhkəmə qərarları › İş №3(125)-1577/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1577/2023
04.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver