Məhkəmə qərarları › İş №3(125)-1579/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1579/2025

04.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1579/2025 04.06.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, İbrahimov İsmət Mübariz oğlunun katibliyi, qərardan şikayət vermiş şəxs X2 iştirakı ilə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 21 aprel 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş 21 aprel 2025ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ilə vəzifəli şəxs X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 5000 (beş min) manat məbləğində cərimə edilmişdir. Qeyd olunan qərardan X4 şikayət verərək, qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, inzibati tənbeh vermə haqqında qərarla Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini X5 onu Azərbaycan Respublikasının İXM-nin 210.1-ci maddəsi ilə 5000 manat miqdarında cərimə etmişdir. Belə tənbehlər lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olanlara verilir. Maddənin dispozisiyası aydındır və aşağıdakı kimidir: Lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olma. O, İXM-nin həmin maddəsində nəzərdə tutulan fəaliyyətlə və ümumiyyətlə əczaçılıqla məşğul olmamışdır. O gözəllik salonunda tibbi avadanlıqlara aid olmayan lazer epilyasiya cihazı işlədir. Onunla həmin salonda eyni işlə məşğul olan iki işçi bir-biri ilə savaşmış, polis orqanı tərəfindən onların məsələsi araşdırılan zaman onda olan lazer cihazının tibbi avadanlıq olması güman edildiyindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə təqdimat yazılmış, nazirlik isə lazer epilyasiya cihazının təbabətə və əczaçılığa hər hansı aidiyyəti olmaması müəyyən edilmədən onu inzibati tənbeh etmişdir. "xxxx" MMC-nin şikayətinə əlavə etdiyi xx.xx.2025-ci il tarixli arayışından aşkar olur ki, lazer epilyasiya cihazı həmin MMC tərəfindən xx.xx.2023-cü ildə əldə edilmişdir. Adı çəkilən cihazın ölkəyə daxili üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilən xüsusi icazə sənədi tələb edilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenkulaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələrinin təsdiq edilməsi haqqında” xx.xx.2017-ci il tarixli 500 №-li qərarına görə, onun cihazını XİF MN kodu 8543 kod altında tibbi avadanlıqlar qrupuna aid deyil. Yəni tibbi fəaliyyət həyata keçirilməsi üçün nəzərdə tutulmamışdır. Göründüyü kimi, Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini ona inzibati töhmət verərək bunu, məsələni araşdırmadan, yəni işlətdiyi cihazın tibbi fəaliyyətə və ya əczaçılığa aidiyyəti olub-olmamasını müəyyən etməmişdir. Görünür, onu çaşdıran ’'lazer” sözü olmuşdur. Bir sözlə, nazir müavini onu tənbeh edərkən, yəni inzibati xəta haqqında qərar verərkən Azərbaycan Respublikasının İXM-nin 100.2-ci maddəsinə əməl etməmişdir. Həmin maddəyə görə, protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini X5 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərardan şikayət vermiş şəxs X4 şikayətin məzmununa uyğun çıxış edərək, şikayətin təmin edilməsini, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 21 aprel 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən, məhkəmə inzibati xəta haqqında işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və əlavə edilmiş sənədləri obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, X4 barəsində Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini tərəfindən qəbul edilmiş 21 aprel 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında işlər üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini X5 tərəfindən qəbul edilmiş 21 aprel 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X1 şəhər prokurorluğunun xx.xx.2025-ci il tarixli qərarına əsasən 2023-cü ildən bu günə kimi ünvan 1 ünvanında yerləşən “Kuartet” adlı gözəllik salonunda lisenziya olmadan özəl tibbi fəaliyyəti (kosmetoloji) göstərilməsi faktı aşkar edildiyi üçün onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsinə əsasən 5000 (beş min) manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. "xxxx" MMC-nin 27 fevral 2025-ci il tarixli arayışının surətindən görünür ki, X3 (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi: AZE13505947; FİN:21K0W0Q) ondan ötrü ki, o, həqiqətən 08 dekabr 2-23-cü il tarixində "xxxx" MMC-dən FQ A 31 QUARTET AĞ MULTİFUNCTİON BEAUTY MACHİNE LAZER EPİLYASİYA CİHAZİ əldə etmişdir. Qanunvericiliyə əsasən adı çəkilən cihazın ölkəyə idxalı üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən xüsusi icazə sənədi tələb edilmir. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nin təsdiq edilməsi haqqında 2017-ci il 17 noyabr tarixli 500 nömrəli qərarına istinadən əlavə edilir ki, məhsul XİF MN kodu 8543 kod altında “tibbi avadanlıqlar” qrupuna aid deyil. Yəni tibbi fəaliyyət həyata keçirilməsi üçün nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası İXM-nin 210.1-ci maddəsinə əsasən lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-nin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-nin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, X4 özəl tibbi fəaliyyətlə məşğul olmamışdır. Belə ki, verilmiş arayışdan görünür ki, onun istifadəsində olan FQ A 31 QUARTET AĞ MULTİFUNCTİON BEAUTY MACHİNE LAZER EPİLYASİYA CİHAZİ tibbi avadanlıq hesab edilmir və qanunvericiliyə əsasən ölkəyə idxalı üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xüsusi icazəsi tələb edilmir. İXM-nin 210.1-ci maddəsinin mənasından da aydın olur ki, inzibati xəta tərkibi lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə yaranır. Məhkəmə iclasında qərardan şikayət verən şəxs isə bildirmişdir ki, o, özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, X2 əməlində qeyd edilən inzibati xəta tərkibi yoxdur və şəxs əməlində inzibati xəta tərkibi olmadan inzibati məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2 və 8.3-cü maddələrinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə verilmiş şikayət üzrə bütün sübutları hərtərəfli, obyektiv və məcmu halında qiymətləndirərək belə qənaətə gəlir ki, vəzifəli şəxs kimi X2 şikayəti təmin edilməli, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən vəzifəli şəxs X2 Azərbaycan Respublikası İXM-nin 210.1-ci maddəsi ilə təqsirli bilinib, 5000 (beş min) manat məbləğində inzibati cərimə olunması barədə qəbul edilmiş 21 aprel 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114, 115, 128 və 134.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə təqsirli bilinib 5000 (beş min) manat məbləğində inzibati cərimə olunmasına dair Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini X5 tərəfindən qəbul edilmiş 21 aprel 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar