Məhkəmə qərarları › İş №3(125)-158/2022

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-158/2022

10.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-158/2022 10.08.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ərəstun qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən şəxs Nümayəndə iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, MÜƏYYƏN ETDİ: Qərb ərazi Baş Gömrük İdarəsi, Əməliyyat və Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, gömrük xidməti polkovnik leytenantı Nümayəndə tərəfindən tərtib edilmiş, hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 493-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2022-ci il tarixli, 11000-1906/22 saylı inzibati xəta haqqında protokol baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Protokolda qeyd edilir ki, Bakı şəhəri Xətai rayonu, Sarayevo, ev 7, mənzil 81-də yerləşən Şəxs MMC-nin (VÖEN:**********) ünvanına 46AA955/46AA956 nömrəli nəqliyyat vasitələrinin üzərində konteynerlərdə Çin Xalq Respublikasından idxal edilən “Yük indeksi 121-dən çox olan Avtobuslar üçün və ya yük daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitələri üçün X2, Kapsen” yükü xx.xx.2022-ci il tarixdə Qərb Ərazi Baş Gömrük İdarəsinin “Biləsuvar” gömrük postundan daxil olaraq təyinatı üzrə Gəncə şəhərinə Qərb Ərazi Baş Gömrük İdarəsinə çatdırılmış lakin, yükə dair Gömrük Bəyyanaməsi təqdim edilməmiş, rəsmiləşdirmə başa çatdırılmamış və bununla cəmiyyət tərəfindən, İXM-in 493cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Nümayəndə protokolun məzmununa uyğun izahat verərək, protokoun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumat verilməsinə baxmayaraq, barəsində inzibati protokol tərtib edilən hüquqi şəxsin nümayəndəsi məhkəmə iclaısnda iştirak etməmişdir. İş materiallarına əlavə edilmiş: - Gömrük Əməliyyatları İdarəsinin rəisi Oqtay Məsmalıyevin xx.xx.2022-ci il tarixli raportunda görünür ki, Şəxs MMC (VÖEN:**********) tərəfindən xx.xx.2022-ci il tarixdə 46AA955/46AA956 nömrəli avtomobil vasitəsilə daxil olan “minik avtomobilər üçün rezin şinlər” yükünə Biləsuvar gömrük postundan Qərb Ərazi Baş Gömrük İdarəsinə təyinat verilmişdir. Lakin bügünə qədər Şəxs MMC tərəfindən Gömrük Məcəlləsinin 149.3 maddəsinin tələbləri pozularaq rəsmiləşmək üçün gömrük bəyannaməsi təqdim edilməmişdir. - xx.xx.2022-ci il tarixli **********9776 nömrəli Qısa idxal bəyannaməsindən görünür ki, “Yük indeksi 121-dən çox olan Avtobuslar üçün və ya yük daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitələri üçün X2, Kapsen” yükü xx.xx.2022-ci il tarixdə Qərb Ərazi Baş Gömrük İdarəsinin “Biləsuvar” gömrük postundan daxil olaraq təyinatı üzrə Gəncə şəhərinə Qərb Ərazi Baş Gömrük İdarəsinə çatdırılmış lakin, yükə dair Gömrük Bəyyanaməsi təqdim edilməmiş, rəsmiləşdirmə başa çatdırılmamışdir. - Barəsində icraat aparılan şəxsin sorğu-sual edilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Şəxs MMC-nin Gömrük İşləri üzrə mütəxəsisi X1 Şəxs MMC tərəfindən Gömrük Bəyannəməsinin gömrük orqanına vaxtında təqdim edilməməsinin yükə dair gömrük sənədlərinin tam hazır olmadığı və maliyyə çətinlikləri ilə əlaqədar vəsait ayrılmadığı üçün baş vermişdir. Tez bir zamanda Şəxs MMC tərəfindən yaranmış pozuntu aradan qaldırılacaqdır. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib edən " Qərb ərazi Baş Gömrük İdarəsi, Əməliyyat və Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, gömrük xidməti polkovnik leytenantı Nümayəndə izahatını dinləyib, protokolu və əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək inzibati tənbeh edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsinə əsasən Gömrük bəyannaməsinin və onunla birgə təqdim edilməli olan sənədlərin Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə - fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 149.3-cü maddəsinə əsasən Gömrük ərazisinə gətirilən mallara dair gömrük bəyannaməsi həmin mallar gömrük ərazisinə gətirilən yerdəki gömrük orqanına, daxili tranzit xüsusi gömrük proseduru həyata keçirildikdə isə təyinat gömrük orqanına təqdim edildiyi tarixdən 15 (on beş) gündən gec olmayaraq verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 18.1 və 18.5-ci maddələrinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Məhkəmə iclası zamanı inzibati xəta törətmiş hüquqi şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs MMC-nin (VÖEN:**********) ünvanına 46AA955/46AA956 nömrəli nəqliyyat vasitələrinin üzərində konteynerlərdə Çin Xalq Respublikasından idxal edilən “Yük indeksi 121-dən çox olan Avtobuslar üçün və ya yük daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitələri üçün X2, Kapsen” yükü xx.xx.2022-ci il tarixdə Qərb Ərazi Baş Gömrük İdarəsinin “Biləsuvar” gömrük postundan daxil olaraq təyinatı üzrə Gəncə şəhərinə Qərb Ərazi Baş Gömrük İdarəsinə çatdırılmış lakin, yükə dair Gömrük Bəyyanaməsi təqdim edilməmiş, rəsmiləşdirmə başa çatdırılmamışdır. Bununla da hüquqi şəxs Şəxs MMC tərəfindən İXMin 493-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam şəkildə sübuta yetirilmişdir. Odur ki, məhkəmə törədilmiş inzibati xətanın xarakterini və digər diqqətəlayiq halları nəzərə alaraq, hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 18.5, 31-34, və 114, 115-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs (VÖEN:**********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada təqdim edildikdən sonra 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar