Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1581/2023 04.08.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X3 Tahir oğlunun sədrliyi, Abuzərova Nərmin Allahverdi qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1992-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasi İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra- İXM) 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində Gəncə Şəhər Baş Polis İdarəsi 2-ci Polis Şöbəsində xx.xx.2023-cü il tarixdə MN ******* nömrəli, MN ******* nömrəli və MN ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib olunaraq, baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokollar tərtib olunmuşdur ona görə ki, Şəxs xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri, Ş.Hüseynov küçəsi, mənzil 14-də yaşayan Zərərçəkmiş şəxs1 məxsus yaşadığı binanın qarşısında saxladığı VAZ-2106 markalı avtomaşından 120 manat dəyəri olan akkumluyatoru, xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri, D.Qorqud küçəsi, ev 48, mənzil 48-də yaşayan Zərərçəkmiş şəxs2 məxsus yaşadığı binanın qarşısında saxladığı Hyundai Elantra markalı avtomaşından 4 ədəd, 100 manat dəyəri olan kalpakları, xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri, Cavadxan qəsəbəsi, S.Əfəndiyev küçəsi, ev 36-da yaşayan Zərərçəkmiş şəxs3 məxsus Kia markalı avtomaşından 50 manat dəyəri olan yan güzgüləri oğurlamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri, Ş.Hüseynov küçəsində VAZ-2106 markalı avtomaşından 120 manat dəyəri olan akkumluyatoru, xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri, D.Qorqud küçəsində 48 nömrəli binanın qarşısında dayanmış Hyundai Elantra markalı avtomaşından 4 ədəd, 100 manat dəyəri olan kalpakları, xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri, Cavadxan qəsəbəsi, S.Əfəndiyev küçəsi, 36 nömrəli evin qarısında Kia markalı avtomaşından 50 manat dəyəri olan yan güzgüləri satmaq üçün oğurlamış və pulu xərcləmişdir. Dəmir yığmaqla məşğuldur və günə 50-70 manat pul qazanır. Əməlindən peşmandır. İş üzrə zərərçəkmiş şəxslərə məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər və işin təxirə salınması barədə onlardan vəsatət daxil olmamışdır. Məhkəmə İXM-in 62.4-cü maddəsinə əsasən işə zərərçəkmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati materiala əlavə edilmiş Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X1 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Gəncə şəhəri, Ş.Hüseynov küçəsi, mənzil 14-də yaşayan Zərərçəkmiş şəxs1 məxsus, yaşadığı binanın qarşısında saxladığı VAZ-2106 markalı avtomaşından 120 manat dəyəri olan akkumluyatoru oğurlamışdır. Gəncə Şəhər Baş Polis İdarəsi 2-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X1 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri, D.Qorqud küçəsi, ev 48, mənzil 48-də yaşayan Zərərçəkmiş şəxs2 məxsus yaşadığı binanın qarşısında saxladığı Hyundai Elantra markalı avtomaşından 4 ədəd, 100 manat dəyəri olan kalpakları oğurlamışdır. Gəncə Şəhər Baş Polis İdarəsi 2-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X1 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri, Cavadxan qəsəbəsi, S.Əfəndiyev küçəsi, ev 36-da yaşayan Zərərçəkmiş şəxs3 məxsus Kia markalı avtomaşından 50 manat dəyəri olan yan güzgüləri oğurlamışdır. İşə əlavə edilmiş Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci polis şöbəsinin təhqiqat bölməsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixli qərarların surətlərindən görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Gəncə şəhər Baş polis İdarəs 2-ci Polis Şöbəsinin İTB-yə göndərilmişdir. İnzibati qaydada tutma haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü ildə, saat 12:10-da inzibati qaydada tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi iş üzrə toplanmış sübutlarla yanaşı özünün ifadəsi ilə tam sübuta yetir. Məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs İXM-in 227-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşman olmasını İXM-in 32-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs il ərzində eyni xətanı təkrar törətməsi İXM-in 33.1.2-ci maddəsində nəzərdə tutulmuş məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. İXM-in 34.1-ci maddəsinə görə bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. İXM-in 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İXM-in 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, məhkəmə inzibati xəta törətmiş Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini nəzərə alaraq inzibati tənbehin məqsədinə nail olmaq üçün onun barəsində daha ciddi inzibati tənbeh hesab edilən inzibati həbs tənbehi tətbiq etməyi məqsədəmüvafiq hesab edir. Belə ki, Şəxs törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, barəsində inzibati həbs tətbiq etməklə onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə gələcəkdə yeni inzibati xəta törətməsinin qarşısını almaq kimi inzibati tənbehin məqsədinə nail olmaq mümkündür. İXM-in 36.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. Göründüyü kimi inzibati tənbeh tətbiq etməklə eyni vaxtda zərərin tutulması mümkün olmadığından zərər çəkmiş şəxslərə zərərlə bağlı Azərbaycan Respublikasının Mülki qanunvericiliyinə uyğun olaraq mülki qaydada iddia qaldırmaq hüququ izah olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,112,114,115,117,128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı protokol üzrə 25 (iyirmi beş) gün müddətinə, xx.xx.2023-cü il tarixli, MN1885023 saylı protokol üzrə 25 (iyirmi beş) gün müddətinə, xx.xx.2023-cü il tarixli, MN ******* saylı protokol üzrə 25 (iyirmi beş) gün müddətinə inzibati həbs tənbehi təyin edilsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4cü maddəsinə əsasən təyin edilmiş tənbehlər qismən toplanılmaqla, ona qəti olaraq 02 (iki) ay müddətinə inzibati həbs növündə tənbeh tətbiq edilsin. Həbsdə saxlama müddəti xx.xx.2023-cü il tarixdən, saat 12:10-dan hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №3(125)-1581/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1581/2023
04.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver