Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1583/2025 11.06.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qzının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX-nin Gəncə-Daşkəsən regional şöbəsinin nümayəndəsi X4 iştirakı ilə, X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən qəbul edilmiş 06 may 2025-ci il tarixli, MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: X13 oğlu şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən qəbul edilmiş 06 may 2025-ci il tarixli, MN ******* saylı qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, DƏMX-nin Gəncə-Daşkəsən regional şöbəsinin “İnzibati tənbeh vermə haqqında” 06 may 2025-ci il tarixli MN ******* nömrəli qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 1000 (min) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Qərarda qeyd edilənlərə görə o, xx.xx.2025-ci il tarixdə X5 işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilməmiş, beləliklə Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü bəndinin tələbi pozulmuşdur. Aşağıda göstərilənlərə əsasən həmin qərarı qanunsuz və əsassız hesab edir. İşin faktiki halları ondan ibarətdir ki, o, 1997-ci ildən Gəncə şəhəri, Poçt qəsəbəsində yerləşən “Sem-San” şirkətində direktor vəzifəsində işləyir. Şirkət metal məmulatlarının istehsalını həyata keçirir. X7 xx.xx.2018-ci il tarixdən Şirkətdə metal əridən vəzifəsində işləmişdir. Onun aylıq əmək haqqı 420 manat təşkil etmişdir. Ramil Quluyev işdən çıxmaq istəməsi barədə ərizə ilə müraciət etdiyindən, onunla əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmişdir. İşlədiyi müddətdə Ramil Quluyev əmək məzuniyyətindən öz istəyi ilə istifadə etməmişdir. Belə ki, illik əmək məzuniyyətinin yerinə Ramil ayda 3-4 gün olmaqla istirahət üçün icazə istəmişdir. Mühasibatlıq sənədlərinə əsasən işçinin işlədiyi dövr ərzində ildə neçə gün icazəli olduğunu müəyyən etmək üçün müəyyən vaxt tələb olunduğundan, Ramil Quluyevə işdən çıxan gün onun son haqq-hesabının ödənilməsi mümkün olmamışdır. Bu barədə Ramil Quluyevin özünə bildirilsə də, Ramil Quluyev qərəzli olaraq ödənclərin ödənilməsini gözləməmiş və barəsində şikayət etmişdir. Ramil Quluyevin şikayəti əsasında hazırki qərarla inzibati məsuliyyətə cəlb edilmişdir. X1 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə şikayətçinin iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında Gəncə-Daşkəsən regional şöbəsinin nümayəndəsi X12 çıxışında Gəncə şəhər prokurorluğu tərəfindən araşdırılma aparıldığını və X5 əmək müqaviləsinə xitam verilən zaman son haqq hesab tam məbləğdə ödənilmədiyinin müəyyən edildiyini, bundan sonra prokurorluq aidiyyəti üzrə işi Gəncə-Daşkəsən regional şöbəsinə göndərdiyini bildirmişdir. X2 barəsində çıxarılmış qərarın tam əsaslı olduğunu bildirərək qərarın qüvvədə saxlanılmasını xahiş etmişdir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 06 may 2025-ci il tarixli MN ******* saylı “İnzibati xəta haqqında Qərar”ın surətindən görünür ki, xx.xx.2025-ci il tarixdə X7 işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilməmiş və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü bəndinin tələbi pozulmuşdur. Bununla da, X8 İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 1000 (min) manat inzibati qaydada cərimə edilmişdir. - 19 aprel 2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardan görünür ki, vəzifəli şəxs X8 İXM-nin 192.4-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış və inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədi ilə baxılması üçün Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX-nin Gəncə-Daşkəsən regional şöbəsinə göndərilmişdir. - Əmək müqaviləsinə xitam verilməi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X9 ilə işəgötürən “SEM SAN” şirkəti arasında əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdə xitam verilmişdir. - X7 tərəfindən təqdim edilmiş “Paşa Bank” bankına məxsus çıxarışdan görünür ki, ona məxsus 418249******5563 nömrəli karta xx.xx.2025-ci tarixdə 10.766.70 AZN pul köçürülmüşdür. Məhkəmə, şikayətin dəlillərini nəzərdən keçirib, Gəncə-Daşkəsən regional şöbəsinin nümayəndəsi X4 izahatını dinləyib, işin bütün hallarının məcmusunu hərtərəfli, tam və obyektiv surətdə araşdırıb, iş üzrə sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası ƏƏSMN yanında X10 Xidmətinin Gəncə- Daşkəsən regional şöbəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh verilmə haqqında” 06 may 2025-ci il tarixli MN ******* saylı qərar dəyişdirilməlidir. Belə ki, iş materiallarında olan 06 may 2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 barəsində 1000 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, qeyd edilən qərar qəbul edilrəkən X3 barəsində tətbiq edilmiş tənbeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31– 34-cü maddələrinin tələblərinə uyğun olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Göründüyü kimi Azərbaycan Respublikası 06 may 2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qəbul edilərkən X3 yol verdiyi inzibati xətanın xarakteri, şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, habelə məsuliyyətini yüngülləşdirən hallar nəzərə alınmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75.0.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işdə inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, (X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin sanksiyasında nəzərədə tutulan cərimənin ortalama məbləğinin (1000 manat) tətbiq edilməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsində nəzərdə tutulmuş ədalətlilik prinsipinə uyğun olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin məcəllənin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin əmək qanunvericiliyinə uyğun olaraq ödənilməməsinə və ya tam ödənilməməsinə görə vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən bir sıra məsələləri o cümlədən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələbinə müvafiq olaraq tərtib edildiyini (106.0.3), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplandığını (106.0.5) həll edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-ci maddəsinə əsasən tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, X3 barəsində tərtib edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən qəbul edilmiş 06 may 2025-ci il tarixli, MN ******* nömrəli qərarı ilə 1000 (min) manat məbləğində cərimə növündə tənbeh tədbirinə dair qərar dəyişdirilməli və ona İnzibati Xətalar Məcəlləsinin 192.4-cü sanksiyasının aşağı həddində yəni 700 (yeddi yüz) manat cərimə növü tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, X3 barəsində 700 (yeddi yüz) manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həminin inzibati tənbehin məqsədlərini təmin edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət qismən təmin edilsin. X3 Azərbaycan Respublikası İXM-in 192.4-cü maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinsin və onun barəsində qəbul edilmiş 06 may 2025-ci il tarixli MN ******* saylı qərar dəyişdirilərək vəzifəli şəxs barəsində 700 (yeddi yüz) manat miqdarında inzibati cərimə növündə tənbeh tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə şəhəri Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №3(125)-1583/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1583/2025
11.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver