Məhkəmə qərarları › İş №3(125)-1586/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1586/2025

30.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1586/2025 30.06.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Dəmirli Orxan Əhməd oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, şikayət vermiş şəxs X10 etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, X10 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən qəbul edilmiş 07 may 2025-ci il tarixli, MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X17 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən 07 may 2025-ci il tarixli, MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, 07 may 2025-ci il tarixli, MN ******* nömrəli barəsində inzibati tənbeh vermə haqqında DƏMX-nin Gəncə-Daşkəsən RŞ tərəfindən protokol tərtib edilərək barəsində işçilərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum əmək haqqından aşağı məbləğdə əmək haqqı verilməsinə dair inzibati tənbeh vermə haqqında MN № ******* nömrəli qərar çıxarılmışdır. Həmin qərara əsasən ona 1000 (min) manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Qarşı tərəf onu minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsində suçlayır, ancaq ortalıqda nəzərə çarpacaq əsaslı bir fakt yoxdur. Yəni bu, hələ heç bir əsas deyildir və heç bir məntiqə də söykənmir. Bildirir ki, DƏMX-nin Gəncə- Daşkəsən RŞ həmin qərarla onun hüquqlarını pozmuşdur. O, bu qərarla qətiyyən razılaşmır, həmin qərarı sübutu və dəlili olmayan ədalətsiz və əsassız və qərəzli bir qərar hesab edir və məhkəmədən də pozulmuş hüquqlarının bərpasını xahiş edir. O, məhkəmədən barəsində tərtib olunmuş protokolun və qərarın ləğv edilməsini istəyir. Tərəflərin mövqeyi: Məhkəmə iclasında X10 etibarnamə üzrə nümayəndəsi Nümayəndə çıxışında şikayət ərizəsinin məzmununa uyğun ifadə verərək bildirmişdir ki, minimum əmək haqqının 345 manatdan 400 manata qaldırılması ilə bağlı əmək müqaviləsində qeyd olunmasa və sistemə yerləşdirilməsə də faktiki olaraq vergi və digər məcburi ödənişlərlə bir yerdə işçilərə 400 manat məbləğində əmək haqqı verilmişdir. Odur ki, X10 barəsində olan inzibati tənbeh tətbiq edilməsi barədə şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX-nin Gəncə-Daşkəsən regional şöbəsinin nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmiş, təmin etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, nümayəndənin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin nümayəndəsi X6 məhkəmənin 23 iyun 2025-ci il tarixli iclasında çıxışında bildirmişdir ki, E.Hacılı 01 yanvar 2025-ci il tarixdən başlayaraq minimum əmək haqqının artmasına baxmayaraq əmək müqaviləsində dəyişiklik etməmiş, bu barədə elektron sistemə məlumat yerləşdirilməmiş və beləliklə işçilərə müəyyən olunmuş məbləğdən aşağı əmək haqqı verilmişdir. Faktiki olaraq hansı məbləğin ödənilməsindən məlumatlı deyillər, yalnız sistem üzərindən aşkarlanmış məlumata əsaslanmışlar. Şikayətlə bağlı qərarı məhkəmənin mülahizəsinə əsasən həll edilməsini bildirdi. İş materiallarında olan: - X9 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin 07 may 2025-ci il tarixli, MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarından görünür ki, X17 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə onun barəsində 1000 (min) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. - X10 vahid bəyannamə hesabatından görünür ki, X1 Aygün Pöhrüzxan qızı, X11 və X4 hesablanmış əmək haqqı 400 manat təşkil edir. - 2025-ci ilin yanvar, fevral, mart, aprel və may ayları üzrə tabeldən görünür ki, X3, X11 və X5 aylıq 364 manat almalarına dair həmin tabelə imza etmişlər. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası İXM-nin 192.3-cü maddəsinə əsasən işçiyə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum əmək haqqından aşağı məbləğdə əmək haqqı verilməsinə görə - vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən 2025-ci il yanvarın 1-dən minimum aylıq əməkhaqqının məbləği 400 manat müəyyən edilib. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Sübutların tədqiqi və məhkəmənin mövqeyi: Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, X10 07 may 2025-ci il tarixli, MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan verdiyi şikayət təmin edilməli, X10 hərəkətlərində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 192.3-cü maddəsinin məzmunundan görünüdüyü kimi, həmin maddə üzrə məsuliyyətin yaranması üçün faktiki olaraq işə götürən tərəfindən işçiyə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum əmək haqqından aşağı məbləğdə əmək haqqı ödənişi həyata keçirilməlidir. Elekton sistemdə əmək müqaviləsinə dəyişiklik edilməməsi həmin maddə üzrə məsuliyyətin yaranmasına səbəb ola bilməz. Lakin, inzibati tənbeh tətbiq etmiş orqan həmin halı araşdırmadan, sadəcə elektron sistemdə əmək müqaviləsinə dəyişiklik edilməməsinə görə, həmin məlumatlara əsaslanaraq əsasız olaraq işəgötürəni inzibati məsuliyyətə cəlb etmişdir. Həmçinin, inzibati tənbeh tətbiq etmiş orqan tərəfindən məhkəməyə işə götürən X10 işçilərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum əmək haqqı məbləğindən yəni 400 manatdan aşağı məbləğdə əmək haqqı ödənişi həyata keçirməsinə dair heç bir sübut təqdim edilməmişdir. X2 nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş tabellərdən və vahid bəyannamə hesabatından görünür ki, X3, X11 və X4 hesablanmış əmək haqqı 400 manat təşkil edir. Beləliklə, məhkəmə hesab edir ki, şikayətçi X10 şikayəti təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən qəbul edilmiş 07 may 2025-ci il tarixli, MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarı ləğv edilməli və X10 hərəkətlərində inzibati xəta tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X10 şikayəti təmin edilsin. X14 barəsində tərtib edilmiş 07 may 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Orxan Dəmirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar