Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1588/2025 16.05.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X11 Tahir oğlunun sədrliyi, Əlizadə Ümid Maqsud oğlunun katibliyi, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1987-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, "xxxx" MMC-də anbardar işləyən, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair protokol tərtib edilərək baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol və əlavə olunmuş sənədlərdən müəyyən olundu ki, Gəncə Şəhər Məhkəməsinin 2(125)-3857/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs hər ay üç uşağın yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cəmi 600 manat məbləğində aliment və bir uşağın 3 yaşına çatanadək saxlanılması üçün hər ay 50 manat məbləğində aliment tutularaq X2 xeyrinə ödənilməsi qət edilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X6 tərəfindən Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Gəncə Şəhər Məhkəməsinin 2(125)-3857/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs 600 manat sabit pul məbləğində aliment alınaraq tləbkar X3 ödənilməsi qət edilmişdir. Şəxs 4530 manat aliment borcunun ödənilməsi tələb edilmişdir, lakin borclu imkanı olmadığını əsas gətirərək pulu ödəməkdən boyun qaçırmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, cəmi 600 manat məbləğində aliment təyin olunmuşdur. Alimentin tutulması əmək haqqına yönəldilmiş, hər ay 445 manat olmaqla əmək haqqından aliment tutulur. Qalan məbləğ isə borc kimi yığılır. Bundan da əlavə birinci nikahından olan uşağının saxlanılması üçün 120 manat aliment ödəyir. 3 aydır ki, əmək haqqı ödənilməmişdir, gecikmələr olur. 3 ayın pulunu birlikdə ödəyəcəkdir. Maddi imkanı olmaması səbəbindən aliment borcunu ödəyə bilməmişdir. Barəsində inzibati tənbeh tədbiri tətbiq edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X6 göstərdi ki, Gəncə Şəhər Məhkəməsinin 2(125)-3857/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs hər uşağa görə 200 manat olmaqla üç uşağa görə cəmi 600 manat sabit pul məbləğində aliment alınaraq tləbkar X3 ödənilməsi qət edilmişdir. İcra sənədi üzrə tələb borclunun əmək haqqına yönəldilmişdir. Lakin Şəxs icra sənədi üzrə alimenti vaxtında ödəmədiyi üçün 4530 manat aliment borcu yaranmışdır. Bocludan yaranmış borcun ödənilməsi tələb edilmişdir, lakin borclu imkanı olmadığını əsas gətirərək aliment borcunu ödəməkdən boyun qaçırmışdır. İnzibati materiala əlavə edilmiş Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-3857/2024 saylı icra vərəqəsindən görünür ki, Şəxs hər ay hər uşağa görə 200 manat olmaqla üç uşaq üçün cəmi 600 manat məbləğində aliment və uşaqlardan X1 3 yaşına çatanadək hər ay 50 manat məbləğində aliment tutularaq X2 xeyrinə ödənilməsi qət edilmişdir. xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, borclu Şəxs Gəncə Şəhər Məhkəməsinin 2(125)-3857/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən 600 manat alınaraq tələbkara ödənilməlidir. xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-3857/2024 saylı icra sənədi üzrə icraat başlanmışdır. xx.xx.2024-cü il tarixli bildirişin surətindən görünür ki, icra sənədinin icrası məqsədi ilə Şəxs tələbin könüllü icrası barədə məlumatlandırılmışdır. İnzibati materiala əlavə edilmiş xx.xx.2024-cü il tarixli izahatın surətindən görünür ki, borclu Şəxs izahatında, hər ay əmək haqqından 445 manat aliment pulu tutularaq qarşı tərəfin bank hesabın a ödənildiyini, əlavə olaraq qarşı tərəfə alınmış “İphone 15 Pro Max” markalı mobil telefona görə hər ay 226,65 manat kredit pulunu ödədiyini, həmçinin 1-ci nikahdan olan X4 da hər ay 115 manat aliment pulu ödədiyini, yəni qarşı tərəfin iddia etdiyi kimi alimentin ödənilməməsinin yalandan ibarət olduğunu göstərmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsi tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli, Ü.Q e265413/2024 nömrəli məktubun surətindən görünür ki, borclu Şəxs 2400 manat aliment borcu olduğu, borcun ödənilməsinin Şəxs əmək haqqının hər ay 70%-nə yönəldilməsi, borc bitdikdən sonra hər ay 600 manat məbləğində aliment tutulmasının davam etdirilməsi göstərilmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(125)-381/2025 nömrəli qətnaməsindən görünür ki, Şəxs X2 (hazırki tələbkar) razılığı olmadan alqı satqısından əldə etdiyi vəsaitin cəmi məbləği 16000 manat təşkil etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi inzibati xəta İXM-in 528.1-ci maddəsi ilə düzgün olaraq protokollaşdırılmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-in 528.1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, məhkəmə onun törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini, habelə onun barəsində inzibati tənbeh növü kimi inzibati həbs tənbehi tətbiq edilməsini gələcəkdə onun işindən azad olunması ilə nəticələnməklə alimentin ödənilməsinin dahada cətinləşəcəyini və uşaqların mənaaeyinə zidd olmasını nəzərə alaraq hesab edir ki, barəsində inzibati cərimə tənbehi tətbiq etməklə onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə gələcəkdə yeni inzibati xəta törətməsinin qarşısını almaq məqsədilə inzibati tənbehin məqsədinə nail olmaq mümkündür. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,112,114,115,117,128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə tənbehi tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya biləvasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №3(125)-1588/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1588/2025
16.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver