Məhkəmə qərarları › İş №3(125)-159/2022

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-159/2022

28.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-159/2022 28.07.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X7 Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Qərb Ərazi Baş Gömrük İdarəsində 11000-1905/22 nömrəli xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək, material ilə birlikdə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Bakı səhəri Xətai rayonu, Sarayevo, ev 7, mənzil 81-də yerləşən Şəxs MMC-nin (VÖEN:**********) ünvanına 76AA423/76AA424 nömrəli nəqliyyat vsitələrinin üzərində konteynerlərdə Çin Xalq Respublikasından idxal edilən “Yük indeksi 121-dən çox olan Avtobuslar üçün və ya yük daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitələri üçün X3.Kapsen" yükü xx.xx.2022-ci il tarixdə Qərb Ərazi Bas Gömrük İdarəsinin “Biləsuvar” gömrük postundan daxi olaraq təyinatı üzrə Gəncə səhərinə Qərb Ərazi Bas Gömrük İdarəsinə çatdırılmış, lakin yükə dair Gömrük Bəyannaməsi təqdim edilməmiş, rəsmiləşdirilmə başa çatdırılmamışdır. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 149.3-cü maddəsi ilə müəyyən edilmiş qaydada sənədlərin təyinat gömrük orqanına təqdim edildiyi tarixdən mallara dair Gömrük Bəyannaməsi 15 (on beş) gündən gec olmayaraq verilməlidir. Şəxs MMC tərəfindən gömrük sənədləri xx.xx.2022-ci il tarixdə təyinatı üzrə Qərb Ərazi Bas Gömrük İdarəsinə təqdim edilmiş lakin, mallara dair xx.xx.2022-ci il tarixədək X4 gömrük orqanına təqdim edilməməklə, təqdim edilməsi müddətlərinə əməl edilməmişdir. Qeyd olunan faktla bağlı Qərb Ərazi Bas Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsində Azərbaycan Respublikası İXM-nin 493-cü maddəsi ilə xx.xx.2022 il tarixdə 11000-1905/22 saylı inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Gömrük Bəyannaməsinin gömrük orqanına təqdim edilməməsi ilə əlaqədar, Şəxs MMC ünvanına xx.xx.2022-ci il tatixli 1600-013/0xx-xx/002915 saylı məktub göndərilərək Qərb Ərazi Baş Gömrük idarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinə nümayəndəsinin gəlməsi dəvət olunmuşdur. Şəxs MMC ehtibarnamə üzrə nümayəndəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinə xx.xx.2022-ci il tarixdə gəlmiş izahat verərək bildirmişdir ki, Gömrük Bəyannaməsi xx.xx.2022-ci il tarixədəx gömrük orqanına təqdim edilməmiş, rəsmiləşdirilmə basa çatdırılmamışdır. Bunun səbəbi yükə dair gömrük sənədləri tam hazır olmadığı və maliyə çətinlikləri ilə əlaqədar vəsaiit ayrılmadığı üçün bas vermişdir.. Beləliklə, iş üzrə araşdırma aparılaraq müəyyən olundu ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 149.3-cü maddəsinin tələblərinə əməl edilməmiş yəni, mallara dair Gömrük bəyannaməsi 15 (on bes) gün müddətinə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək gömrük orqanına təqdim edilməmişdir. Məhkəmə iclasında Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 493-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi iş üzrə toplanmış sübutlarla öz təsdiqini tapmışdır. Odur ki, hüquqi şəxsin barəsində qanuna müvafiq tədbir görülməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq hüquqi şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan **********9778 saylı, xx.xx.2022-ci il tarixli qısa idxal bəyannaməsindən görünür ki, Şəxs MMC-nin ünvanına Çin Xalq Respublikasından “Yük indeksi 121-dən çox olan Avtobuslar üçün və ya yük daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitələri üçün X5, Kapsen” yükü gömrük orqanına gətirilmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 149.3-cü maddəsinə əsasən Gömrük ərazisinə gətirilən mallara dair gömrük bəyannaməsi həmin mallar gömrük ərazisinə gətirilən yerdəki gömrük orqanına, daxili tranzit xüsusi gömrük proseduru həyata keçirildikdə isə təyinat gömrük orqanına təqdim edildiyi tarixdən 15 (on beş) gündən gec olmayaraq verilməlidir. Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsinin inzibati araşdırma zamanı verdiyi izahatında hüquqi şəxsin ünvanına gələn yükə dair gömrük bəyannaməsinin təqdim edilmədiyini, bununla da hüquqi şəxs tərəfindən inzibati xətanın törədilməsini etiraf etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsinə əsasən Gömrük bəyannaməsinin və onunla birgə təqdim edilməli olan sənədlərin Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə - fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs MMC tərəfindən onun ünvanına gələn yükə dair gömrük bəyyanaməsi yük gömrük ərazisinə gətirildikdən sonra 15 gün ərzində gömrük orqanına təqdim olunmamışdır. Bununla da, Şəxs MMC hüquqi şəxs olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 300 (üç yüz) manat cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar