Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-161/2022 08.08.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 527-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Gəncə şəhər prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 527-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhər prokuroru vəzifəsini icra edən, ədliyyə müşaviri X2 xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı aidiyyəti üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Həmin qərarda “Gəncə şəhər Birləşmiş Xəstəxanası” X7 direktoru Şəxs Gəncə şəhər prokurorluğunun xx.xx.2022-ci il tarixli, 94-C-22 nömrəli təqdimatında göstərilmiş qanun pozuntularını aradan qaldırmaq üçün tədbirlər görməməsi səbəbindən onun barəsində İXM-nin 527-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş “Gəncə şəhər Birləşmiş Xəstəxanası” X7 direktoru Şəxs ünvanlanmış xx.xx.2022-ci il tarixli təqdimatdan görünür ki, Gəncə şəhər prokuroru Azad Qarayev təqdimatı “Gəncə şəhər Birləşmiş Xəstəxanası” X5 müzakirə edib Z.Məmmədov adına xəstəxananın təcili yardım şöbəsinin təcili və təxirəsalınmaz yardım həkimi X1 barəsində intizam xarakterli təsir tədbiri görülməsi məsələsinə baxılmasını və nəticəsi barəsində bir ay müddətinə Gəncə şəhər prokurorluğuna məlumat verilməsi xahiş edilmişdir. İş materiallarına əlavə edilmiş “Gəncə şəhər Birləşmiş Xəstəxanası” X7 direktoru Şəxs təqdimata cavab olaraq Gəncə şəhər prokuroru Azad Qarayevə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187.2-ci maddəsinə əsasən intizam tənbehinin tətbiqi üçün nəzərdə tutulmuş müddət keçdiyindən A.İ.İbrahimli barəsində intizam tənbehinin tətbiqi məqsədə mübafiq hesab edilməmiş, on bu barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs təqdimatda göstərilmiş qanun pozuntularını aradan qaldırmaq üçün tədbirlər görmədiyindən Gəncə şəhər prokuroru vəzifəsini icra edən X4 tərəfindən əsaslı olaraq xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilsə də, inzibati məsuliyyətə cəlbetmə müddəti keçdiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Çünki İXM-nin 527-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta, yəni Şəxs xx.xx.2022-ci il tarixli təqdimatda göstərilmiş qanun pozuntularını aradan qaldırmaq üçün 01 ay ərzində tədbirlər görülməməsi xx.xx.2022-ci il tarixdə baş vermiş, inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar xx.xx.2022-ci il tarixdə, yəni inzibati xətanın baş verdiyi gündən 3 ay keçdikdən sonra qəbul edilmiş və xx.xx.2022-ci il tarixdə baxılması üçün məhkəməyə daxil olmuşdur. Halbuki qanunvericiliyə əsasən inzibati xəta baş verdiyi gündən 3 ay keçəndən sonra inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. - 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Göstərilən normalardan göründüyü kimi hazırkı iş üzrə inzibati xəta xx.xx.2022-ci il tarixdə baş verdiyi üçün inzibati məsuliyyətə cəlb etmə müddəti xx.xx.2022-ci il tarixdən 03 ay hesablanmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. - 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyi üçün Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 527-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 40, 43, 53, 114 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Gəncə şəhər prokuroru vəzifəsini icra edən, ədliyyə müşaviri X2 xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 527-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №3(125)-161/2022
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-161/2022
08.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver