Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1610/2025 16.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, Gəncə Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinin böyük təhqiqatçısı, gömrük xidmət mayoru X3, Şəxs Məhdud Məsuliyyəli Cəmiyyətinin vəkili X1 iştirakları ilə, Şəxs Məhdud Məsuliyyəli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Gəncə Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinin böyük təhqiqatçısı, gömrük xidmət mayoru X5 tərəfindən tərtib edilmiş, hüquqi şəxs Şəxs Məhdud Məsuliyyəli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Protokolda qeyd edilir ki, ünvan 1 ünvanında qeydiyyatda olan "xxxx" MMC tərəfindən 25.07 2024-cü il tarixdə **********5936 saylı gömrük bəyannaməsi üzrə Gürcüstan Respublikasına göndərilmiş “gips daşı" yükünün müqabilində ödənilməli olan 3588 ABŞ dolları vəsaiti Azərbaycan Respublikasında müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməmiş və bununla da qeyd olunan hüquqi şəxs tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur. Bununla bağlı "xxxx" MMC-nin bəyannamə üzrə göstərilmiş hüquqi ünvanına xx.xx.2025-ci il tarixli, 3-33-1600/2-000238/2025 qeydiyyat nömrəli məktubla 1600-012/024 saylı bildiriş göndərilməsinə baxmayaraq, bu günə qədər yuxarıda adı qeyd olunan firma ixrac etdiyi yükə görə ödənilməli olan məbləğin müvəkkil bankda olan hesablarına köçürülüb-köçürülməməsi barədə Gəncə Gömrük İdarəsinə heç bir sənəd təqdim etməmişdir. Qeyd olunan faktla bağlı Gəncə Gömrük idarəsinin Əməliyyat və Təhqiqat şöbəsində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə xx.xx.2025-ci il tarixdə 00900-00121/25 saylı inzibatı xəta haqqında iş üzrə inzibati araşdırma başlanmışdır. İş üzrə protokolu tərtib etmiş Gəncə Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinin böyük təhqiqatçısı, gömrük xidmət mayoru X5 protokolun məzmununa uyğun ifadə verərək protokolun təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsi X2 məhkəmədə ifadəsində qeyd etmişdir ki, bəyannamədə göstərilən yükləri aparan vaqonlardan ikisi relsdən çıxaraq aşdığından həmin yüklər digər vaqonlara yüklənmiş və aparılmışdır. Bununla bağlı akt tərtib edilmişdir və sonradan həmin malların pulları ödənilmişdir. Məhkəmə iclasında o, ixrac olunan yükə görə ödənilməli olan məbləğin müvəkkil bankda olan hesablarına köçürülməsi ilə bağlı hər hansı sənəd təqdim edə bilməmişdir. Məhkəmə protokolu və əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək inzibati tənbeh edilməlidir. İş materiallarında olan: - xx.xx.2024.-cü il tarixli, **********5936 nömrəli Gömrük bəyannaməsindən görünür ki, Azərbaycan Respublikası Goranboy rayonu yuxarı Ağcakənd yatağından olan gips daşının 1 tonu 27,60 ABŞ dolları olmaqla, ümumilikdə 130 tonu 3588 ABŞ dolları dəyərində olan yük rəsmiləşdirilərək Gürcüstan Respublikasına ixrac edilmişdir. - 1600-012/024 saylı xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına dair bildirişdən görünür ki, **********5936, **********2752 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ixrac edilən malların müqabilində 32292 ABŞ dolları ekvivalentində olan vəsaitin bankda olan hesaba köçürülməsi təmin edilməmişdir. - xx.xx.2025-ci il tarixli “inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında” qərardaddan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Qeyd: Bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hüquqi şəxs Şəxs MMC tərəfindən ixrac edilən bəyannamə üzrə yükün müqabilində ödənilməli olan 3588 ABŞ dolları bəyan edildiyi gündən 180 gün ərzində ixracatçının bank hesabına geri köçürülməmişdir. Bununla da hüquqi şəxs Şəxs MMC tərəfindən İXM-in 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam şəkildə sübuta yetirilmişdir. Odur ki, məhkəmə törədilmiş inzibati xətanın xarakterini və digər diqqətəlayiq halları nəzərə alaraq, hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin, yəni 3588 ABŞ dolları məbləğinin 30 (otuz) faizi, yəni 1076,4 ABŞ dolları miqdarında inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 18.5, 31-34, və 114, 115-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Məhdud Məsuliyyəli Cəmiyyəti (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin (3588 ABŞ dolları) 30 (otuz) faizi miqdarında, yəni 1076,4 ABŞ dolları məbləğində cərimə edilsin. Cərimə növündə tətbiq edilmiş inzibati cərimə, yəni 1076,4 ABŞ dolları ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla Şəxs Məhdud Məsuliyyəli Cəmiyyətindən tutularaq dövlət büdcəsinə ödənilsin. Qərardan rəsmi qaydada təqdim edildikdən sonra 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №3(125)-1610/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1610/2025
16.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver