Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-163/2022 15.08.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Əhmədova Leyla Nizami qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə şəhəri Baş Polis İdarəsinin 1-ci Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 525-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhəri 1-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X6 tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə Elşən və Ceyhun adlı şəxslərlə qumar oynamışdır. Beləliklə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, o, bir müddətdir ki, taksi fəaliyyəti göstərir. Taksi dayanacağında digər taksi fəaliyyəti göstərən tanışları ilə müştəri gözləyən zaman kart vasitəsilə qumar oynamışdır. Polis əməkdaşları gələrək onların qumar oynadıqlarını görmüş, inzibati xətanın törədilməsini qanunamüvafiq qaydada rəsmiləşdirərək inzibati xəta haqqında protokol tərtib etmişlər. Törətdiyi əməldən peşmandır, İİ qrup müharibə əlilidir. Barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş inzibati xəta haqqında xx.xx.2022-ci il tarixli MN ******* nömrəli protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 13:00 radələrində Gəncə şəhəri 77 saylı Peşə Liseyinin yataqxanasının qarşısında X5, Şəxs və X1 qumar oynadıqları müəyyən edilərək, 1-ci Polis Şöbəsinə aparılmışlar. Həmin vaxt inzibati xətanın pretmeti olan 10 manat 80 qəpik (9 manat kağız pul və 1 manat 80 qəpik dəmir pul şəklində) pul vəsaiti və 36 ədəd kart protokol tərtib edilərək götürülmüşdür. İş materiallarında olan Ə №009526 nömrəli vəsiqədən görünür ki, Şəxs İİ qrup müharibə əlilidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(125)162/2022 nömrəli qərarından görünür ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə təqsirli bilinərək, inzibati xətanın predmeti olan 10 manat 80 qəpik pul vəsaiti və 36 ədəd kart müsadirə edilməklə, 3000 manat cərimə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə - oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə üç min manat məbləğində cərimə nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafedici izahatı ilə yanaşı, inzibati xəta haqqında protokol, habelə inzibati materialda olan digər sənədlərlə tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını və İİ qrup müharibə əlili olmasını, inzibati xətanın bir qrup şəxs tərəfindən törədilməsini isə məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası çərçivəsində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, inzibati xətanın predmeti olan 10 manat 80 qəpik pul vəsaitinin və 36 ədəd kartın Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(125)162/2022 nömrəli qərarına əsasən müsadirə edilməsi nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə təqsirli bilinərək, ona 3000 (üç min) manat cərimə tənbehi tətbiq edilsin. İnzibati xətanın predmeti olan 10 manat 80 qəpik pul vəsaitinin və 36 ədəd kartın Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(125)162/2022 nömrəli qərarına əsasən müsadirə edilməsi nəzərə alınsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №3(125)-163/2022
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-163/2022
15.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver