Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1636/2024 07.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, Protokolu tərtib etmiş Gəncə şəhər X17 Şöbəsinin YPX-nin inspektoru, polis serjantı X8 X1 iştirakları ilə X6 Gəncə şəhər DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : X10 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Gəncə şəhər X17 Şöbəsinin YPX-nin inspektoru, polis serjantı X13 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü ildə, təxminən saat 16:00 radələrində VAZ 2121 markalı **-EU-*** dövlət qeydiyyat nömrə nişanlı Niva markalı avtomobili dostu X3 şəhəri N.Nərimanov prospektində etibarnamə əsasında idarə edərkən, Pərvin adlı (**-YP-*** nömrə nişanlı avtomobil) DYP inspektoru avtomobili saxladaraq avtomobilin axtarışda olmasını əsas gətirərək araşdırma aparılması üçün avtomobili cərimə meydançasına aparmışlar. Bundan sonra uzun araşdırma aparıb avtomobili idarə edən şəxs X7 ola-ola xx.xx.2024-cü ildə onun adına SMS radar portalına və telefonuna sms gələrək onun xx.xx.2024-cü ildə saat 14:52-də İXM-nin 329 və 342.5-ci maddəsi ilə barəsində inzibati xəta haqqında qərarın olması barədə məlumatlandırılmışdır. Ona sms gələn tarixdə yəni xx.xx.2024-cü il saat təxminən 17:10 radələrində Gəncə DYP 208-ci otaqda izahat yazan zaman ona cərimə olması barədə məlumat gəlmişdir. Bu barədə onlara həmin tarixdə yəni protokol yazılan saatda avtomobili o idarə etmədiyini bildirmişdir ancaq buna məhəl verilməmişdir. Hal-hazırda avtomobil Gəncə şəhəri DYP-nin cərimə meydançasında saxlanılır. Dəfələrlə şifahi müraciət etməsinə baxmayaraq ona yuxanda qeyd olunan protokol və qərardan başqa heç bir sənəd təqdim olunmamışdır. Həmçinin DYP-nin rəis müavini Ramin Bağırovun qəbulunda olaraq ona da bildirmişdir ki, avtomobili idarə edən şəxs o olmamışdır. Bundan başqa inspektordan avtomobilindəki onların deməsinə görə konsturktiv dəyişikliyin nədən olması və onu necə müəyyən etmələri barədə sənəd istəsə də ona heç bir məlumat verilmir. Sadəcə olaraq şifahi bildirirlər ki, guya avtomobilimin arxa yaylarının oturacaq hissəsinin rezini yoxdur. Odur ki, bu cür əsaslandırmanı qəbul etmir və hesab edir ki, avtomobil qanunsuz və əsassız olaraq cərimə meydançasında saxlanılır. Qeyd olunanların nəzərə alınaraq xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X10 şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Gəncə şəhər X17 Şöbəsinin YPX-nin inspektoru, polis serjantı X13 izahatında bildirmişdir ki, avtombil onun tərəfindən saxlanılmasa da qərar onun tərəfindən qəbul edilmişdir. Maşını idarə edən şəxs barədə məlumatı olmadığına görə qərarı X10 barəsində qəbul etmişdir. Məhkəmə iclasında dindirilmiş X7 bildirmişdir ki, xx.xx.2024-cü ildə, təxminən saat 16:00 radələrində VAZ 2121 markalı **-EU-*** dövlət qeydiyyat nömrə nişanlı Niva markalı avtomobili o idarə etmişdir. Pərvin adlı polis əməkdaşı tərəfindən saxlanılmışdır. Lakin inzibati xəta törədilməsi haqqında qərar onun barəsində deyil, dostu X10 barəsində qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 Xətalar Məcəlləsinin 329.1-ci və 342.5-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinərək 50 manat məbləğdə cərimə edilmişdir. İş materiallarında olan İXP ******* nömrəli xx.xx.2024-cü il tarixli prokoldan görünür ki, X2 Xətalar Məcəlləsinin 329.1-ci və 342.5-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinərək barəsində protokol tərtib edilmişdir. İş materiallarında olan etibarnamələrdən görünür ki, X5 və X4 etibarnamə əsasında VAZ 2121 markalı **-EU-*** dövlət qeydiyyat nömrə nişanlı Niva markalı avtombili idarə etmək hüquqları olmuşdur. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir.76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. 122.7-ci maddəsinə əsasən barəsində bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsinin digər şəxsin sahibliyində və ya istifadəsində olması, yaxud digər şəxslərin qanunsuz əməlləri nəticəsində onun sahibliyindən çıxması ilə bağlı və ya digər səbəbdən qərarla razılaşmadığı hallarda həmin qərardan bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Şikayət verən şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini kimin idarə etdiyinə dair ehtimalını şikayətdə göstərə bilər. Şikayətdə göstərilən məlumatlar təsdiq olunarsa, inzibati tənbeh vermə haqqında qərar ləğv edilir və inzibati xətanı törətmiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görülür. 329.1-ci maddəsinə əsasən Təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə -qırx manat məbləğində cərimə edilir. 342.5-ci maddəsinə əsasən Xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə -əlli manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X2 tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərarla İnzibati Xətalar Məcəlləsinin 329.1-ci və 342.5-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinərək 50 manat məbləğdə cərimə edilmişdir. X10 məhkəmə iclasında nəqliyyat vasitəsini onun tərəfindən idarə edilmədiyini bildirmişdir. Eyni zamanda nəqliyyat vasitəsini idarə edən X7 da bu halı təsdiq etmişdir. Məhkəmə iclasında Gəncə şəhər X17 Şöbəsinin YPX-nin inspektoru, polis serjantı X13 izahatında bildirmişdir ki, avtomobil onun tərəfindən saxlanılmasa da qərar onun tərəfindən qəbul edilmişdir. Maşını idarə edən şəxs barədə məlumatı olmadığına görə qərarı X10 barəsində qəbul etmişdir. İş materiallarında olan protokolda inzibati xəta törədən şəxsin iştirakı təmin olunmamış, həmin şəxsin izahatı və ya izahatdan imtina etməsi barədə qeydlər aparılmamış, protokol natamam tərtib edilmişdir. İnzibati xəta hadisəsi elektron qaydada qeydə alınmadığından və protkolda inzibati xəta hadisəsi törtədən şəxsin iştirakı təmin edilmədiyindən şikayət təmin edilməlidir. İş materiallarına hadisənin görüntüsünü özündə əks etdirən şəkil və ya video görüntü əlavə olunmamışdır. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, eyni zamanda protokolu tərtib etmiş şəxs və şahid ifadəsi ilə də avtomobilin X10 tərəfindən idarə edilməsi öz təsdiqini tapmadığından X10 barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərarda hər hansı sübuta istinad edilmədiyindən şikayət əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, X10 barəsində xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli nömrəli qərar heç bir sübuta istinad edilmədən qəbul edilmiş, həmçinin X6 həmin zaman nəqliyyat vasitəsini idarə etməsi öz təsdiqini tapmamışdır. İnzibati orqana məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilərək sübutları təqdim etməsi təklif edilmiş, inzibati orqan tərəfindən avtomobilin X10 tərəfindən idarə edilməsi ilə bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, şikayətçinin şikayət ərizəsində göstərdiyi dəlillər əsaslı olduğundan şikayət təmin edilməli və xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməklə inzibati işin icraatına xitam verlməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması qərarın ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, X6 şikayəti təmin edilməli, Gəncə şəhər X17 Şöbəsinin polis serjantı X13 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X6 şikayəti təmin edilsin. X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci və 342.5-ci maddələri ilə inzibati xəta törətməsinə dair Gəncə şəhər X17 Şöbəsinin polis serjantı X13 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elxan Əlizadə
Məhkəmə qərarları › İş №3(125)-1636/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1636/2024
07.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver