Məhkəmə qərarları › İş №3(125)-1637/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1637/2024

14.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1637/2024 14.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim оğlunun sədrliyi, X5 iclas katibliyi, Şəxs MMC-in etibarnamə üzrə nümayəndəsi X1, Gəncə Gömrük İdarəsinin nümayəndəsi X4 iştirakı ilə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə materiala, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli EP № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Azərbaycan Respublikası, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC ünvanına Türküyyə Respublikasından 31AKV420/31AKV421 nömrə nişanlı nəqliyyat vasitəsilə Baləkən Gömrük İdarəsinin “Mazımqara” gömrük postundan keçməklə gələn “pambıq toxumu“ yükü xx.xx.2024-cü il tarixli **********3871 nömrəli gömrük bəyannaməsi tərtib edilərək təyinatı üzrə Gəncə Gömrük İdarəsində (Gəncə şəhəri) bəyan edilmişdir. Sənədlərin araşdırılması zamanı Gəncə Gömrük İdarəsində (Gəncə şəhərində) aşkar olunmuşdur ki, Şəxs MMC ünvanına 31AKV420/31AKV421 nömrə nişanlı nəqliyyat vasitəsində daxil olan yükə dair Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə əsasən mallar ölkə ərazisinə daxil olmamışdan öncə elektron qaydada qısa idxal bəyannaməsi təqdim olunmalı olduğu halda yuxarıda qeyd olunan MMC tərəfindən bu təmin olunmamışdır. Belə ki, 31AKV420/31AKV421 nömrə nişanlı nəqliyyat vasitəsinin xx.xx.2024-cü il tarixdə saat 12:34-də ölkə ərazisinə girişi qeydə alınmış, qısa idxal bəyannaməsi isə xx.xx.2024-cü il tarixdə saat 17:19-da yazılmışdır. Beləliklə nəqliyyat vasitəsinin ölkə ərazisinə girişi qeydə alındıqdan sonra təxminən 5 saat sonra **********1879 sorğu nömrəli qısa idxal bəyannaməsi yazılmışdır. Bununlada gömrük qanunvericiliyinin tələbləri pozulmuşdur. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin direktoru X2 bildirdi ki, daimi ixrac fəaliyyəti ilə məşğul olurlar, ilk dəfə olaraq ölkə ərazisinə mal idxal etdikləri üçün qısa idxal bəyannaməsini verməli olduqlarını bilməyiblər. Qısa idxal bəyannaməsi yazmalı olduqlarını öyrəndikdən sonra sürücüyə zəng vuraraq sərhədi keçməməsini qısa idxal bəyannaməsini yazdıqdan sonra ona məlumat verildikdən sonra sərhədi keçməsini bildirmişlər və buna görə də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Gəncə Gömrük İdarəsinin nümayəndəsi X6 bildirdi ki, Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə əsasən mallar ölkə ərazisinə daxil olmamışdan öncə elektron qaydada qısa idxal bəyannaməsi təqdim olunmalı olduğu halda yuxarıda qeyd olunan MMC tərəfindən bu təmin olunmamışdır. Belə ki, 31AKV420/31AKV421 nömrə nişanlı nəqliyyat vasitəsinin xx.xx.2024-cü il tarixdə saat 12:34-də ölkə ərazisinə girişi qeydə alınmış, qısa idxal bəyannaməsi isə xx.xx.2024-cü il tarixdə saat 17:19-da yazılmışdır. Beləliklə nəqliyyat vasitəsinin ölkə ərazisinə girişi qeydə alındıqdan sonra təxminən 5 saat sonra **********1879 sorğu nömrəli qısa idxal bəyannaməsi yazılmışdır. Bununlada gömrük qanunvericiliyinin tələbləri pozulmuşdur. Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli 01 nömrəli “cərimə tətbiq olunacaq mallara dair Öhdəlik”dən görünür ki, Şəxs MMC-nin nümayəndəsi sənədi imzalamaqdan imtina edir. xx.xx.2024-cü il tarixli Gömrük Bəyannaməsindən görünür ki, Şəxs MMC-nin adına Türküyyə Respublikasından 31AKV420/31AKV421 nömrə nişanlı nəqliyyat vasitəsilə Baləkən Gömrük İdarəsinin “Mazımqara” gömrük postundan keçməklə gələn “pambıq toxumu“ yükü daxil olmuşdur. İş materiallarında olan 08 aprel 2024-cü il tarixli “inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında” Qərardaddan görünür ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi üzrə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq inzibati araşdırma aparılmışdır. 23 aprel 2024-cü il tarixli “barəsində icraat aparılan şəxsin sorğu-sual edilməsi haqqında” Protokoldan görünür ki, Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi daimi ixrac fəaliyyəti ilə məşğul olduqlarını, ilk dəfə olaraq ölkə ərazisinə mal idxal etdikləri üçün qısa idxal bəyannaməsini verməli olduqlarını bilmədiklərini qeyd etmişdir. Qısa idxal bəyannaməsi yazmalı olduqlarını öyrəndikdən sonra sürücüyə zəng vuraraq sərhədi keçməməsini qısa idxal bəyannaməsini yazdıqdan sonra ona məlumat verildikdən sonra sərhədi keçməsini bildirmişlər. 02 aprel 2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, Şəxs MMC tərəfindən 35.40 (otuz beş manat qırx qəpik) olmaqla “Azterminalkompleks Birliyi” ünvanına ödəniş edilmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1 və 18.5-ci maddələrinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan -Şəxs MMC-nin ünvanına nəqliyyat vasitəsilə göndərilmiş yükə dair Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsinin verilmədiyi müəyyən edilmişdir. Barəsində icraat aparılan hüquqi şəxsin nümayəndəsinin dövlət rüsumunun ödənilməsi haqqında qəbzi təqdim edərək inzibati xətanın ilkdəfə olaraq ölkə ərazisinə mal idxal etdikləri üçün qısa idxal bəyannaməsini verməli olduqlarını bilməmələri səbəbdən baş verməsini bildirməsinə baxmayaraq, məhkəmə hesab edir ki, hüquqi şəxs tərəfindən inzibati xətanın qarşısının alınması istiqamətində bütün zəruri tədbirlər görülməmişdir. Bununla da, Şəxs MMC hüquqi şəxs olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinin sanksiyasının həddi daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq qəraraaldı: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar