Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-164/2022 28.07.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X7 Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Qərarından şikayət verilən şəxs X2 iştirakı ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İX Tağım Baş Yol Patrul Xidmətinin inspektoru X4 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İX Tağım Baş Yol Patrul Xidmətinin inspektoru X4 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 50 (əlli) manat məbləğində cərimə edilmişdir. Həmin qərardan narazı qalan X3 barəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. X3 şikayətini onunla əsaslandırmışdır ki, 20 iyun 2022-ci il tarixdə saat 18:28-də onun idarə etdiyi VAZ 21074 markalı ** MT *** dövlət nömrə nişanlı avtomobillə Bakı-Qazax yolunda hərəkətdə olarkən heç bir əsas olmadan İX Tağım Baş yol patrul xidməti inspektoru polis leytenantı X4 tərəfindən saxlanılaraq cərimə edilmişdir. Qərara nəzər yetirərkən məlum olur ki, guya o, Bakı-Qazax yolunun 380-ci km-də avtomobillə Bakı- Qazax yolunda hərəkətdə olarkən telefondan istifadə edərək İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsinin tələbini pozduğuna görə 50 manat məbləğində cərimə olunmuşdur. Ümumiyyətlə belə bir hadisə olmamışdır. İnspektor onu saxladarkən onu saxlama səbəbini soruşmuşdur o, isə cavab olaraq bildirmişdir ki, avtomobili idarə etdiyi zaman guya telefonla danışmışdır. O, Anar Yahyayevə cavab olaraq bildirmişdir ki, avtomobili idarə edən zaman telefonla danışmamış, həçinin telefondan istifadə etməmişəm. O, isə israrla danışdığını bildirərək barəsində Azərbaycan Respublikasının İnzibati Xəta Məcəlləsinin 342.6-cı maddəsinə əsasən 20 iyun 2022-ci il tarixdə, saat 18:28-də İnzibati xəta haqqında TP ******* saylı protokolu tərtib etdi. O, Anar Yahyayevdən video və şəkil görüntüsü israrla tələb etməyinə baxmayaraq, o, heç bir sübut təqdim edə bilməmişdir. Qanunun tələbinə görə protokolda qeyd edildiyi kimi qayda pozuntusu olduğu təqdirdə həmin qayda pozuntusunu sübut edən fotoşəkil və ya video görüntü də protokola əlavə edilməlidir. Lakin qayda pozuntusunun olması heç nə ilə sübuta yetirilmir. Məhkəmə iclasında qərarından şikayət verilən şəxs X5 şikayətin dəlilləri ilə razılaşmayaraq, izahatında bildirdi ki, onun tərəfindən tərtib olunmuş qərar qanuni və əsaslıdır. Belə ki, o, xidmətdə olduğu xx.xx.2022-ci il tarixdə Bakı-Qazax yolunda hərəkətdə olan “VAZ 21074” markalı **-MT-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsünün əlində telefonla danışdığını görmüş və həmin avtomobilə saxla əmri vermişdir. Bundan sonra sürücünün əməlində İXM-in 342.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olduğundan onun barəsində həmin maddə ilə inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. İnzibati xatanın baş vermə anını əks etdirən video görüntülər də mövcuddur. Odur ki, onun tərəfindən qəbul olunmuş inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilməməsini və şikayətin təmin olunmamasını xahiş etdi. İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X1 qeydiyyatda olduğu ünvana məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilmiş, lakin X3 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, inzibati xəta haqqında işə şikayət vermiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında qərarından şikayət verilən şəxs X5 tərəfindən təqdim edilmiş DVD diskin içərində olan video görüntüdən görünür ki, yol-patrul xidmətinin inspektoru Bakı-Qazax yolunda hərəkətdə olan “VAZ 21074” minik markalı **-MT-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsünə saxla əmri verdikdən sonra, sürücü X3 inspektora yaxınlaşmışdır. Bu zaman inspektor sürücüyə avtomobili idarə edərkən, əlində mobil telefon olduğunu bildirmiş, sürücü isə mobil telefonla danışmadığını, mobil telefonu əlində tutub səs göndərdiyini və ona göndərilmiş səsə qulaq asdığını bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 75.0.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 342.6-cı maddəsinə əsasən nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etməsinə görə - əlli manat məbləğində cərimə edilir. Məhkəmə baxışında qanuniliyi müvafiq qaydada mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərar ilə verilmiş şikayətin məzmununun qarşılıqlı müqayisəsi nəticəsində müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə X1 avtomobil idarə edən zaman əlində telefon saxlamaqla ondan istifadə etməsi halı səlahiyyətli orqanın nümayəndəsi olan yol-patrul xidməti inspektoru tərəfindən aşkar olunmuş, onun barəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli TP ******* saylı qərarla X1 barəsində qeyd edilən maddə ilə 50 manat məbləğində cərimə tətbiq olunmuşdur. Lakin, X3 inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətdə telefonla danışmadığını bildirərək, barəsində tərtib olunmuş qərarın ləğv olunmasını xahiş etmişdir. Məhkəmə şikayət verən şəxsin həmin dəlilinə münasibət olaraq bildirir ki, şəxsin avtomobil idarə edərkən təkcə telefonla danışması deyil, əlində olan telefondan hər hansı formada istifadə etməsi İXM-in 342.6-cı maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin yaranması üçün kifayətdir. Vüqar Hüseynovun isə avtomobil idarə edərkən əlində telefon saxlamaqla ondan istifadə etməsi (səs göndərməsi, göndərilmiş səsə qulaq asması) elə özünün videogörüntüdə olan izahatı ilə sübuta yetirilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, inzibati tənbeh vermə haqqında qərar əsasında X1 törədilmiş inzibati xətada təqsirli bilinərək tənbeh edilməsinin qanuniliyi mübahisə doğurmur. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, X1 şikayəti təmin edilməməli, onun barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İX Tağım Baş Yol Patrul Xidmətinin inspektoru tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115 və 134.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraalır: Şikayət təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İX Tağım Baş Yol Patrul Xidmətinin inspektoru tərəfindən X3 barəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №3(125)-164/2022
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-164/2022
28.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver