Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1648/2024 02.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Gəncə şəhəri BPİ-nin 1-ci PŞ-nin sahə rəisi, polis leytenantı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1977-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157, 206, 510, 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Gəncə şəhəri BPİ-nin 1-ci PŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqdim edilmiş inzibati haqqında metarialdan görünür ki, Şəxs xx.xx.2024-cü ildə ünvan 2 ünvanda X3 vurub ona dərəcəsi təyin olunmayan xəsarət yetirmişdir. Gəncə şəhər X1 halı yoxlanılan zaman onun narkotik maddə olan marixuana qəbul etməsi məlum olub. Bundan əlavə xx.xx.2024-cü ildə Gəncə şəhər 1-ci X5 binasında ictimai qaydanı pozub, nalayiq ifadələr işlətmişdir və ondan sakitləşməsini tələb edən polisin qanuni tələbinə tabe olmamışdır. Ona görə də Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510, 206, 535.1, 157-ci maddələrinin tərkibi olduğundan, onun barəsində inzibati tənbeh tətbiqi məsələsinə baxılması üçün materiallar Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Gəncə şəhəri BPİnin 1-ci PŞ-nin sahə rəisi, polis leytenantı X4 inzibati xəta haqqında materialların dəlillərinə uyğun izahat verərək barəsində icraat aparılan şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Şəxs izahatında bildirdi ki, 26 ildir evlidirlər, yoldaşı onkoloji xəstədir. Son zamanlar həyat yoldaşının ona xəyanət etməsindən şübhələnmişdir. Ona görə də mobil telefonun səsyazanını işə salaraq otaqda gizlətmişdir. Evə qayıdanda səs yazısına qulaq asmış və həyat yoldaşının ona xəyanət etməsini aydınlaşdırmışdır. Bundan əsəbiləşərək onu döyərək müxtəlif dərəcəli bədən xəsarətləri yetirmişdir. Narkotik vasitəsi istifadəçisi olmasına münasibətdə isə bildirir ki, narkotik vasitə olan marixuanadan təsadüfən istifadə etmişdir. Belə ki, qonşusunun siqaret çəkdiyini görmüş ondan ona da verməsini istəmişdir. Çəkəndə onun marixuana olduğunu hiss etmiş, dərhal dayandırmışdır. O, saxlanılan zaman və şöbədə polis əməkdaşlarının qanuni tələbinə tabesizlik göstərməmiş, xuliqanlıq hərəkətləri etməmişdir. Məhkəmədən barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan: 12 mart 2024-cü il tarixli “cinayət işi başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı və 157-ci maddələrinin tərkibi olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün toplanmış material üzrə qəbul edilmiş qərarın surəti Gəncə şəhəri BPİ-nin 1-ci PŞ-nin aidiyyatı əməkdaşına göndərilmişdir. Şəxs barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN № ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-in 157, 510, 535.1 və 206-cı maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. 10 mart 2024-cü il tarixli 691/2024 nömrəli “sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Şəxs sidiyində marixuana (THC) aşkar edilmişdir. Gəncə şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş 09 mart 2024-cü il tarixli 398 saylı rəydən görünür ki, Şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə kannaboidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. 3-cü qrup əlil olduğu üçün məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. 02 may 2024-cü il tarixli “inzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs 02 may 2024-cü il tarixdə saat 03:30-da inzibati qaydada tutulmuşdur. Beləliklə, Şəxs İXM-nin 206 və 157-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi tərəflərin izahatı və işdə olan digər sübutlarla tam sübuta yetirildi. İnzibati protokolda göstərilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Şəxs əməlində həmin maddənin tərkibinin olması nə iş materialları, nə də tərəflərin izahatları ilə öz əksini tapmır. Həm Şəxs həm də digər proses iştirakçılarının izahatlarından görünür ki, Vədarın polisin qanuni tələbinə tabe olmuş, xuliqanlıq əməli törətməmiş, polisin qanuni tələbinə könüllü tabe olaraq polis idarəsinə getmişdir. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi, qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Qeyd: Satış məqsədi olmadan hazırladığı, əldə etdiyi, saxladığı, daşıdığı və ya göndərdiyi şəxsi istehlak miqdarında narkotik vasitələri, psixotrop maddələri könüllü surətdə təhvil verən şəxs bu maddədə nəzərdə tutulan hərəkətlərə görə inzibati məsuliyyətdən azad edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin İXM-nin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən edilməmişdir. Şəxs məsuliyyətini Azərbaycan Respublikası İXM-nin 33.2-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən edilmədi. Yuxarıda sadalanan qanunvericiliyin maddələrinə əsaslanaraq, məhkəmə Şəxs Azərbaycan Respublikası İXM-nin 206 və 157-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, eyni anda bir neçə inzibati xətanı törətməsini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədəuyğun hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 48-51, 61, 73, 77, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı və 157-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyası çərçivəsində 15 (on beş) gün müddətində inzibati tənbeh növündə həbs edilsin. Həbsdə sаxlаmа müddətinin əvvəli 02 may 2024-cü il tаrixdən hesablansın. Qərаrın icrаsı Gəncə şəhər Bаş Pоlis İdаrəsinə həvаlə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Orxan Cəfərli
Məhkəmə qərarları › İş №3(125)-1648/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1648/2024
02.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver