Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1650/2024 03.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Səfixanova Arzu Sabir qızının katibliyi, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və tələbkar X1 etibarnamə üzrə nümayəndəsi X3 iştirakları ilə, xx.xx.1985-ci ildə Göygöl rayonunda anadan olmuş Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Gəncə şəhəri, Avtozavod qəsəbəsi yeni yaşayış massivində ünvansız evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X9 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair protokol tərtib edilərək baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol və əlavə olunmuş sənədlərdən müəyyən olundu ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(088)-45/2017 saylı icra sənədinə əsasən iş üzrə mülki iddia olan 87100 manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumu Şəxs və X2 müştərək qaydada alınaraq zərərçəkmiş şəxs-mülki iddiaçı X4 ödənilməsi qət edilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X9 tərəfindən Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, o, icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək borcu ödəməkdən yayınmışdır. Məhkəmə iclasında Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X9 izahatında göstərdi ki, Gəncə Ağır Cinayətlər Məhkəməsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, 1(088)-45/2017 nömrəli icra sənədinə əsasən borclu X2 və Şəxs cəmi 87100 manat tutularaq X4 ödənilməlidir. İcra sənədi üzrə müvafiq olaraq xx.xx.2024-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul olunmuşdur. Aparılmış icra tədbirləri nəticəsində borclu Şəxs tələbin könüllü icrası üçün 10 gün vaxt verilmişdir. Lakin o, borcun ödənilməsindən qərəzli olaraq boyun qaçırmışdır. 2017-ci ildən bəri heç bir ödəniş edilməmişdir. Belə ki, borclu Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir, icra sənədi üzrə zəruri icra tədbirləri görülmüş, adına heç bir əmlakı yaxud gəliri aşkar edilməmişdir. Bununla da borclu borcunu qanunla müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmaqla təqsirlidir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, etdiyi əmələ görə özünü təqsirli bilir. Həbsxanadan aprelin 29u çıxmışdır. Tutulan zaman dövlət maşınını müsadirə etmişdir. Əməlindən peşmandır, ancaq borcunu ödəməyə pulu yoxdur. Aylara bölünməklə hissə-hissə ödəməyə razıdır. Məhkəmə iclasında tələbkar X1 etibarnamə üzrə nümayəndəsi X7 izahatında göstərdi ki, borclular borcu ödəmirlər. Borclular onun evindən oğurluq etmişdirlər. Vicahid qonşusu olmuşdur. X8 oğurladığı pula Bakıda ev tikdirib, kirayəyə vermişdir. Quşqaradakı evin şəklini polislərə də göstərmişdir. Vicahidin yoldaşı isə ondan oğurladığı pula maşın almışdır. Özü dializ xəstəsidir. Müəyyən məbləği belə ödəmələrinə razı olsa da, borclular heç bir ödəniş etməmişdir. İnzibati materiala əlavə edilmiş Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(088)-45/2017 saylı icra vərəqəsindən görünür ki, iş üzrə mülki iddia olan 87100 manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumu X2 və Şəxs müştərək qaydada alınaraq zərərçəkmiş şəxs-mülki iddiaçı X4 ödənilməsi qət edilmişdir. xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, borclu Şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(088)-45/2017 saylı icra sənədini icra etməmişdir. xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(088)-45/2017 saylı icra sənədi üzrə icraat başlanmışdır. xx.xx.2024-cü il tarixli bildirişin surətindən görünür ki, icra sənədinin icrası məqsədi ilə Şəxs tələbin könüllü icrası barədə məlumatlandırılmışdır. İnzibati materiala əlavə edilmiş izahatın surətindən görünür ki, borclu Şəxs İcra İdarəsinə dəvət olunmuş izahatı alınaraq, borcunu ödəməyəcəyi təqdirdə məsuliyyətə cəlb olunacağı ilə bağlı xəbərdar edilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi inzibati xəta İXM-in 528.1-ci maddəsi ilə düzgün olaraq protokollaşdırılmışdır. Şəxs əməlində İXM-in 32 və 33-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Törədilmiş inzibati xətanın xarakteri və digər xüsusiyyətlərini nəzərə alıb məhkəmə Şəxs inzibati qaydada tənbeh edərkən onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək üçün barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,112,114,115,117,128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsin əvvəli xx.xx.2024-cü il tarixdən, saat 16:45-dən hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə edilsin Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya biləvasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №3(125)-1650/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1650/2024
03.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver