Məhkəmə qərarları › İş №3(125)-1651/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1651/2025

20.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1651/2025 20.06.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, səlahiyyətli orqanın nümayəndəsi X1, şikayət vermiş şəxs X4 iştirakları ilə, Gəncə şəhər X11 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X7 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 500 (beş yüz) manat inzibati cərimə olunması barədə xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Gəncə şəhər DYPŞ-nin xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərarı ilə İXM-nin 342.3-cü maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat miqdarında cərimə edilmişdir. Həmin qərarla razı deyil və belə ki, qərar qəbul edilərkən qanunvericiliyin tələblərinə əməl edilməmiş, birtərəfli araşdırılma aparılmış, nəticədə qanunsuz və əsassız qərarlar qəbul edilmişdir. İşin mahiyyəti ondan ibarətdir ki, barəsində qəbul edilmiş qərar qanunsuz olmuşdur. Belə ki, Azərbaycan Respublikası İXM-nin 342.3cü maddəsinə əsasən mühərrikin səs gücünün artırılması məqsədi ilə nəqliyyat vasitəsinin işlənmiş qazları xaric etmə sisteminə normativ tələblər pozulmaqla avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə şəxs beş yüz manat məbləğində cərimə edilir. Lakin həmin məsələ sadəcə gözə yarı baxmaqla müəyyən edilmir. Belə ki, o, avtomobildə hər hansı mühərrikin səs gücünün artırılması məqsədi ilə nəqliyyat vasitəsinin işlənmiş qazları xaric etmə sisteminə normativ tələbləri pozmamışdır. Avtomobili köhnə olduğuna görə işlənmiş qazları xaric etmə sistemi qapıdan çıxanda darvazanın ortasında darvazanı saxlayan dəmirə dəyərək əzilmişdir. Bununa nəticəsinə deşik əmələ gəlmişdir. Bildirir ki, yol polisi əməkdaşları həmin gün maşına baxış keçirəndə özləri də həmin yoxlamanı heç bir texniki vasitə ilə yoxlamamış və normativlərin tələbini pozmuşlar. Həmçinin barəsində olan inzibati xəta haqqında qərarın sürəti ona poçt vasitəsi ilə təqdim edilməmiş, orqandan qərarın surətini özü gedib almışdır. Məhkəmə iclasında X2 çıxışında X4 inzibati xəta törətməsini təsdiq edən video görüntüləri təqdim edərək protokolun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X7 əvvəlki məhkəmə prosesində şikayət ərizəsinin məzmununa uyğun çıxış etsə də sonrakı prosesdə yəni protokolu tərtib etmiş şəxs sübutları məhkəməyə təqdim etdikdən sonra iclasda videoya baxış keçirdikdən sonra mühərrikdə deşik olduğunu, qiymət baxımından baha olduğundan onu təmir etdirmədiyini və avtomobildən belə səsin gəlməsi xoşuna gəldiyini üçün bu cürə idarə etməsini etiraf etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, Gəncə şəhər X11 Şöbəsinin polis mayoru X3 xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanmalıdır. İş materiallarında olan: - xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X7 29 aprel 2025-ci il tarixdə saat 16:45-də “BMW 328Xl” minik markalı **-SE- *** dövlət qeydiyyat nişanlı avtomobillə Azərbaycan Respublikası İXM-nin 329.1, 332.1 və 342.3-cü maddələri ilə inzibati xətaları törətdiyinə görə barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. “Yol hərəkəti haqqında” qanunun: Birinci bəndinə görə Azərbaycan Respublikasının ərazisində yol hərəkətində iştirak edən nəqliyyat vasitələrinin texniki vəziyyəti və avadanlığı yol hərəkətinin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi baxımından bu Qanuna 1 saylı Əlavə ilə müəyyən olunmuş tələblərə uyğun olmalıdır. İkinci bəndinə görə nəqliyyat vasitələrinin sahibləri və ya nəqliyyat vasitələrinin texniki vəziyyətinə cavabdeh olan şəxslər: 1) nəqliyyat vasitələrinin istismarı zamanı onların texniki vəziyyətinə dair müəyyən edilmiş tələblərə riayət etməlidirlər. Beşinci bəndinə görə istismarda olan nəqliyyat vasitəsinə həmin modelin normativtexniki sənədlərində nəzərdə tutulmayan hissələr quraşdırmaq yolu ilə onun konstruksiyasının parametrlərinin dəyişdirilməsi beynəlxalq normativlərə və standartlara uyğun gəlməlidir. Nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, habelə tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsi qadağandır. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, istismarda olan nəqliyyat vasitəsinə həmin modelin normativ-texniki sənədlərində nəzərdə tutulmayan hissələr quraşdırmaq qanunla qadağan edildiyi halda X7 idarə etdiyi də “BMW 328Xl” minik markalı **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobilə səsboğucunun arxa hissəsinə (arxa qazana) müdaxilə olunmuş, arxa qazanın girişindən əlavə boru (kanal), arxa bamperdən kustar üsulla ikinci cüt boru quraşdırmış, sol zavod istehsalı olan başlığı dəyişdirərək cütlü çıxış başlıq quraşdırmışdır. Həmin avtomobilin arxa səsboğucu hissəsi istehsalçı zavod tələblərinə uyğun olmamışdır. Belə olan halda aydın olur ki, mühərrikin səs gücünün artırılması məqsədilə nəqliyyat vasitəsinin işlənmiş qazları xaric etmə sisteminə normativ tələblər pozulmaqla avadanlığın quraşdırılması halına yol verildiyini müəyyən etmiş polis əməkdaşı X5 Azərbaycan Respublikası İXM-nin 342.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilərək 500 (beş yüz) manat miqdarında cərimə edilməsinə dair qərar qəbul etməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası İXM-in: 3-cü maddəsinə görə Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 342.3-cü maddəsinə görə mühərrikin səs gücünün artırılması məqsədi ilə nəqliyyat vasitəsinin işlənmiş qazları xaric etmə sisteminə normativ tələblər pozulmaqla avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə beş yüz manat məbləğində cərimə edilir. Məhkəmə şikayət verən şəxs X6 istinad edilən inzibati xətaya inzibati-xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq İXM-nin 342.3-cü maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə görə barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 134.1-ci və 134.1.1-ci maddələrinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında. Təsvir edilənlərə yekun olaraq məhkəmə hesab edir ki, X4 Gəncə şəhər DYPŞ-in polis mayoru X3 xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət əsassız olduğundan təmin edilməməli, həmin qərar dəyişdirilmədən saxlanmalıdır. Göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şikayət təmin edilməsin. X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.3-cü maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair Gəncə şəhər X11 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar