Məhkəmə qərarları › İş №3(125)-1654/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1654/2024

03.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1654/2024 03.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X5 Tahir oğlunun sədrliyi, Səfixanova Arzu Sabir qızının katibliyi, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsində xx.xx.2024-cü il tarixdə, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-540/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə tələb Şəxs tərəfindən icra edilməmişdir. Məhkəmə iclasında Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 izahatında göstərdi ki, Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-540/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 2342 manat məbləğində pul alınaraq tələbkar X1 ödənilməlidir. Borclu borcun ödənilməsindən qərəzli olaraq yayınmışdır. Son dəfə 11 dekabr tarixində 1000 manat ödəmiş, borcun yarıdan çoxu qalmışdır. Tələbkar borcun hissə-hissə ödənilməsini yox, birdəfəlik ödənilməsini tələb etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, özünü təqsirli bilir. Davamlı olaraq 100 manat olmaqla borcunu ödəmişdir. Sonuncu dəfə dekabr ayında ödəniş etməklə, cəmi 1000 manat borcundan ödəmişdir. Hərbidən tərxis olmuş, əməliyyat olunmuşdur. Dərmanlardan pul çatdıra bilməmiş, olan pulunu müalicəsinə xərcləmişdir. Tələbkardan borcu iki dəfəyə götürmüşdür. 1340 manat borcu qalmışdır ki, onu da 2 ay vaxt verilsə ödəyəcəkdir. 10 günə qalan borcundan 200 manat ödəməyə maddi imkanı çatır. Barəsində iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İnzibati materiala əlavə olunmuş Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(040)-540/2022 nömrəli icra vərəqəsindən görünür ki, Şəxs 2342 manat məbləğində pul alınaraq iddiaçı X1 verilməsi qət edilmişdir. xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(040)-540/2022 nömrəli icra sənədi üzrə icraat başlanılmışdır. xx.xx.2022-ci il tarixli tələbin könüllü icrası barədə bildirişin surətindən görünür ki, borclu Şəxs tələbin könüllü icrası barədə məlumatlandırılmış, həmin bildirişə imza etməklə xx.xx.2022-ci il tarixdə surətini qəbul etmişdir. xx.xx.2022-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, borcu könüllü ödəməyəcəyi təqdirdə borclu Şəxs məsuliyyətə cəlb olunacağı ilə bağlı xəbərdarlıq edilmiş, borclu Şəxs həmin xəbərdarlığa imza etməklə xx.xx.2022-ci il tarixdə surətini qəbul etmişdir. xx.xx.2022-ci il tarixli izahatın surətindən görünür ki, borclu Şəxs İcra İdarəsinə dəvət olunmuş izahatı alınaraq, borcunu ödəməyəcəyi təqdirdə məsuliyyətə cəlb olunacağı ilə bağlı xəbərdar edilmişdir. xx.xx.2024-cü il tarixli borclunun axtarışı haqqında qərarın surətindən görünür ki, borclu Şəxs barəsində axtarış elan edilməsi və qərarın icra edilməsi üçün Kəlbəcər rayon Polis Şöbəsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarından, təqdim olunmuş inzibati materialdan və icra işində olan sənədlərdən məlum oldu ki, borclu tərəfindən icra sənədinin icra olunmaması onun qərəzli hərəkətləri nəticəsində olmamışdır. Belə ki, İXM-in 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Göründüyü kimi borclu icra sənədini üzrə borcundan 1000 manat ödəməklə yerdə qalan borcunu ödəyəcəyinə bildirməklə icra sənədini icra etməkdən qərəzli olaraq yayınmamışdır. Məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53-cü maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 105.1-ci maddəsinə görə, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər-hansi biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30- 34, 53,105,106-115-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar