Məhkəmə qərarları › İş №3(125)-1663/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1663/2024

22.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1663/2024 22.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərov Firəngiz Elçin qızının katibliyi ilə, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Tabeliyində “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” X4 Gəncə Regional İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Tabeliyində “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” X4 Gəncə Regional İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Gəncə Şəhər Məhkəməsinə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Tabeliyində “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” X4 Gəncə Regional İdarəsindən Şəxs barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş 24 aprel 2024-cü il tarixli aktdan görünür ki, **-CF-*** dövlət qeydiyyat nömrəli “Paz” markalı mikroavtobusun sürücüsü idarəetdiyi avtobusla qeyri-qanuni sərnişindaşıma fəaliyyəti ilə məşğul olmuş və Gəncə şəhəri, Zülfi Hacıyev küçəsində aparılan yoxlama zamanı qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədləri - “Fərqlənmə nişanı”nı təqdim etməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-in 552-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” X4 Gəncə Regional İdarəsinin nümayəndəsi X2 protokolun məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq Şəxs məhkəmə iclas zalına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışında tədqiq edilmiş Elektron çıxarışdan görünür ki, **-CF-*** dövlət qeydiyyat nömrəli “Paz” markalı mikroavtobusun sahibi Şəxsdur. Elektron çıxarışdan görünür ki, Şəxs **-CF-*** dövlət qeydiyyat nömrəli “Paz” markalı mikroavtobus 29 aprel 2024-cü il tarixindən 29 may 2024-cü il tarixə kimi fərqlənmə nişanı almışdır. Fotoşəkildən görünür ki, **-CF-*** dövlət qeydiyyat nömrəli “Paz” markalı mikroavtobus darə edən şəxsin kimliyini müəyyən emtək mümkün deyil. Gəncə şəhər Məhkəməsinin 3(125)-1492/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 552-ci maddəsi ilə təqsirli bilinərək 50 manat miqdarında cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsinə əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının əməkdaşının xidməti vəzifəsinin yerinə yetirilməsinə mane olmağa, o cümlədən qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədlərin təqdim edilməməsinə görə əlli manat məbləğində cərimə edilir. Məhkəmə araşdırması zamanı Şəxs fərqlənmə nişanı olmadan avtombili idarə etdiyinə görə Gəncə Şəhər Məhkəməsinin 07 may 2024-cü il tarixli qərarı ilə 50 manat cərimə edildiyi müəyyən edilmişdir. Həmin müddətdən əvvəl yəni 24 aprel 2024-cü il tarixdə tərtib edilmiş protokola görə şəxsin yenidən cərimə olunmasını məhkəmə əsasız hesab edir. Eyni zamanda Elektron çıxarışdan görünür ki, Şəxs **-CF-*** dövlət qeydiyyat nömrəli “Paz” markalı mikroavtobus 29 aprel 2024-cü il tarixindən 29 may 2024-cü il tarixə kimi fərqlənmə nişanı almışdır. **-CF-*** dövlət qeydiyyat nömrəli “Paz” markalı mikroavtobusun ehtimal olunan inzibati xəta törədilən vaxt məhz Şəxs tərəfindən idarə edilməsi öz təsdiqini tapmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 552-ci maddəsinin tərkibi yoxdur. Beləliklə məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsinin tərkibi olmadığından, başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xəxatalar Məcəlləsinin 53-cü maddəsini rəhbər tutub, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar