Məhkəmə qərarları › İş №3(125)-1683/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1683/2024

30.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1683/2024 30.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında DGK Gəncə Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin rəisi, gömrük xidməti polkovnik-leytenantı X3 tərəfindən tərtib edilmiş protokol aidiyyəti üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. xx.xx.2024-cü il tarixli, 00900-00231/24 (EP N 0076385) saylı inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, Azərbaycan Respublikası, Bakı şəhəri, Nizami rayonu, Əlişir Nəvai ünvanında qeydiyyatda olan Şəxs (Vöen: **********) MMC-nin ünvanına Türkiyə Respublikasından Balakən Gömrük İdarəsinin “Mazımqara” gömrük keçməklə gələn “AtlasCopco Roc D7-11 tırtıllı qaya dəlici” yükü xx.xx.2022- **********9855 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti idxal prosedurunda rəsmiləşdirmişdir. xx.xx.2024-cü il tarixdə qeyd olunan bəyannamə rəsmiləşdirilmiş yükün ölkə ərazisində müvəqqəti qalma müddətinin bitməsinə baxmayaraq müdətin uzadılması və digər gömrük proseduru altında yerləşdirilməsi ilə bağlı Şəxs MMC tərəfindən heç bir müraciət daxil olmamış və bununlada qanunvericiliyinin tələbləri pozulmuş, nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş üzrə inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş, lakin onun nümayəndəsinin iştirakı təmin olunmamışdır. Məhkəmə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 izahat verərək bildirdi ki, Şəxs Maqro Qrupa daxil olan şirkətlərdən biri kimi Gürcüstan və Azərbaycan Respublikası ərazilərində bir sıra dövlət layihələri və beynəlxalq layihələri həyata keçirmişdir və hal-hazırda da keçirməkdə davam edir. Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialı (bundan sonra "Filial”) olaraq "xxxx" QSC ilə bağlanmış müqavilələr üzrə Azərbaycan Respublikası, Daşkəsən rayonunda Çovdar yatağının sulfid mərhələsi ilə bağlı Mühəndislik, Təchizat və Tikinti İşləri ilə əlaqədar layihədə Baş Podratçı qismində iştirak edir, eyni zamanda Daşkəsən rayonunda həyata keçirilən digər ikinci layihələri olan “Daşkəsən rayonu, X6 Sahəsində 4-cü topa qələviləşdirmə sahəsinin tikinti-quraşdırma işləri” layihəsində də Baş Podratçı qismində çıxış edərək və qeyd edilən layihələri uğurla həyata keçirilməkdədir. Eləcə də, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Gəncə şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması” layihəsində, Azərbaycan Avtomobil Yollan Dövlət Agentliyinin “Gəncə-Qazax- Gürcüstan sərhədi yolunun dörd zolağa genişləndirilməsi (M2), LOT 3: Qırlı-Gürcüstan sərhədi hissəsi, km 82+200 - km 130+150” layihəsində “Filial” Baş Podratçı qismində çıxış edir. O cümlədən, Ağstafa-Qazax rayonu ərazisində “Qazax Yol” layihəsini də həyata keçirməkdə davam edir. Bundan əlavə, “Filial” Azərbaycan Memarlıq Dövlət Turizm Agentliyinin sifarişi ilə Quba rayonunda yerləşən “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğunda qəzalı evlərin təmiri və bərpası (44 ev) işləri layihəsini də həyata keçirir. İXM m.31.3-ə istinadən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM m. 32.2.-ə əsasən, İnzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 və 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bundan başqa **********9855 sorğu nömrəli gömrük bəyannaməsi əsasında rəsmləşdirilmiş ********** Netto 16.000 kq X7 D7 Qaya Dəlici 2006 gömrük müddətinin uzadılması ilə bağlı MMC tərəfindən adiyyəti üzrə müaciət edilmiş, dövlət rüsumu olan 3317.76 manat vəsait ödənilmiş və Gəncə Gömrük İdarəsi tərəfindən texnikanın ölkə ərazisində qalma müddəti uzadılmışdır. Bununlada inzibati xəta tərkibi yaradan hal MMC tərəfindən aradan qaldırılmışdır. Odur ki, yuxanda qeyd edilənləri rəhbər tutaraq, məhkəmədən iş izrə icraata xitam verilməsini və Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialının İnzibati məsuliyyətdən azad edilməsi barədə qərar qəbul etməsini xahiş etmişdir. İş materiallarında olan: - xx.xx.2022-ci il tarixli **********9855 nömrəli Gömrük bəyannaməsindən görünür ki, “AtlasCopco Roc D7-11 tırtıllı qaya dəlici” yükü rəsmiləşdirilərək Türkiyə Cumhuriyyətinə idxal edilmişdir. - Gömrük prosedurunun uzadılmasına dair müraciətdən görünür ki, Şəxs MMC-nin Azərbaycan Respublikası tərəfindən **********9855 sorğu nömrəli gömrük bəyannaməsi əsasında rəsmiləşdirilmiş ********** Netto 16000 kq X7 D7 Qaya Delici 2006 xx.xx.2021 G- İM003/21 No müqavilə üzrə icazə müddəti bitmədiyi üçün yaranmış 2696,30 manat dövri ödənişlərinin ödəmələrində müddətin dolmasını nəzərə alınmaqla müddəti idxal bəyannaməsinin 7 ay müddətinin xx.xx.2023-cü ildən xx.xx.2024-cü ilədək uzadılmasını xahiş etmiş, qanunvericiliklə müəyyən edilmiş tələbləri yerinə yetirməyi və gömrük orqanları tərəfindən müəyyən edilmiş müddət bitənədək qeyd olunan malları geri aparmağı öhdəsinə götürmüşdür. - Köçürmənin aparılması haqqında xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Şəxs MMC tərəfindən Qərb Ərazi BGİ (Gömrük dax.) 3317.76 manat ödəniş edilmişdir. Məhkəmə hüquqi şəxsin nümayəndəsini dinləyib, tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq, hesab edir ki, hüquqi şəxs Şəxs MMC-nin hərəkətlərində Azərbaycan Respublikasının İXM-nin 499.1.3-cü maddəsinin dispozisiyası ilə nəzərdə tutulmuş tərkib müəyyən edilmədiyindən, onun barəsində başlanılmış inzibati xəta törətməsi haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, iş materiallarından müəyyən olunur ki, xx.xx.2022-ci il tarixli **********9855 sorğu nömrəli gömrük bəyannaməsi əsasında rəsmləşdirilmiş ********** Netto 16.000 kq X7 D7 Qaya Dəlici 2006 gömrük müddətinin uzadılması ilə bağlı MMC tərəfindən adiyyəti üzrə müaciət edilmiş, dövlət rüsumu olan 3317.76 manat vəsait ödənilmiş və Gəncə Gömrük İdarəsi tərəfindən texnikanın ölkə ərazisində qalma müddəti uzadılmışdır. Belə olan halda, barəsində icraat aparılan hüquqi şəxsin hərəkətində qərəz müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53.0.2 və 114.1.4-cü maddəllərini rəhbər tutaraq,məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 499.1.3-cü maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə, yaxud bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar