Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(125)-1687/2024 29.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, İbrahimov İsmət Mübariz oğlunun katibliyi, qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətin verilməsi müddətinin bərpa edilməsinə dair X1 vəsatətinə baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. Şikayət verilməsi üçün qanunla müəyyənləşdirilmiş müddət keçdikdən sonra X3 qeyd edilən qərardan şikayət verilmə müddətinin bərpa edilməsinə dair vəsatət verərək göstərmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 05 fevral 2024-cü il tarixli MN ******* saylı qərarı ilə onu guya Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 500 (beş yüz) manat məbləğində tənbeh növü tətbiq etmişdir. Həmin qərardan gec xəbərdar olmuşdur. Belə ki, qərar poçt vasitəsi ilə qeydiyyatda olduğu ünvan 1 ünvanına göndərilsə də geri poçta qayıtmışdır. O, bu ilin mart ayının əvvəllərində xəbərdar olmuş və gedib 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən məhkəməyə iddia ərizəsi formasında müraciət etmişdir. Gəncə Şəhər Məhkəməsinin 3(125)-1065/2024 saylı, 13 mart 2024-cü il tarixli qərardadı ilə inzibati iş geri qaytarılmışdır. Həmin qəradadı xx.xx.2024-cü il tarixdə məhkəmənin dəftərxanasından imza etməklə qəbul etmişdir. Qeyd edilənlərə əsasən qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edib müddətin bərpa edilməsinə dair müvafiq qərar çıxarıb, 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 05 fevral 2024-cü il tarixli MN ******* saylı qərarına aidiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında vəsatət vermiş şəxs X3 vəsatətin məzmununa uyğun çıxış edərək, buraxılmış müddətin üzrlü hesab edilməsini və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərardan vermiş olduğu şikayətə mahiyyəti üzrə baxılmasını xahiş etdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 138.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Şikayətə əlavə edilmiş inzibati tənbeh vermə haqqında qərardan görünür ki, həmin qərar xx.xx.2024-cü il tarixdə qəbul edilmiş və həmin qərarda barəsində inzibati tənbeh tətbiq edilən şəxsin 10 gün müddətində şikayət vermə hüququnun olması göstərilmişdir. Lakin, X1 həmin qərardan verdiyi şikayət və müddətin bərpasına dair vəsatət xx.xx.2024-ci il tarixdə məhkəmənin icraatına verilmişdir. Azərbaycan Respublikası 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Qeyd olunan Məcəllənin 132.1.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcudluğu araşdırılır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərardan şikayətin verilməsinə dair buraxılmış müddətin bərpasına dair X1 vəsatətinə baxılmasından imtina edilməli və X2 inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə qərar qəbul etmiş səlahiyyətli orqana (vəzifəli şəxsə) vəsatətlə müraciət etmək hüququnun olması izah edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130 və 132-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraalır: X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500 (beş yüz) manat məbləğində cərimə edilməsi barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərardan şikayətin verilməsi müddətinin bərpa edilməsinə dair X1 vəsatətinə baxılmasından imtina edilsin. X2 inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə vəsatətlə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Asif Əliyev
Məhkəmə qərarları › İş №3(125)-1687/2024
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №3(125)-1687/2024
29.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver