Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-17/2024 08.01.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi ilə, Müqavilə üzrə xidmət göstərən şəxs X7, Zərərçəkmiş şəxs1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “X15” MMC-nin direktoru X4 iştirakı ilə, “X15” MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə Şəhər Prokurorluğundan daxil olmuş inzibati xətalar haqqında iş materiallarına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhər Prokurorluğu “X15” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsi barədə 11 dekabr 2023-cü il tarixli “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar” qəbul edərək baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, Zərərçəkmiş şəxs1 Gəncə Şəhər Prokurorluğuna müraciət edərək "X15" MMC-də xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək əmək müqaviləsi olmadan tikintidə fəhlə olaraq günü 20 manata briqadir Orxan və iş icraçısı Camal tərəfindən 4 gün işlədilərək 80 manat əmək haqqını ala bilməmiş və “X15” MMC barəsində tədbir görülməsini xahiş etmişdir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında xx.xx.2023-cü il tarixli qərar nəzarət qaydasında öyrənilmiş və toplanmış material üzrə Azərbaycan Respublikası İXM-in 192.1-ci Əmək qanunvericiliyinin pozulması maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması üçün səbəb və əsasların mövcud olması müəyyən edilmişdir. Belə ki, material üzrə araşdırma zamanı izahatı alınmış Zərərçəkmiş şəxs1 bildirmişdir ki, fərdi qaydada fəhləliklə məşğul olaraq ailəsini dolandırır. O, 30 may 2023-cü il tarxdən 30 avqust 2023-cü il tarixə kimi Gəncə Olimpiya kompleksinin tikintisində fəhlə kimi çalışmış, bildiyi qədəri ilə "xxxx" MMC-nin müdiri Hafiz tərəfindən əmək müqaviləsi ilə işə götürülmüşdür. Müqavilədə iş vaxtı saat 09:00-dan 16:00-a kimi göstərilsə də, 08:00dan 18:00-a kimi qanunsuz olaraq artıq iş saatları ilə işlədilmişdir. 2023-cü ilin avqust ayında həmin kompleksdə fəhlə kimi çalışan Cavid kompleksin havalandırmanın ahusu adlanan makinanı əli ilə qaldırarkən belindən yırtıq xəsarəti almış, iyun ayında tikinti işləri aparılan vaxt qaynaqçı Rahibin ayaqları dəmirin altında qaldığından sağ ayağı dizdən aşağı hissədən sınmış və onun xəsarət alması MMC tərəfindən gizlədilmiş, may ayında adını xatırlamadığı bir işcinin iş vaxtı taxtadan çıxan mismar gözünə bataraq xəsarət almış və həmin işcinin də xəsarəti barədə MMC tərəfindən gizlədilmişdir. Avqust ayında Yevlax rayonundan olan Fariz kompleksin idman sarayında iş görərkən 4-5 metr hündürlükdən yıxılaraq xəsarət alsada MMC tərəfindən gizlədilmişdir. 25 iyun 2023-cü il tarixdə fəhlə işlədiyi Olimpiya idman kompleksinin tikinti işlərini aparan "Rövşən Oğuz” MMC-nin rəhbərliyi həmin kompleksin yaxınlığında yerləşən bir tərəfi Gəncə Maşınqayırma zavodu, bir tərəfi isə Silah zavodu olan zavoddan hesab etdiyinə görə qanunsuz olaraq gizli şəkildə 12 ədəd dəmir uqolnik almışdır. Həmin uqolniklərin daşınmasını telefonla videogörüntüyə çəkmiş və onu disk şəkilində izahatına əlavə etmək üçün təqdim edəcəyini bildirmişdir. O, "xxxx" MMC-də işləyərkən orada layihə rəhbəri olan hazırda adını xatırlamadığı türk vətəndaşı Gəncə şəhərində Mərkəzi Univermağın binasının üstünə əlavə mərtəbə artırılması ilə bağlı tikinti işləri aparıldığından fəhləyə ehtiyac olduğunu demişdir. Həmin tikintidə briqadir işləyən türk vətəndaşı Orxanla görüşmüş və əmək müqaviləsi bağlanmadan günü 20 manat olmaqla 11 sentyabr 2023-cü il tarixdən 15 sentyabr 2023cü il tarixə kimi fəhlə işləmiş və 15 sentyabr 2023-cü il tarixdə Mərkəzi Univermağın üstündə aparılan tikinti işləri çökdüyündən briqadir Orxan 4 günün pulunu, yəni 80 manat verməmişdir. Bununla yanaşı əmək müqaviləsi olmadan fəhlə işləyən Araz və Afiq adlı şəxslərin də əmək haqqı verilməmişdir. Həmçinin MMC-də fəhlə işləyən şəxslərin çoxu narkotik vasitələrdən istifadə edir, həmin şəxslərdən fəhlə Məhərrəm, ayaqaltıda fəhlə işləyən Famil, fəhlə Taleh, fəhlə Arzu kimi tanınan Amin, fəhlə Vahid və qaynaqçı Qulunu narkotikdən istifadə edən şəxs kimi tanıyır. Yuxarıda göstərilənləri nəzərə alaraq, “X15” MMC-nin Azərbaycan Respublikasının İXM-in 192.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması Məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, o, "xxxx" MMC-nin rəhbərlik etdiyi X3 tikintisində fəhlə kimi işləmişdir. Daha sonra bildirmişdir ki, ümumiyyətlə “X15” MMC-direktoru X5 əvvəllər tanımamışdır. İlk dəfə məhkəmə iclasında X5 görmüşdür. Gəncə şəhər prokurorluğunda verdiyi izahatda isə o, “X15” MMC-də işlədiyini deməmişdir. Daha sonra ifadəsində qeyd etmişdir ki, “X15” MMC-yə qarşı heç bir tələbi və şikayət yoxdur. Məhkəmə iclasında X10 izahat verərək bildirdi ki, onun “X15” MMC -nin işçisi olmadığını, sadəcə olaraq adı çəkilən MMC-də ********** nömrəli VÖEN üzərindən müqavilə üzrə xidmət göstərdiyini qeyd etmişdir. Daha sonra Zərərçəkmiş şəxs2 işçisi olduğunu bildirərək müqaviləsiz işlətdiyinə görə əmək müfəttişliyi tərəfindən 3000 (üç min) manat cərimə edildiyini hazırda isə cəriməni hissə-hissə ödədiyini bildirmişdir. Həmçinin, o, Zərərçəkmiş şəxs2 kompleksin idman sarayında iş görərkən 4-5 metr hündürlükdən yıxılaraq xəsarət alması barədə deyilənlərin yalan olduğunu bildirmişdir. Daha sonra A.Ramiz Gəncə şəhər prokurorluğunda izahat verərkən ona tərçüməçi təqdim edilmədiyindən azərbaycan dilini düzgün başa düşmədiyi üçün problemlər yaşadığını qeyd etmişdir və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında “X15” MMC-nin direktoru X9 izahat verərək bildirmişdir ki, ki, fiziki şəxs Ramis Aktaşla aralarında 02 avqust 2021-ci ildə xidmət göstərilməsinə dair müqavilə bağlanmışdır. Həmin müqavilə əsasında üç ildir ki, müxtəlif layihələrin icrasında R.Aktaşla işlər həyata keçirilir. ( Elektron qaimələri məhkəməyə təqdim edir) Sonda bildirmişdir ki, barəsində inzibati iş üzrə icraata başlanması haqqında qərar qanunsuzdur, çünki R.Aktaş onun işçisi deyil, sadəcə müqavilə üzrə podratçı kimi müəyyən işlər görür. Odur ki, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: - 11 dekabr 2023-ci il tarixli “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərardan görünür ki, “X15” MMC barəsində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. - Gəncə Şəhər Prokurorluğunun 11 dekabr 2023-cü il tarixli 687-C-23 nömrəli məktubundan görünür ki, Prokurorluq tərəfindən hüquqi şəxs “X15” MMC barəsində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılması barədə məlumat verilmişdir. - 05 dekabr 2023-cü il tarixli, MN ******* nömrəli “inzibati tənbeh vermə haqqında“ qərardan görünür ki, X1 Fariz Mehman oğlunu əmək müqaviləsi hüquqi qüvvəyə minmədən Gəncə şəhəri idman sarayında işlərin yerinə yetirilməsinə cəlb etmiş və İXM-in 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanı törətdiyinə görə barəsində 3000 (üç min) manat cərimə edilmişdir. - xidmət göstərilməsinə dair müqavilənin surətindən görünür ki, hüquqi şəxs “X15” MMC-nin direktoru X9 ilə fiziki şəxs Ramis Aktaş arasında xx.xx.2021-ci il tarixdə müqavilə bağlanmışdır. Məhkəmə “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərarı və əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iş üzrə inzibati xəta tərkibin əlamətlərinin mövcudluğu tam sübuta yetirilmədiyindən başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə inzibati xəta üzrə məhəkəməyədək araşdırmanın nəticələrindən asılı deyil və hər bir halı məhkəmə iclasında əlavə olaraq araşdırır. Belə ki, iş üzrə Zərərçəkmiş şəxs1 məhkəmə iclasında verdiyi ifadəsindən aydın olur ki, o əvvəllər “X15” MMC-də işləməmişdir. Ona görə də 11 dekabr 2023-cü il tarixində hüquqi şəxs “X15” MMC-nin barəsində tərtib olunmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar üzrə zərərçəkmiş şəxs kimi tanınması mümkün deyil. Bu baxımdan, məhkəmə Zərərçəkmiş şəxs1 məhkəmə iclasındakı ifadəsini iş materiallarındakı sənədlərlə müqayisəli təhlil edərək bu nəticəyə gəlir ki, inzibati xəta əməlinin törədilməsi inzibati xəta üzrə iş materialları ilə öz təsdiqini tapmır. Bundan başqa Aktas Ramislə “X15” MMC ilə arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən onlar arasında mülki hüquq münasibətləri yaranmışdır. Yəni 2021-ci il tarixdən 2023-cü il tarixədək onlar arasında xidmət müqaviləsinə əsasən müəyyən işlər görülmüşdür. Bunun qarşılığında isə məhkəməyə “X15” MMC –nin direktoru Elmir Əliyev tərəfindən təqdim olunmuş elektron qaimələrdən görünür ki, hüquqi şəxs tərəfindən R.Aktasa ödənişlər edilmişdir. Həmçinin qeyd olunmalıdır ki, R.Aktas Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində vergi ödəyicisi kimi qeydiyyatdadır ( VÖEN **********) və əmək müqavilə üzrə hüquqi şəxs “X15” MMC–nin rəhbərliyi altında əmək müqaviləsi üzrə çalışmır. Bundan başqa iş materiallarına əlavə olunmuş elektron prokurorluq informasiya sistemindən çıxarışa əsasən “X15” MMC-də X6 işləməsi bəlli olur. İş üzrə Gəncə Şəhər Prokurorluğunda zərərçəkmiş şəxs kimi izahatı alınmış Zərərçəkmiş şəxs2 isə “X15” MMC-də işləməsi barədə heç bir sübut materiallarda öz əksini tapmır. Məhkəmə iş materiallarına əlavə edilmiş sənədləri, tərəflərin izahatlarını və qanunvericiliyin müddəalarını təhlil edərək bu nəticəyə gəlir ki, əməldə inzibati xəta təkibinin mövcudluğu tərəflərin ifadələri və əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmir. Azərbaycan Respublikası İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən törədilmiş əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53.1.2, 114, 115, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “X15” MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №3(125)-17/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-17/2024
08.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver