Məhkəmə qərarları › İş №3(125)-170/2022

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №3(125)-170/2022

10.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(125)-170/2022 10.08.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi Həsənov Ayxan Rasim oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikasının İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə Gəncə şəhər Baş Polis İdarəsinin X1 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə müəyyən etdi: Gəncə Şəhər Məhkəməsinin icraatına Gəncə şəhər Baş Polis İdarəsinin X1 Şöbəsindən Şəxs Azərbaycan Respublikasının İXM-in 327.8- ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında 15 iyul 2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol daxil olmuşdur. Məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş materialları nəzərdən keçirərək məhkəmə hesab edir ki, protokol onu göndərmiş orqana geri qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar Gəncə şəhər prokuroru tərəfindən təsdiq edilməmişdir. Belə olan halda məhkəmə təqdim edilmiş materialları natamam hesab edir. Azərbaycan Respulikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin mahiyyətindən görünür ki, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respulikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş protokol və ona əlavə olunmuş sənədlər Gəncə şəhər Baş Polis İdarəsinin X1 Şöbəsinə geri qaytarılsın. Sədrlik edən: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar