Məhkəmə qərarları › İş №3(125)-1707/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1707/2023

10.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1707/2023 10.08.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1 və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxx 1998-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Gəncə şəhəri, Kəpəz rayonu, İlyas Əfəndiyev ev 58-də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2, 332.1, 332.2 və 332.4-cü maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin X6 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Gəncə şəhər Baş Polis İdarəsinin X6 şöbəsindən daxil olmuş materialdan görünür ki, 19 aprel 2023-cü il tarixdə saat 18:19 radələrində Gəncə şəhəri, Azərbaycan Əsgəri küçəsində VAZ-21072 minik markalı **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Ford markalı **-JF-*** dövlət qeydiyyat nişanlı avtomobillər toqquşmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı VAZ-21072 minik markalı **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs barəsində İXM-nin 327.1, 327.6, 332.1 və 332.4-cü maddələri ilə İXP ******* saylı inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X3 izahatında bildirdi ki, Şəxs 19 aprel 2023-cü il tarixdə saat 18:19 radələrində Gəncə şəhəri, Azərbaycan Əsgəri küçəsində VAZ-21072 minik markalı **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Ford markalı **-JF-*** dövlət qeydiyyat nişanlı avtomobillər toqquşmuş və nəticədə zərər çəkmiş şəxs X2 idarə etdiyi Ford markalı **-JF-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir. Şəxs sürüclük hüququ olmadan və maşını idarə etmək üçün etibarnaməsi olmadan maşını idarə etmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq Şəxs barəsində qanuna müvafiq tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs özünü inzibati xətanın törədilməsində tam təqsirli bilərək izahatında bildirdi ki, 19 aprel 2023-cü il tarixdə saat 18:19 radələrində Gəncə şəhəri, Azərbaycan Əsgəri küçəsində idarə etdiyi VAZ- 21072 minik markalı **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Ford markalı **-JF-*** dövlət qeydiyyat nişanlı avtomobillər toqquşmuş və nəticədə zərər çəkmiş şəxs X2 idarə etdiyi Ford markalı **-JF-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir. Ona dəymiş zərər siğorta tərəfindən tam olaraq ödənmişdir. Onun nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi yoxdur. Maşını idarə etmək üçün etibarnaməsi də olmamışdır. Zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi yoxdur. Törətdiyi əmələ görə çox peşmandır. Onun barəsində cərimə növündə tənbeh tətbiq edilməsini xahiş etdi. Zərərçəkmiş şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də məhkəmə zərərçəkmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Zərər çəkmiş şəxs X2 Gəncə şəhəri BPİ-nin DYPİ-nə verdiyi izahatından görünür ki, 19 aprel 2023-cü il tarixdə saat 18:19 radələrində Gəncə şəhəri, Azərbaycan Əsgəri küçəsində düzünə hərəkətdə olan zaman VAZ-21072 minik markalı **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobil onun hərəkət yoluna çıxıb idarə etdiyi Ford markalı **-JF-*** dövlət qeydiyyat nişanlı avtomobili vurmuş və nəticədə idarə etdiyi Ford markalı **-JF-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir. Hadisə zamanı xəsarət alan olmamış, lakin onun avtomobilinə maddi zərər dəymişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs Gəncə şəhəri BPİ-nin DYPİ-nə verdiyi izahatından görünür ki, 19 aprel 2023-cü il tarixdə saat 18:19 radələrində Gəncə şəhəri, Azərbaycan Əsgəri küçəsində idarə etdiyi VAZ-21072 minik markalı **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Ford markalı **-JF-*** dövlət qeydiyyat nişanlı avtomobillər toqquşmuş və nəticədə zərər çəkmiş şəxs X2 idarə etdiyi Ford markalı **-JF-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir. Hadisə zamanı xəsarət alan olmamışdır. İş materialları ilə müəyyən olunur ki, VAZ-21072 minik markalı **-DM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək üçün Şəxs sürücülük hüququ və etibarnaməsi olmamışdır. Yol nəqliyyat hadisəsinin sxemindən görünür ki, VAZ-21072 minik markalı **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobil Ford markalı **-JF-*** dövlət qeydiyyat nişanlı avtomobili hərəkət yoluna çıxaraq onu vurmuşdur. xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardaddan görünür ki, İXM-nin 332.4-cü maddəsi ilə inzibati araşdırma başlanmışdır. xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, VAZ-21072 minik markalı **-DM-*** dövlət qeydiyyat nişanlı avtombilinin sürücüsünün yeri müəyyən edilənədək inzibati xəta haqqında işin icraatı dayandırılmışdır. xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında işin icraatının təzələnməsi haqqında qərardan görünür ki, VAZ-21072 minik markalı **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün olduğu yer müəyyən edildiyinə görə iş üzrə icraat təzələnmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə edən şəxs tərəfindən törədilən inzibati xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, yol nəqliyyat hadisəsinin sxemi, özünün etirafedici izahatı ilə yanaşı zərər çəkmiş şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyasında beş yüz manat məbləğində cərimə və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tənbehləri nəzərdə tutulmuşdur. Lakin hadisə baş verən zaman qüvvədə olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyasında dörd yüz manat məbləğində cərimə və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tənbehləri nəzərdə tutulmuşdur. Ona görə də Şəxs hadisə baş verən zaman qüvvədə olan qanunverciliyə əsasən cəzalandırılmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsində müəyyən edilmiş məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını, məsuliyyəti ağırlaşdıran halların isə müəyyən edilməməsini nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməklə inzibati tənbehin məqsədinə nail olmaq olar. Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə yanaşı, həmçinin 327.1, 327.6 332.1ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi də qeyd olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon (şəhər) məhkəmələrinin baxmağa səlahiyyətli olduğu inzibati xətalara dair işlərin tam siyahısı göstərilmişdir. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İXM-nin 327.1, 327.6 332.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətində deyildir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanın 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.6 332.1-ci maddələrində nəzərdə tutlmuş inzibati xətalara dair işlərə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi baxır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin maddənin mənasına görə, şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduğu halda, həmin işlərə eyni vaxtda baxılmalıdır. Bir neçə inzibati xətaya dair işlərin baxılması eyni orqanın səlahiyyətinə aid deyilsə, həmin işlərə eyni vaxtda baxıla bilməz. Həmçinin, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 02 sentyabr 2020-ci il tarixli qərarında da qeyd olunmuşdur ki, qanunverici eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair protokolların eyni orqan tərəfindən tərtib edilməsi və eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir. Yəni eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkəti ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.6 332.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxmaq Azərbaycan Respublikası DİN-nin səlahiyyətinə aid olduğundan, Şəxs həmin maddələrlə nəzərdə tutulmuş inzibati xətalara görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Gəncə şəhəri Baş Polis İdarəsinin X6 Şöbəsinə göndərilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 400 (dörd yüz) manat cərimə edilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.6 332.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətalara görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Gəncə şəhəri Baş Polis İdarəsinin X6 Şöbəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar